14 yaşlı qıza qarşı əxlaqsızıq edən şəxsə dair protest təmin olundu
Icma.az, Yenisabah portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı Apellyasiya Məhkəməsində 14 yaşına çatmış, lakin 16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmədə təqsirləndirilən Cəfər Turabov (adı, soyadı şərtidir) barəsindəki hökmdən Baş Prokurorun müavini Heydər Məmmədovun protesti üzrə məhkəmə iclası yekunlaşıb.
Yenisaah.az pravda.az-a istinadla xəbər verir ki, hakim Murad Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, apellyasiya protesti təmin edilib, Suraxanı Rayon Məhkəməsinin 13 yanvar 2025-ci il tarixli hökmü dəyişdirilib. Toyuqlu pizza
Təqsirləndirilən şəxsin Sabunçu Rayon Məhkəməsinin 26 sentyabr 2024-cü il tarixli hökmü ilə təyin edilmiş 2 il 6 ay azadlığın məhdudlaşdırılması cəzası, Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə uyğun olaraq 1 il 3 ay azadlıqdan məhrum etmə cəzasına bərabər tutulub. Cinayət Məcəlləsinin 66.2 və 66.5-ci maddələrinin tələblərinə əsasən. bu cəza daha ciddi cəza ilə əhatə edilərək, Suraxanı Rayon Məhkəməsinin 13 yanvar 2025-ci il tarixli hökmü ilə təyin edilmiş 1 il 6 ay azadlıqdan məhrum etmə cəzası ilə birləşdirilib.
Nəticədə, Cəfər Turabova ümumilikdə 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib, hökmün digər hissələri dəyişdirilmədən saxlanılıb.
Baxış sayı:48
Bu xəbər 08 Oktyabr 2025 09:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















