1,6 milyon “Honda” və “Toyota” avtomobilində “defekt” tapıldı
Yeniavaz saytından alınan məlumata görə, Icma.az bildirir.
Yaponiyanın avtomobil istehsalçıları “Honda” və “Toyota” təhlükəli hava yastıqları ilə bağlı dünya üzrə təxminən 1,6 milyon avtomobili geri çağırır.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Məlumata görə, geri çağırılmaya səbəb avtomobillərdə istifadə olunan hava yastıqlarının şişirdici qurğularının partlama riskidir. Belə ki, hava yastığı açılarkən şişirdici partlaya, nəticədə metal parçaları avtomobilin salonuna səpələnərək sürücü və sərnişinlərin ağır xəsarət almasına səbəb ola bilər.
“Honda” şirkətinin geri çağırışı ABŞ-də 810 min 592 avtomobili əhatə edir. “Toyota” isə dünya üzrə təxminən 790 min avtomobili, o cümlədən ABŞ-də 314 min nəqliyyat vasitəsini geri çağırır. Şirkətlər bildiriblər ki, hazırkı geri çağırışa səbəb olan nasazlıqla əlaqədar indiyədək heç bir qəza və ya xəsarət hadisəsi qeydə alınmayıb.
“Honda”nın geri çağırışına 2013-cü ilin bəzi “Accord” modelləri, 2012-2013-cü illərin “Civic” və “CR-V” avtomobilləri, eləcə də 2013-cü il istehsalı olan “Acura ILX” və RDX modelləri daxildir. Geri çağırılma ABŞ-nin isti və rütubətli iqlimə, həmçinin kəskin temperatur dəyişikliklərinə malik 14 ştatında və ərazilərində satılmış və ya qeydiyyata alınmış avtomobillərə şamil edilir.
“Toyota” isə 2002-2010-cu illərdə istehsal edilmiş “Lexus SC430”, 2011-ci il “Lexus IS250”, 2017-ci il “Lexus GX460”, 2003-2008-ci illərin “Toyota Corolla”, 2005-2006-cı illərin “Tundra”, 2005-2007-ci illərin “Sequoia” və 2016-2017-ci illərin “4Runner” modellərinin bir qismini geri çağırır.
Bu mövzuda digər xəbərlər:Toyota, Mazda və Honda qəza testlərində yarışır...
24 Aprel 2026 20:28
89 min “Qin Plus DM” hibrid avtomobilində “defekt” tapıldı
30 Noyabr 2025 10:14
“Toyota” və “Honda” hissələri yumurta və bambukdan hazırlanacaq” − “Nikkei Asia”
15 Oktyabr 2025 21:15
Honda Civic, Toyota Prius və Ford Bronco Sport hansı daha sürətlidir?
04 May 2026 18:57
Atrial septal defekt nədir?
01 İyul 2026 12:34
Baxış sayı:47
Bu xəbər 22 Noyabr 2026 12:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















