“Araz Naxçıvan” “Neftçi” matçının start heyətləri açıqlandı YENİLƏNİR
Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq.
Futbol üzrə Azərbaycan Premyer Liqasının 12-ci turunda üz-üzə gələcək “Araz-Naxçıvan” və “Neftçi” komandalarının start heyətləri açıqlanıb.
İdman.Biz xəbər verir ki, Şamaxı şəhər stadionunda keçiriləcək qarşılaşma saat 14:30-da başlayacaq.
“Araz-Naxçıvan”: 1. Artur Auqusto, 14. Ülvi İsgəndərov, 26. Ömər Buludov, 2. Abdulla Rzayev, 27. Boyan Letiç, 6. Patrik Andrade (kapitan), 11. Mohamed Mara, 36. Mamadu Kane, 12. Bruno Franko, 5. Luka Dumançiç, 23. Alberto Fernandes.
Ehtiyat oyunçular: 99. Tərlan Əhmədli, 13. Qabil Əlizadə, 21. İbrahim Piriyev, 10. Şarl Boli, 19. Abdullah Sudi.
Baş məşqçi: Yuri Maksimov.
“Neftçi”: 1. Emil Balayev (kapitan), 14. Elvin Bədəlov, 3. Rüfət Abbasov, 5. İqor Ribeyro, 97. Bassala Sambu, 33. Breno Almeyda, 70. Andrey Ştoqrin, 10. Freddi Varqas, 22. Denzel Jubitana, 20. Qustavo Klisman, 88. Viçko Şevel.
Ehtiyat oyunçular: 93. Rza Cəfərov, 8. Emin Mahmudov, 7. Emil Səfərov, 77. Falaye Sako, 6. Sessi Dalmeyda, 24. Mustafa Sek, 18. İfeanyi Metyu, 55. Endryu Qravilyon, 29. Lyubomir Tupta, 26. Adeleke Akinyemi, 11. Alen Şkribek, 27. Draqolyub Saviç.
Baş məşqçi: Yuri Vernidub.
Qeyd edək ki, komandaların mövsümün ikinci turundakı görüşündə “Neftçi” 5:0 hesabı ilə qalib gəlib.
09:13
Futbol üzrə Misli Premyer Liqasında bu gün, noyabrın 22-də “Araz-Naxçıvan” və “Neftçi” komandaları qarşılaşacaq.
İdman.Biz xəbər verir ki, 12-ci turun matçı Şamaxı şəhər stadionunda keçiriləcək və saat 14:30-da başlayacaq. Görüşü Rəvan Həmzəzadənin rəhbərlik etdiyi hakimlər briqadası idarə edəcək. Ona Şirmamed Mamedov və Teymur Teymurov kömək edəcəklər. Dördüncü hakim Əliyar Ağayev olacaq. VAR-da Fərid Hacıyev, AVAR-da isə Vüsal Məmmədov çalışacaq. Hakim-inspektor funksiyası Babək Quliyevə tapşırılıb. AFFA nümayəndəsi Elçin Mehtiyevdir.
Komandalar qarşılaşmaya turnir cədvəlində fərqli mövqelərdə çıxırlar. “Neftçi” 11 oyundan topladığı 24 xalla ikinci pillədə qərarlaşıb. Bakı təmsilçisi lider “Sabah”la eyni xala malikdir və qələbə qazanacağı təqdirdə ən azı müvəqqəti olaraq birinci pilləyə yüksələcək. “Araz-Naxçıvan” isə 11 matçda cəmi dörd xal toplayıb və 12-ci sıradadır. Naxçıvan təmsilçisi cari mövsümdə hələ qələbə qazana bilməyib.
Rəqiblər Azərbaycan çempionatları tarixində 16 dəfə üz-üzə gəliblər. Bu oyunların yeddisində “Neftçi”, dördündə “Araz-Naxçıvan” qələbə qazanıb. Beş görüş heç-heçə yekunlaşıb. Top fərqində də paytaxt təmsilçisi öndədir - 36:11.
“Neftçi” komandalar arasında keçirilən son üç qarşılaşmanın hamısında qalib gəlib. “Araz-Naxçıvan” isə rəqibi ilə son beş oyunda qələbə üzünə həsrət qalıb.
Tərəflərin son görüşü avqustun 23-də baş tutub. Həmin qarşılaşmada “Neftçi” 5:0 hesablı qələbə qazanıb. Bundan əvvəlki iki matç da Bakı təmsilçisinin üstünlüyü ilə yekunlaşıb - 4:0 və 2:1.
“Araz-Naxçıvan”ın “Neftçi” üzərində son qələbəsi 26 yanvar 2025-ci ilə təsadüf edir. Naxçıvan təmsilçisi həmin vaxt rəqibini 2:1 hesabı ilə məğlub edib.
Qeyd edək ki, komandalar arasında ən böyükhesablı nəticə 9 sentyabr 2000-ci ildə qeydə alınıb. Həmin görüşdə “Neftçi” 7:0 hesabı ilə qalib gəlib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 22 Noyabr 2026 13:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















