Icma.az
close
up
RU
1970 ci il: Nəsiminin məzarını ziyarət So­sial şə­bə­kə­də ya­zı­lan­lar

1970 ci il: Nəsiminin məzarını ziyarət So­sial şə­bə­kə­də ya­zı­lan­lar

Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Aydın Quliyev, jurnalist:

- K.Zatulin açıqladı - atası Qarabağda Hadrutda hərbi vəzifədə çalışıb...

Bu gün - avqustun 31-də Rusiyanın deputatı K.Zatulun Ermənistanın keçmiş prezidenti R.Köçəryanı ad günü münasibətilə təbrik edib və çox təəssüflənib ki, "artıq 2 ilə yaxındır əziz dostunun Bakıda həbsxanada saxlanması səbəbindən ona zəng vura bilmir"... Zatulin dünən - avqustun 30-da da digər keçmiş prezident S.Sarkisyanın doğum gününü təbrik etmişdi...

Zatulinin çətinlikdə olan "2 əziz dostunun şəxsində" özünün "pul kisələrini" itirdiyinə söz yoxdur.

Ancaq çox maraqlısı təbrik mətnlərində Zatulinin öz həyatı ilə bağlı ilginc faktı açmasıdır - "Mən dəfələrlə Dağlıq Qarabağda olmuşam. Səmimi şəkildə inanmışam ki, Qarabağın azadlığı tarixi ədalət işidir. Ötən əsrin 30-cu illərində mənim atam Hadrutda sərhəd dəstəsinin komandiri olub".

Məlum oldu...

Siz deməyin "dil qəfəsə qoymadan" ermənilərin nahaq "Qarabağ işinə" dəstək verən Zatulin ailəlikcə erməni çörəyi yeyiblərmiş...

Dilqəm Əhməd, jurnalist:

- Azərbaycanda kitab sənayesinə dəstək verməyən quruluşların başında Azərbaycan mediası dayanır.

Azərbaycan Nəşriyyatları Assosiasiyasının "Xalqlar dostluğu" tərəfdə keçirdiyi kitab sərgisinin bu gün üçüncü - sonuncu günüdür. Medianın marağındadırmı? Xeyr. Müəlliflərimizin bir-birindən dəyərli kitabları çıxır. Hansı biri TV-də müzakirə olunur, müəllif qonaq çağırılır? Uzun müddətdir nə AZTV-də, nə də İctimai TV-də heç nə yoxdur. Özəllərin ümumiyyətlə marağında deyil deyə adlarını çəkmirəm. Medianın İnkişafı Agentliyindən dəstək alan nə qədər portal var. Günlük özəl xəbər öhdəlikləri var. Günlük 10-20 özəl xəbərin biri də kitab sərgisi, kitab, müəllif niyə olmur ki? Ötənlərdə bir müğənni sahəsinə dəxli olmayan bir şey demişdi, neçə sayt yazdı açıqlama üçün. Qalmaqaldansa, kitaba dəstək olmaq daha faydalı olardı...

Yorğun müəllifləri, bitkin naşirləri görəndə kitabçılığa olan ümidlərim tamamilə bitir. Heç olmasa gözləyirsən ki, ziyalı mühit olan media bu prosesə dəstək olsun, onların da maraqlarında yoxdur...

Sənan Nəcəfov, jurnalist:

- Azərbaycan KP MK-nın Birinci katibi Heydər Əliyev 1970-ci ildə Suriya Ərəb Respublikasında səfərdə olarkən Prezident Hafiz Əsədə Hələb şəhərinə getmək və İmadəddin Nəsiminin məzarını ziyarət etmək istədiyini söyləyir. Azərbaycan rəhbərinin istəyini yerinə yetirərək Hələbə gətirirlər və növbəti gün oteldə bir neçə saat gözlədirlər. Çünki yerli hakimiyyət orqanlarının nümayəndələri məzarı tapa bilmirdilər. Nəhayət, məzarı tapırlar, qaydaya salırlar və hətta məzara xidmət edən şəxs də ayırırlar. Ondan sonra Heydər Əliyev məzarı ziyarət edir. Bakıya döndükdən sonra isə Nəsiminin tanıdılması üçün müvafiq işlərin görülməsi üçün ziyalılara tapşırıq verir.

Heydər Əliyevin tapşırığı ilə akademik Həmid Araslı, Rəsul Rza və alim Araz Dadaşzadə Azərbaycanın Valyuta Fondu hesabına Suriyaya ezam edilirlər. Hələbdən Nəsiminin 4 divanı, biri farsca, biri ərəbcə, ikisi türkcə Azərbaycana gətiriləndən sonra Heydər Əliyev filmin çəkilməsinə göstəriş verir. Filmi çəkmək isə yazıçı-dramaturq, Xalq artisti, ssenarist, kinorejissor, ictimai xadim Həsən Seyidbəyliyə həvalə edilir. İlk dəfə "Nəsimi" filmi valyuta ilə alınan "Kodak" markalı kino plyonkasına çəkildi ki, keyfiyyətli olsun. Kinoya ayrılan vəsaitdən əlavə dövlət büdcəsindən pul ayrıldı ki, film yaxşı çəkilsin. "Nəsimi" filmi üçün Heydər Əliyev on ədəd çox bahalı xalça belə hədiyyə etmişdi. "Nəsimi" yeganə tarixi filmdir ki, orada heç bir dekorasiyadan istifadə edilməyib. Çəkiliş aparılan bütün məkanlar tam təbii idi.

İmadəddin Nəsiminin 600 illik yubileyinin keçirilməsi və abidənin qoyulması yolunda olan bütün maneələr Ulu öndər tərəfindən qətiyyətlə aradan qaldırılmışdır. Məhz Ulu öndərin təşəbbüsü ilə ilk dəfə Nəsiminin 600 illik yubileyi YUNESKO-nun tədbirləri siyahısına daxil edilmiş və 1973-cü ildə beynəlxalq miqyasda qeyd olunmuşdur.

P.S. Heydər Əliyevin göstərişi ilə SSRİ Yazıçılar İttifaqının katibi Alim Keşokovun rəhbərlik etdiyi nümayəndə heyəti Nəsiminin qəbrinin vətəninə köçürülməsi üçün Dəməşqə yola düşsə də, Suriya rəhbərləri buna razılıq verməmişdilər. Sonra Dzasoxov Sovet İttifaqının bu ölkədəki səfiri vəzifəsində çalışarkən Heydər Əliyevin xahişi ilə məsələyə bir də qayıtmışdı. Ancaq Suriya rəhbərliyi öz mövqeyində qalaraq yox cavabı vermişdi.

Vüsal Məmmədov, jurnalist:

- Gedirsən parklara, yaşıllığın arasındakı cığırlarda camaat elektrik skuteri sürür. Gözəl xalqım, sənin başına dönərəm, o park, o yaşıllıq onun üçündür ki, ağacların arasında gəzəsən, ayaqların açılışsın, nəfəs alasan, ciyərlərin işləsin... Piyada yerimək limfa dövranını təmin edir. Bu, hər şeydən əvvəl sağlamlıqdır. Heç olmasa velosiped sürün. Kim saldı axı sizin başınıza elektrikli skuteri?! Bir dənə müsbət tərəfi yoxdur e...

Sahib Məmmədov, hüquq müdafiəçisi:

- Mən "Qarabağ" FK-ya tarixi qələbəmizə qədər azarkeşlik edirdim. O zaman xalqda qələbə hissini yaşatmaq çox vacib idi. Prezident İlham Əliyev əlindən gələni edirdi ki, xalqın qələbə hissi itməsin. Kiçik qələblər, sonradan Aprel döyüşləri xalqda qələbəyə inam hissini artırdı və nəticədə Böyük Zəfərə nail olduq.

İndi də "Qarabağ" FK-nın xarici klublarla oyunlarına baxıram. Sonuncu oyunda da hamı kimi həyəcan keçirdim, sevindim. 8 ildən sonra klub yenidən UEFA Çempionlar Liqasının Liqa mərhələsindədir.

Orda zəif komanda yoxdur. İndiki halda bizim futbol klubunun bu mərhələyə qədər gəlməsi artıq böyük naliyyətdir. Qalır bu mərhələdə ləyaqətli oyun nümayiş etdirmək. Dünyanın nəhəng futbol klubları ilə oynanılan hər oyun bir təcrübədir. Ən azı klubun imici artdı, peşəkarlığı daha da artacaq. Amma klubun özünü brendləşdirməməsi təəccüb doğurur. 2014-cü ildə bir dostumuzun təkidi ilə "Santiaqo Bernabeu" stadionunda olmuşdum. Sadəcə giriş hardasa 15 avro idi. İçəridəki restoranda yemək kənar restoranlardan baha idi. Adi şəkil çəkdirmək üçün bir şəklə 15-20 avro vermək lazım idi. Stadiondakı mağazada futbol formaları, məsələn, maykanın qiyməti 60 avrodan başlayırdı. Müxtəlif suvenirlər və s. Futbolçularla şəkil çəkdirmək dəhşətli bahalıdır. Məşhur futbolçu ilə kofe içmək, evində qonaq olmaq hamısı yüzminlələ dollara başa gələn xərclərdir. Reklama çəkilmək də öz yerində. Klub da hamısından qazanır. Əlbəttə "Qarabağ" FK "Real Madrid" deyil, nə də Azərbaycan İspaniya. Amma əlavə gəlir üçün imkanlar var.

P.S. İdmandan uzaq birinin fikirləri kimi qəbul edin. Qeyri-peşəkar yanaşma olsa qınamayın.

Sənan Şəfizadə, jurnalist:

- 27 avqust ölkə idmanı tarixinə qalın hərflərlə yazıldı. Yaşanan hissləri izah etmək çətindi. İlk dəfə arena yaxınlığında saat 5-dən etibarən sıxlıq yarandı. Səbəb sadə idi. Çünki azarkeşlər stadiona 2 saat əvvəldən gəlməyə başlamadı.

Stadiona daxil olanda matçın əhəmiyyətini dərhal anlayırdın. Mühafizəçidən satıcıya qədər hamı bir-birinə uğurlar arzulayır, könüllülər ilk dəqiqədən azarkeşlərə kömək etməyə çalışır. Sanki hamı pley-offu keçmək üçün "Qarabağ"a dəstək olmağa çalışırdı. Asayişi qoruyanlar işini dəqiq görməklə, könüllülər azarkeşlərin içəri keçməsinə dərhal kömək olmaqla. Hər kəs qələbə üçün birləşdi. "Qarabağ" klubunun əməkdaşları UEFA nümayəndələriylə təşkilatçılıqda hər şeyin ən yaxşısını etməyə çalışdılar.

Və nəhayət, Çempionlar Liqasının əzəmətli himni səslənir. Bu an adamın ağlına yaxşı və pis fikirlər gəlir. Birdən alınmasa, keçməsən necə olacaq? 32 000 azarkeş evə hansı hisslərlə yollanacaq? Matç gözlənildiyi kimi çox gərgin və çətin alındı. Adi epizodu təhlükəli vəziyyətə keçirməyi bacaran macarlar fiziki baxımdan əla formada olduqlarını göstərdilər. İstəmədiyimiz baş verir, 12-ci dəqiqədə macarlar hesabı açır. Amma 32 min azarkeş susmur, əksinə daha da coşur. "Qarabağ" əvvəlcə Leandronun qoluyla hesabı bərabərləşdirir. Fasilə ərəfəsində Zubir bizə həyat verən qolu vurur və önə keçirik. İkinci hissə sonsuz görünən 45 dəqiqəyə çevrilir. "Ferensvaroş" Varqayla ikinci qolu vurur və bütün heyətlə irəli atılır. 81-ci dəqiqədə Toth macarları yenidən sevindirir. Ümumi hesab 5-4 "Qarabağ"ın xeyrinə olur. Deməli, rəqibə matçı əlavə vaxta daşımaq üçün daha 1 lazım gəlir.

Matçın son 15 dəqiqəsi (əlavə olunan dəqiqələrlə birgə) 11 nəfər meydanda və 32 min tribunada mübarizə aparır. "Qarabağ" futbolçularının əzmkarlığı, qapıçımızın canını meydanda qoyması və SİZin tribunada uğultunuz rəqibə problem yaradır. Matç bitir və Azərbaycan, "Qarabağ" 8 ildən sonra yenidən Çempionlar Liqasında.

Oyundan sonra 32 min azarkeşin tribunada gözləməsi, qələbəni futbolçularla qeyd etməsi unudulmaz xatirə oldu. Son dəfə bu sayda azarkeşi səhv etmirəmsə "Sent Etyen" və ya "Zalsburq"la matçda görmüşdük. Dünən hətta pilləkənlərdə boş yer tapmaq çətin idi.

Final fitindən sonra hamı göz yaşlarını gizlətməyə çalışır, lakin alınmır. Etiraf edim ki, 2017-ci ildən sonra yenidən Çempionlar Liqasında olacağımıza inam böyük deyildi. Lakin bacardıq, hamılıqla, birlikdə yazdıq bu tarixi. Hər birinizə təşəkkür edirik.

Səhər açılır, adam ölkəsinin qitənin ən nüfuzlu yarışda olduğunu bütövlüklə anlamır. Püşkdən sonra nəhəng rəqiblər Bakıya gələnda Çempionlar Liqasının necə böyük mübarizə olduğunu hiss edəcəyik.

P.S. Yeri gəlmişkən əksər azarkeşlər dünən tullantıları tribunaya atmadı. Stadionda təmizliyi qoruduğunuz üçün əlavə təşəkkür etməyə borcluyuq.

Qismət Rüstəmov, şair:

- Böyük rejissor Vaqif Mustafayevin doğum gününə

Sənətkarın yumor hissiylə bağlı özüm şahidi olduğum bir əhvalat danışım. "Molla Nəsrəddin - çətin günlərimin dostu" filminin bir səhnəsi üçün Qala kəndindəydik. İstidə yaşlı aktyorlardan birinin halı pisləşdi, həkim gəlib yoxladı, şükür, ciddi bir şey yox idi. Vaqif müəllim həkim xanımdan soruşdu ki, siz nəsə mənə tanış gəlirsiniz, təsadüfən başqa filmlərdə də həkim kimi işləməməsiniz? Xanım qayıtdı ki, Vaqif müəllim, siz yəqin məni anamın yanında görmüsünüz; anam Azərbaycanın əruz vəznində yazan ilk şairidir! 

Vaqif müəllim təəccüblə soruşdu: Məhsəti Gəncəvinin qızısınız?!

Vaqif müəllimi təbrik edirəm, yüz yaşasın! Nə yaxşı ki var!

Elməddin Behbud, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının mətbuat katibi:

- İmadəddin Nəsimi Hələbdə dəfn olunduğu yerdə tək deyil, ailə məzarlığındadır. Azərbaycan türklərinin etnik, milli coğrafiyası indiki siyasi coğrafiyasından qat-qat böyükdür. Böyüyən, güclənən Azərbaycana və azərbaycanlılara bundan sonra milli coğrafiyamız kontekstində nəzər salmalıyıq. Kiçik sərhədlərə qapandığımız dövrə nöqtə qoymalıyıq. Nəsimi 1937-ci ilin repressiya qurbanları kimi orda sürgündə yaşamayıb. Hələb türkmənlərin doğma yurdudur. Ona görə nəinki Nəsiminin məzarını ölkəmizə gətirmək, əksinə, orada böyük bir sərdabə tikmək və Suriya dövləti ilə müqavilə bağlayaraq həmin ərazini rəsmi icarəyə götürmək faydalı olardı. Həmin ərazidə Azərbaycan Mədəniyyət Mərkəzi inşa etməyimiz həm də qədim tariximizə, zəngin mədəniyyətimizə, yüzminlərlə soydaşımıza sahib çıxmağımız deməkdir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:34
embedMənbə:https://525.az
archiveBu xəbər 02 Sentyabr 2025 18:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Araz Bağırovun ardınca Difai ni 2 futbolçu da tərk etdi

01 Sentyabr 2025 22:59see200

Moskvada müəllim şantaja görə həbs olundu

02 Sentyabr 2025 04:00see186

2025 ci ilin ən sülhsevər ölkəsi bu ölkə oldu

01 Sentyabr 2025 23:20see175

Dövrün bəlası: xroniki yorğunluq sindromu

02 Sentyabr 2025 12:28see161

Şirvanda toyda kütləvi dava 2 nəfər həbs edildi

02 Sentyabr 2025 02:01see155

Avropa Komissiyası: Gürcüstanın cavabı alınıb, qiymətləndiriləcək

01 Sentyabr 2025 19:54see139

Suriya son 14 ildə ilk dəfə neft ixrac etdi

02 Sentyabr 2025 01:54see133

“Nüvə məsələsi üçün diplomatik pəncərə açıqdır”

02 Sentyabr 2025 02:31see130

“Bu səfər ölkəmizin beynəlxalq mövqelərini gücləndirməsinə kömək olacaq”

02 Sentyabr 2025 09:30see129

Ər arvad bir birinə psixi pozğunluq yoluxdura bilərlər Təsir nəsillərə ötürülür

02 Sentyabr 2025 05:47see126

“Pezeşkian ŞƏT sammitində fərqlənib: ABŞ dollarına qarşı “ağıllı gediş“ və gözlənilməz jest“ “Tasnim“ agentliyi

01 Sentyabr 2025 22:57see126

Kraliça Kamillanı dabanlı ayaqqabısı xilas edib Maraqlı hadisə

02 Sentyabr 2025 04:45see123

Xaçmazın Palıdlı kəndində anidən şiddətli YANĞIN BAŞLAYIB FOTO

01 Sentyabr 2025 21:50see123

Quehi “Liverpul” yolunda

01 Sentyabr 2025 18:56see123

Ramzan Kadırova qiyabi ittiham irəli sürülüb

02 Sentyabr 2025 10:42see123

Fransanın Marsel şəhərində bıçaqlı hücum baş verib

03 Sentyabr 2025 00:00see123

Azərbaycanlı milyarder ilk ÜÇLÜKDƏ

01 Sentyabr 2025 14:20see122

Britaniya Fələstin dövlətini tanıyacaq

01 Sentyabr 2025 22:52see121

İranın Azərbaycandakı səfirliyinə bir neçə XATIRLATMA VİDEO

02 Sentyabr 2025 20:43see118

“Tyançjin Bəyannaməsi” qəbul olunub ŞƏT bütün münaqişələri pislədi, amma...

01 Sentyabr 2025 14:46see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri