Icma.az
close
up
RU
2026 cı ildə tarixi sülh imzalana bilər, həlledici mərhələyə daxil olmuşuq

2026 cı ildə tarixi sülh imzalana bilər, həlledici mərhələyə daxil olmuşuq

Sherg.az saytına istinadən Icma.az xəbər verir.

Minsk qrupunun bağlanması hazırda formal bir addımdır

ATƏT məlumat verib ki, Minsk qrupunun fəaliyyəti 2025-ci il dekabrın 1-də rəsmi olaraq başa çatdırılacaq. Bu barədə Ermənistanın “Past” nəşri yazıb. Nəşrə görə, qurumun nümayəndələri bildiriblər: “2025-ci il sentyabrın 1-də Nazirlər Şurasının qəbul etdiyi qərara əsasən, Minsk prosesinin dayandırılması istiqamətində addımlar atılır”. KİV bildirib ki, qrupa aid bütün strukturların fəaliyyəti həmin tarixdən etibarən tamamilə dayandırılacaq: "Minsk qrupunun ləğvi Azərbaycanın əsas tələblərindən biri idi. Bakı bununla Qarabağ məsələsini bağlamağa və Ermənistanın gələcəkdə Qarabağla bağlı məsələ qaldırmaq imkanını aradan qaldırmağa çalışırdı. Ermənistan hakimiyyəti uzun müddət bu mövzuya reaksiya vermədi, lakin daha sonra tərəddüd etmədən İlham Əliyevin tələbinə razılıq verdi. Avqust ayında Vaşinqtonda keçirilən imzalama mərasimində Ermənistan və Azərbaycan nümayəndə heyətləri Minsk qrupunun ləğvinə dəstək verəcəklərini, müvafiq sənəd təqdim edəcəklərini bəyan etdilər. Ermənistan müxalifəti və hüquq müdafiəçiləri kəskin bəyanatlar yayırdı, lakin aydın görünürdü ki, Minsk qrupunun üzv ölkələri də bu nəticədə maraqlı idilər, Qarabağ məsələsini birdəfəlik bağlamaq və bu “baş ağrısı”ndan qurtulmaq istəyirdilər".

Politoloq Turan Rzayev Sherg.az-a deyib ki, bu, faktiki olaraq həm Azərbaycanın mühüm tələblərindən birinin yerinə yetirilməsi, həm də keçmiş Dağlıq Qarabağ münaqişəsinin sonuncu simvolunun aradan qalxması deməkdir. Ekspertin sözlərinə görə, prinsipcə, Minsk qrupunun fəaliyyətinin dayandırılmasının siyasi nəticəsi azdır: "Çünki bu qurum uzun illər mövcud olsa da, ortaya ciddi nəticələr qoya bilmədi. Azərbaycan və Ermənistan arasında münaqişənin həllinə dair konkret addımlar, sərt qərarlar və ya tərəfləri razılığa gətirəcək təsirli vasitəçilik göstərməyə nail olmadı. Nəticədə münaqişə müharibə mərhələsinə keçdi.

Bu təşəbbüs müharibədən sonra da fəaliyyətsizliyi ilə seçilirdi. Lakin yeni tendensiya həm də tərəflərin təşkilata ehtiyac görməməsi idi. Ermənistan və Azərbaycan ikitərəfli danışıqlar aparmağa başladı və bu təcrübə qısa zamanda öz bəhrəsini verdi. Məsələn, artıq iki ölkənin liderləri qatıldıqları əksər müxtəlif beynəlxalq tədbirlərdə bir araya gəlir, səmimi və konkret müzakirələr aparırlar.

Vaşinqton görüşündə faktiki olaraq sülh sazişi paraflandı. Bu isə göstərir ki, proses artıq tərəflərin birbaşa iradəsi və diplomatik addımları ilə irəliləyir".

T.Rzayevə görə, Minsk qrupunun dekabrın 1-də fəaliyyətini dayandırması sülh prosesində əhəmiyyətli dəyişiklik yaratmır: "Yəni qrupun bağlanması hazırda sadəcə formal bir addımdır. Əsas məsələ Azərbaycan və Ermənistanın birbaşa dialoqu, qarşılıqlı səfərlər və səmimi danışıqların olmasıdır. Prosesin həlledici mərhələsi olaraq 2026-cı ildə sülh sazişinin imzalanması mümkündür".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://sherg.az
archiveBu xəbər 29 Noyabr 2025 10:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see209

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see206

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see197

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see186

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see176

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see172

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see169

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see168

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see159

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see153

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see150

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see150

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see149

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see143

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see142

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see142

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see137

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see134

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see132

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri