Icma.az
close
up
RU
2029 cu il siyahıyaalması niyə vacibdir? Ekspert

2029 cu il siyahıyaalması niyə vacibdir? Ekspert

Qaynarinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"2029-cu ildə Azərbaycanda əhalinin ilk dəfə rəqəmsal formatda siyahıyaalınmasının keçirilməsi dövlətin gələcək sosial-iqtisadi planlaşdırması baxımından mühüm əhəmiyyət kəsb edir".

Bu fikri Qaynarinfo-ya açıqlamasında iqtisadçı Natiq Cəfərli səsləndirib.

Onun sözlərinə görə, siyahıyaalma nəticəsində əhalinin sayı, yaş qrupları, etnik tərkibi və digər sosial-demoqrafik göstəricilər barədə məlumatlar yenilənir və bu məlumatlar dövlət qurumlarının qərarvermə prosesində mühüm rol oynayır:

"Bu məlumatlar Dövlət Statistika Komitəsinin və digər aidiyyəti qurumların məlumat bazasına daxil edilir. Sonrakı illərdə həyata keçiriləcək sosial və iqtisadi proqramların hazırlanması  məhz həmin statistik göstəricilərə əsaslanır. Buna görə də siyahıyaalma son dərəcə vacib prosesdir. Əgər proses düzgün təşkil olunarsa, Azərbaycanda mövcud problemlərin daha dəqiq müəyyənləşdirilməsinə və onların həlli istiqamətində daha səmərəli qərarların qəbuluna ciddi töhfə verə bilər".


İqtisadçı bildirib ki, dünyanın bir çox ölkəsinin təcrübəsi siyahıyaalmanın dövlət idarəçiliyində mühüm rol oynadığını göstərir:

"Digər ölkələrin təcrübəsində də görmüşük ki, siyahıyaalmadan sonra əvvəllər tam görünməyən sosial və demoqrafik problemlər üzə çıxır. Əldə olunan nəticələr əsasında yeni qərarlar qəbul edilir və dövlət siyasətinə düzəlişlər olunur".

Qeyd edək ki, Baş nazir Əli Əsədovun qərarına əsasən, 2029-cu ildə Azərbaycanda əhalinin siyahıyaalınması ilk dəfə rəqəmsal formatda keçiriləcək. Siyahıyaalma oktyabrın 1-dən 31-dək davam edəcək və ölkənin bütün suveren ərazisini əhatə edəcək.

Bahar Rüstəmli


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 17 İyul 2026 19:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1016

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see503

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see406

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see313

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see311

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

10 Oktyabr 2026 12:58see285

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see248

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see226

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

10 Oktyabr 2026 10:34see220

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

10 Oktyabr 2026 11:37see216

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see214

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see214

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see210

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see207

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see202

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see202

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see201

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see194

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see180

AZCON un “DP world” ilə birgə hədəfləri

10 Oktyabr 2026 11:37see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri