4 obyekt üzrə tikinti norma və qaydalarına riayət edilməyıb Palatanın tələbi icra olunub
Icma.az, Mia.az portalına istinadən məlumat verir.
Hesablama Palatasının "Azərişıq" ASC-yə layihələr üzrə ayrılmış dövlət investisiyalarının auditi çərçivəsində müəyyən etdiyi bir sıra uyğunsuzluqlar aradan qaldırılıb.
Palatanın hesabatına əsasən, auditlə əhatə olunmuş 24 milyon 944 min 100,6 manat vəsait hesabına icra edilmiş 6 obyektdən 4 obyekt üzrə tikinti norma və qaydalarının tələblərinə riayət edilmədiyi, eləcə də tikinti və satınalma qanunvericiliyinin pozulduğu müəyyən edilib.
Nəticədə podratçı təşkilatlara 530 min 346,6 manat artıq vəsait ödənildiyi aşkarlanıb. Görülmüş tədbirlər nəticəsində həmin vəsait dövlət büdcəsinə bərpa edilib.
Bununla yanaşı, audit çərçivəsində elektrik sayğaclarının alınması ilə bağlı müqavilə öhdəliklərinə əməl olunmaması faktları da üzə çıxıb. Belə ki, demontaj edilərək anbarda saxlanılan 400 ədəd qüsurlu elektrik sayğacı (ümumi dəyəri 49 min 650 manat) müqavilə şərtlərinə uyğun olaraq yenisi ilə əvəz edilib.
Eyni zamanda, bağlanmış satınalma müqaviləsinin xüsusi şərtlərinə əsasən qüsur aşkar edilmiş 1000 ədəd elektrik sayğacının təmir müddətinin uzadılmasına görə hesablanmalı olan 1 115,1 manat məbləğində cərimənin tətbiq edilmədiyi müəyyən olunub. Aşkarlanmış nöqsan nəticəsində qeyd olunan məbləğ də müvafiq qaydada bərpa edilib.
Beləliklə, 2024-cü ildə aparılmış audit üzrə müəyyən edilmiş bütün nöqsanlar üzrə tədbirlər tam icra olunub/Report.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:29
Bu xəbər 14 Yanvar 2026 13:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















