Icma.az
close
up
RU
40 milyon manatdan çox pulu ölkəmizə qaytarmayan şəxslərə cinayət işi açıldı

40 milyon manatdan çox pulu ölkəmizə qaytarmayan şəxslərə cinayət işi açıldı

Teleqraf.com saytından alınan məlumata görə, Icma.az bildirir.

Kənd təsərrüfatı məhsullarının ixracından əldə olunan külli miqdarda pul vəsaitlərini ölkəyə qaytarmayan şəxslərin ifşası davam etidirilir.

Baş Prokurorluğun Mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, xarici ölkələrə müxtəlif növ məhsulları ixrac edən bəzi sahibkarlıq subyektlərinin müvafiq valyutada olan pul vəsaitlərini Azərbaycan Respublikasına qaytarmamaları ilə bağlı Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlar əsasında prokurorluq orqanlarında cinayət işləri başlanaraq ibtidai istintaq aparılır.

İstintaq tədbirləri ilə Azərbaycan Respublikasında qeydə alınan hüquqi şəxslərlə xarici ölkələrdəki şirkətlər arasında kənd təsərrüfatı məhsullarının alqı-satqısına dair müxtəlif vaxtlarda müqavilələrin bağlanması və həmin fəaliyyət nəticəsində əldə olunan külli miqdarda gəlirlərin ölkəmizdə müvəkkil edilmiş bank hesablarına qaytarılmamasına, habelə vergilərin ödənilməsindən yayınmasına əsaslı şübhələr müəyyən edildiyindən bir sıra vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb edilib.

Belə ki, Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 208.2.1, 208.2.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda xarici valyuta vəsaitini xaricdən qaytarmama) və 213.3-cü (xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınma) maddələri ilə ibtidai istintaqı aparılan cinayət işi üzrə Kərimov Vasif Həsənxan oğlunun Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunması zamanı xəsarət almış I qrup əlillik dərəcəsi olan şəxslər-Nemət Yalçın Oqtay oğlu və Askarov Şəmistan Kidır oğlunun adlarına qeydiyyata alınmış vergi ödəyicilərinin eyniləşdirmə nömrələrindən istifadə etməklə apardığı sahibkarlıq fəaliyyəti zamanı konsiqnasiya yolu ilə xarici ölkələrə ixrac edilmiş malların müqabilində əldə olunan ümumilikdə 19 milyon ABŞ dollarından artıq (müvafiq dövrün məzənnəsi ilə 33 milyon manatdan artıq) pul vəsaitini Azərbaycan Respublikasında müvəkkil edilmiş bankın hesabına qaytarmaması və 3 milyon manatdan artıq vergiləri dövlət büdcəsinə ödəməkdən yayındırması müəyyən edildiyindən Vasif Kərimov təqsirləndirilən şəxs qismində cəlb olunub və müstəntiqin vəsatəti, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı ilə məhkəmənin qərarı əsasında barəsində həbs qətimkan tədbiri seçilibr.

Sabirabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 208.2.1-ci maddəsilə istintaq edilən cinayət işi üzrə “Şam-Od” MMC tərəfindən konsiqnasiya yolu ilə xarici ölkəyə ixrac edilmiş malların müqabilində əldə olunan ümumilikdə 1,5 milyon ABŞ dollarından artıq məbləğdə (müvafiq dövrün məzənnəsi ilə 2,5 milyon manatdan artıq) pul vəsaitinin Azərbaycan Respublikasında müvəkkil edilmiş bankın hesabına qaytarılmaması müəyyən edildiyindən Təhməzov Şamil Kamil oğlu iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunub, barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Bundan başqa, Bakı şəhəri Nizami rayon prokurorluğunda Cinayət Məcəlləsinin 208.2.1 və 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələrilə istintaq edilən cinayət işi üzrə “Ay&su” MMC tərəfindən Azərbaycan Respublikasından Rusiya Federasiyasına konsiqnasiya yolu ilə ixrac edilmiş kənd təsərrüfatı məhsullarından əldə olunan ümumilikdə 3 milyon ABŞ dollarından artıq (müvafiq dövrün məzənnəsi ilə 5,1 milyon manatdan artıq) pul vəsaitinin Azərbaycan Respublikasında müvəkkil edilmiş bankın hesabına qaytarılmaması müəyyən edildiyindən Aslanova Aysel Əbilfət qızı iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunub və barəsində istintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Şəmkir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 208.2.1 və 308.1-ci * maddələrilə istintaq edilən cinayət işi üzrə *“Exspressagro” MMC tərəfindən konsiqnasiya yolu ilə xarici ölkəyə ixrac edilmiş malların müqabilində əldə olunan ümumilikdə 2,3 milyon ABŞ dollarından artıq məbləğdə (müvafiq dövrün məzənnəsi ilə 3,9 milyon manatdan artıq) pul vəsaitinin Azərbaycan Respublikasında müvəkkil edilmiş bankın hesabına qaytarılmaması müəyyən edildiyindən Əliyev Toğrul Elşən oğlu iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunub və barəsində istintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Ağsu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 208.2.1-ci maddəsilə istintaq edilən cinayət işi üzrə “Fruit” MMC tərəfindən konsiqnasiya yolu ilə xarici ölkəyə ixrac edilmiş malların müqabilində əldə olunan ümumilikdə 114 min ABŞ dollarından artıq məbləğdə (müvafiq dövrün məzənnəsi ilə 193 min manatdan artıq) pul vəsaitinin Azərbaycan Respublikasında müvəkkil edilmiş bankın hesabına qaytarılmaması müəyyən edildiyindən Bədəlov Asif Maarif oğlu iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunub və barəsində istintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://teleqraf.com
archiveBu xəbər 04 Dekabr 2024 16:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Onların da amnistiyaya düşməsini istərdim” Novella Cəfəroğlu

15 Dekabr 2025 17:00see248

Rəqsanənin qızının əl ələ görüntüləndiyi müğənni KİMDİR? VİDEO

16 Dekabr 2025 14:45see245

Meksikada hava limanı yaxınlığında təyyarə qəzaya uğrayıb

16 Dekabr 2025 02:19see227

Rusiya Milad bayramında da döyüşmək istəyir

16 Dekabr 2025 19:38see203

Daha beş tibb müəssisəsində ilkin dializ kateterinin qoyulması xidməti təşkil ediləcək

15 Dekabr 2025 19:12see198

Elektron siqaretin cəmi üç gün istifadəsi ilə yaranan böyük təhlükə

15 Dekabr 2025 17:19see170

Aİ Rusiyadan qaz alışını 2% dən çox azaldıb

16 Dekabr 2025 14:58see158

ABŞ dan Ankara və İrəvan açıqlaması: Zəngəzura işarə edildi

15 Dekabr 2025 22:52see151

İlham Əliyevin amnistiya təşəbbüsü humanizm və sosial ədalət prinsiplərinə sadiqliyin göstəricisidir

15 Dekabr 2025 20:55see148

2025 ci ildə ən çox buna pul xərcləmişik

15 Dekabr 2025 19:25see147

İranda yeni türk əyaləti yarana bilər Kampaniya başladı

16 Dekabr 2025 15:43see146

Anasını qızıl tabutda dəfn etdi Video

16 Dekabr 2025 06:40see146

Elşad Xose Oksananı döyməsindən və narkotikdən danışdı (VİDEO MÜSAHİBƏ)

16 Dekabr 2025 05:14see139

Bu universitetin əməkdaşlarına pul mükafatı verildi KONKRET

15 Dekabr 2025 13:47see139

Premyer Liqa: “Neftçi” “Sumqayıt”la heç heçə etdi

15 Dekabr 2025 21:07see138

Dağlarda qar, yollarda buzlanma gözlənilir rəsmi xəbərdarlıq

15 Dekabr 2025 15:27see137

Korrupsiya və əxlaq PARADOKSU Qarayevlərin biznes imperiyası SİYAHI

16 Dekabr 2025 09:01see136

Münaqişənin həllinə həmişə olduğundan daha yaxınıq Tramp

16 Dekabr 2025 00:31see132

“DTX nin keçirdiyi əməliyyatlar digərləri üçün növbəti xəbərdarlıqdır”

15 Dekabr 2025 17:13see130

Neftçilər xəstəxanasında ÖLÜM Anası böyrəyini verdi, həkimlər isə öldürdü FOTO

17 Dekabr 2025 02:24see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri