500 manatdan yuxarı ödənişlərlə bağlı YENİ QAYDA AÇIQLAMA
Yenisabah saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Azərbaycanda vətəndaşları maraqlandıran iki dəyişiklik gündəmdədir. Birinci dəyişiklik ödəniş terminalları ilə bağlıdır. Yeni qaydaya əsasən, MilliÖN terminalları vasitəsilə 500 manatdan artıq ödəniş edən şəxslər şəxsiyyətlərini təsdiqləməli olacaqlar. Bunun üçün Bir ID, SİMA və ya MyGov tətbiqlərindən istifadə ediləcək. İkinci dəyişiklik bank əmanətlərinə aiddir. Bank əmanətlərindən əldə edilən faiz gəlirinin 200 manatdan artıq olan hissəsi vergiyə cəlb ediləcək. Məsələn, əmanətindən ayda 500 manat faiz gəliri əldə edən şəxsin 200 manatı vergidən azad olacaq, qalan 300 manatına isə vergi tətbiq ediləcək.
Mövzu ilə bağlı “Yeni Sabah”a danışan iqtisadçı Natiq Cəfərli bildirib ki, nəzərdə tutulan birinci dəyişiklik olduqca absurddur:
“MilliÖN terminallarından 500 manatdan artıq ödən şəxslərin şəxsiyyətlərini təsdiq etmələri ilə bağlı tələb ümumiyyətlə absurddur. Çünki MilliÖN və digər ödəniş sistemləri vasitəsi ilə insanlar adətən bank kreditlərini ödəyir. Məsələn, aylıq ödənişi 500 manatdan artıqdırsa, bunun üçün xüsusi təsdiqləmə əməliyyatına nə ehtiyac var ki? Əgər bu vergidənyayınmanı nəzərdə tutan müxtəlif qərarların alınmasına hesablanıbsa, bu da absurddur. Çünki qayda 500 manatdan artıq vəsaitə tətbiq ediləcəksə və ödəniş məsələn, 1200 manatdırsa, o zaman vətəndaş hər biri 400 manat olmaqla, 3 dəfəyə edəcək. Bunu kim qadağan edə bilər ki? Bu nöqteyi-nəzərdən bu tipli qadağalar, məhdudiyyətlər ölkədəki iqtisadi ab-havaya çox pis təsir göstərir. Sözügedən hallar iqtisadiyyatda ciddi nəzarət rejiminin yaranmasından xəbər verir ki, bu çox da yaxşı birşey deyil”. Sərfəli qiymətə məhsullar
Ekspert əlavə edib ki, ikinci hal bank əmanətlərinin azalmasına təsir etməyəcək:
“Bank əmanətlərinə gəlincə, belə bir qərarın verilməsi gözlənilən idi. Amma bu mövzuda fərqli düşünürəm. Bu hal banklardan pulların geri çəkilməsinə səbəb olmayacaq. Çünki hələ də depozit faizləri yüksəkdir. 500 manat divedentiniz varsa, bunun 300 manatının cəmi 10 faizini verirsiniz və bu 30 manat edir”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 22 Noyabr 2026 12:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















