Icma.az
close
up
RU
525 ci qəzet Britaniya Ukrayna ittifaqı rəsmiləşdi Xaqani Cəfərli yazır

525 ci qəzet Britaniya Ukrayna ittifaqı rəsmiləşdi Xaqani Cəfərli yazır

525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Xaqani CƏFƏRLİ

Böyük Britaniyanın Baş naziri Kir Starmerin yanvarın 16-da Kiyevə qəfil səfəri edərək Ukrayna prezidenti Volodimir Zelenski ilə iki ölkə arasında dövlətlərarası münasibətlərin bütün sahələrini və 100 illik bir müddəti əhatə edəcək müqavilə imzalaması böyük tarixi hadisədir. Gələcək tarixçilərin bu hadisəni postsovet coğrafiyasının taleyində dönüş nöqtəsi kimi qeyd edəcəklərini ehtimal etmək çətin deyil. Öncə qeyd etmək lazımdır ki, bu müqavilə Böyük Britaniya ilə Ukrayna arasında ittifaqı rəsmiləşdirdi. Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı hücuma başladığı, əksər dövlətlərin Kiyevi təslimçiliyə vadar etməyə çalışdığı günlərdə Böyük Britaniya Ukraynanın müdafiəsinə qalxaraq Kiyevin kapitulyasiya sənədini imzalamasının qarşısnı almışdı. Həmin zamandan da Britaniya ilə Ukrayna arasında strateji müttəfiqlik münasibətləri yaranıb. Müharibə başlayandan Ukraynaya birmənalı dəstək verən Britaniya Kiyevə 12.8 milyard funt-sterlinqlik hərbi və mülki yardım verib, eləcə də on minlərlə ukraynalı əsgərə hərbi təlim keçib.

Yanvarın 16-da Birləşmiş Krallıq və Ukrayna arasında imzalanmış sazişin ilk maddəsi tərəflər arasında müdafiə sahəsində əməkdaşlığı dərinləşdirməyi, müdafiə-sənaye imkanlarını gücləndirməyi, müdafiə təyinatlı məmulatların birgə istehsalı üçün texnologiyaların mübadiləsini əhatə edir. İkinci maddə Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı konsensusa nail olunması ilə bağlıdır. Belə görünür ki, bu maddə Ukraynanın NATO-ya üzvlüyü üçün Alyansa üzv ölkələr arasında konsensusun əldə edilməsi üçün Britaniyanın üzərinə götürdüyü öhdəlikdir. Sazişin ən çox diqqət çəkən bəndi üçüncü maddədir. Bu maddə dəniz təhlükəsizliyinə uzunmüddətli sistem xarakterli təhdidləri və çağırışları həll etməyə yönəlib. Baltik, Qara və Azov dənizlərində təhlükəsizliyin möhkəmləndirilməsini əks etdirən bu maddənin Rusiyaya qarşı yönəldiyi sirr deyil.

Saziş strateji məsələlərlə yanaşı, iqtisadiyyatın bütün sahələrində əməkdaşlığı müəyyən etməklə elm, texnologiya və innovasiya sahəsində hər iki dövlətin mövqelərini gücləndirməyi hədəf olaraq müəyyən edib. Sazişin imzalanmasından sonra keçirilən mətbuat konfransında Böyük Britaniyanın Baş naziri Kir Starmer tezliklə Ukraynaya 150 artilleriya qurğusu və yeni mobil hava hücumundan müdafiə sistemi verəcəklərini bəyan edib. Mətbuat konfransında məlum olub ki, Böyük Britaniya bu il Ukraynaya 3 milyard funt-sterlinq hərbi yardım ayırıb.

Bütün bunlar Böyük Britaniya ilə Ukraynaya arasında imzalanan sazişin Sovet İttifaqının dağılmasından və Baltikyanı dövlətlərin Avro-Atlantik strukturlara inteqrasiyasından sonra ən mühüm siyasi hadisə olduğunu göstərir. Çünki ilk dəfədir ki, Rusiyanın özünə rəqib hesab elədiyi bir dövlət postsovet respublikası ilə bu qədər geniş sahəni əhatə edən və iki dövlət arasında əlaqələrdən kənara çıxan məqamları özündə əks etdirən müqavilə bağlayır. Eyni zamanda bu müqavilənin tarixi hadisə olduğunu göstərən onun birbaşa Rusiyanın əleyhinə yönəlməsidir. Xüsusilə iki dövlətin Baltik, Qara və Azov dənizlərində təhlükəsizliyə uzunmüddətli sistem xarakterli təhdidləri və çağırışları həll etməyi özündə əks etdirməsi birbaşa Rusiya qarşı yönəlib. Çünki Ukraynanın torpaqlarının işğalından sonra Rusiya Azov dənizini daxili su hövzəsi elan edib. İndi Britaniya ilə Ukraynanın Azov dənizindəki təhlükəyə qarşı birgə mübarizə aparmağı məqsədlərinin sırasına əlavə etməsi bu iki dövlətin Rusiyaya qarşı birgə mübarizə aparacaqları deməkdir. 

Kir Starmerin Kiyevə səfəri və Birləşmiş Krallıqla Ukrayna arasında 100 illik müqavilənin bağlanmasından öncə yayılan bir məlumatda isə rəsmi Londonun Ukraynaya ordu göndərməyə hazırlaşdığı bildirilirdi. "The Telegraph" nəşrinin məlumatına görə, Fransa prezidenti Emmanuel Makron və Britaniyanın Baş naziri Kir Starmer atəşkəs razılaşmasından sonra Ukraynaya sülhməramlıların göndərilməsini müzakirə etməyə başlayıblar.

Böyük Britaniyanın Ukraynaya qoşun göndərməsi son zamanlar Londonun siyasi dairələrində geniş müzakirə olunur. Britaniyanın iki keçmiş müdafiə naziri Qrant Şapps və Qavin Uilyamson hökuməti Ukraynaya sülhməramlılar kimi qoşun göndərməyə çağırıb. Digər bir keçmiş müdafiə naziri Ben Uolles "The Telegraph" qəzetində yazdığı 2025-ci ildə Rusiyaya qarşı təzyiqlərin artırılmasını və onun beynəlxalq arenadan tamamilə təcrid edilməsini tələb edib. Ben Uolles məqaləsində yazır ki, Qərb 2025-ci ildə Rusiyanın ətrafında "hündür həbsxana hasarları çəkməyə" başlamalı və rus elitasının üzünə "qapılarını bağlamalıdır". Keçmiş nazir yazır ki, Rusiyanı cinayətkar kimi tamamilə təcrid etmək lazımdır. Böyük Britaniyanın keçmiş Baş naziri Boris Conson isə son müsahibəsində Rusiyanın dövlət başçısı Vladimir Putini çox ağır şəkildə təhqir etməkdən çəkinməyib.

Bütün bunlardan sonra Rusiya ilə Böyük Britaniya arasında münasibətlərin gərginləşəcəyi qaçılmaz görünür. Bu isə bütün dünyada, xüsusilə də Avrasiyada gedən proseslərə öz təsirini göstərəcək. Çox tezliklə London Rusiya ilə yaxşı münasibətlər saxlayan bütün ölkələrə təzyiq etməyə başlayacaq. Rusiya da öz növbəsində Britaniyanın tərəfdaşlarına qarşı təzyiq göstərməyə çalışacaq. Belə demək olar ki, tezliklə bir çox dövlətlər Rusiya ilə Britaniya arasında seçim qarşısında qala bilərlər.

Ukrayna ilə Birləşmiş Krallıq arasında imzalanmış yüz illik müqavilə eyni zamanda yeni dünya düzəninin formalaşmasına yön verəcək. Bundan sonra Böyük Britaniya daha fəal siyasət yürütməyə başlayacaq. ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın mövqeyi də belə bir qənaət yaradır ki, Ağ evin yeni sahibi Avropanı müttəfiqlərinin, ilk növbədə isə Britaniyanın öhdəsinə buraxmaq istəyir. Ukrayna ilə Birləşmiş Krallıq arasında imzalanmış yüz illik müqavilə isə onu göstərir ki, London bu missiyanı öz üzərinə götürür. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://525.az
archiveBu xəbər 21 Yanvar 2025 19:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see300

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see204

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see179

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see172

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see172

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see170

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see168

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see164

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see159

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see151

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see149

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see148

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see145

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see144

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see144

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see139

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see136

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see134

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see133

“Qarabağ” “Turan Tovuz”a güzəştə getdi

18 Yanvar 2026 10:37see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri