Icma.az
close
up
RU
525ci qəzet Ayağını özü kəsən qazi İmran Verdiyev yazır

525ci qəzet Ayağını özü kəsən qazi İmran Verdiyev yazır

525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İmran VERDİYEV
Əməkdar müəllim 

O, 1992-ci ildə Şuşa uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalmış Tofiq Rzayevin (Tofiq Oğuzun) oğludur. Atası kimi qorxmaz, mərd və vətənpərvər biridir qəhrəmanımız. Müsahibələrinin birində deyir: "...Məyus olduğum yeganə şey tez yaralanmağım və ayaqlarımı itirməyim oldu. Arzum o idi ki, tez çatım Şuşaya. Çünki mənim atam orda həlak olub. Atamın ruhunu şad etmək və ora qələbə bayrağını ilk sancanlardan olmaq istəyirdim. Bunun üçün üstümdə xüsusi bayraq da gəzdirirdim".

Söhbət Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etmiş, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində fədakarlıq və rəşadət göstərmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirmiş, göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə "Azərbaycan Bayrağı" ordeni, "Şücaətə görə", "Füzulinin azad olunması", "Cəbrayılın azad olunması" və "Qubadlının azad olunması" medalları ilə təltif edilmiş Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) zabiti, mayor Polad Rzayevdən gedir.

Polad Rzayev 1989-cu ilin mart ayının 13-də Oğuz (keçmiş Vartaşen) rayonunun Yaqublu kəndində Birinci Qarabağ müharibəsi şəhidi Tofiq Rzayevin ailəsində anadan olub. 1996-cı ildə Yaqublu kəndindəki T.Babayev adına tam orta məktəbinin I sinfinə qəbul olub, VI sinfə kimi həmin məktəbdə təhsil alıb. 2001-ci ildə ailəlikcə Bakı şəhərinə köçmüşdür. Oradakı 189 saylı lisey məktəbdə oxuyub.

Daha sonra təhsilini C.Naxçıvanski adına Hərbi liseydə davam etdirib. 2006-2010-cu illər arasında H.Əliyev adına Ali Hərbi Məktəbdə kəşfiyyat ixtisası üzrə təhsil alıb, 2010-2011-ci illərdə Silahlı Qüvvələrin Təlim-tədris Mərkəzində xüsusi kəşfiyyat ixtisası üzrə təhsilini başa vurub. Bu illərdə müxtəlif ölkələrdə təcrübə keçib. On ildə yaxın Xüsusi Təyinatlı Qüvvələrin tərkibində kəşfiyyatçı kimi xidmət göstərib, çoxsaylı əməliyyatların iştirakçısı olub. Aprel döyüşlərində bölük komandiri kimi iştirak edib.

Vətən müharibəsi başlayan ilk gündən döyüşlərdə iştirak edən qazimizin döyüş yolu Kəlbəcərdən - Murov dağından başlayıb. Onların taboru "Canavar qulağı" adlanan strateji əhəmiyyətli mövqenin alınması tapşırığını uğurla yerinə yetirib. Həmin əməliyyatdan sonra Cəbrayılın kəndlərinin azad olunması uğrunda döyüşlərdə iştirak edib. Cəbrayıla qələbə bayrağını ilk sancanlardan biri də o olub.

Son döyüşü 2020-ci il oktyabrın 19-da Qubadlının erməni işğalçılarından təmizlənməsi olub. Həkəri çayının yaxınlığında - Dağtumas kəndi ətrafında döyüş tapşırığını yerinə yetirərkən piyada əleyhinə minaya düşüb. İki ayağını da topuqdan itirib.

Söhbət zamanı ehtiyatda olan mayor P.Rzayev xəyalən 2020-ci ilin payızına qayıdır və söyləyir ki, "...döyüş vaxtı sağ ayağım minaya düşdü, yıxılmamaq üçün sol ayağımı yerə basanda o da minaya düşdü. Zərbə məni yaxınlıqdakı dərəyə atdı. Ayaqlarımın ikisinin də topuqdan qopduğunu və vətərdən sallandığını gördüm. Özümü itirmədim, ilk tibbi yardımdan istifadə etdim. Sallanan ayaqlarımdan birini özüm kəsib üzdüm. Rabitə əlaqəsinə girib özümdən 300-500 metr aralı olan döyüşçülərimə vəziyyəti və yerimi nişan verdim. Onlar tezliklə köməyə gəldilər, ayaqlarıma turna qoyub və məni döyüş zonasından çıxardılar".  

Polad "Yaşat" Fondunun və dostlarının da dəstəyi ilə Almaniyada müalicəyə göndərildi. O, altı aya yaxın Berlində Almaniya ordusunun xəstəxanasında müalicə aldı, üç əməliyyat keçirdi, daha sonra reabilitasiya və terapiya müddətini bitirdi, orada yüksək texnologiya əsasında hazırlanmış protezlərlə təmin olundu.

Almaniyada müalicə alarkən  Avstriyanın paytaxtı Vyana şəhərində keçirilən və Türkiyənin xarici işlər nazirinin də iştirak etdiyi iftar yeməyinə dəvət olundu. Tədbir çərçivəsində Mövlud Çavuşoğlu qazimizlə görüşərək fikir mübadiləsi edib, ölkələrimiz, xalqlarımız, millətlərimizin qardaşlığı və birliyi bir daha vurğulanıb, qəhrəmanımızın şücaətindən danışılıb.

Altı aya qədər Almaniyada müalicə alan Poladı Vətənə yola salmaq üçün orada yaşayan soydaşlarımız möhtəşəm yolasalma mərasimi təşkil etmişdilər. Belə bir qarşılama mərasim də Bakıda olmuşdu. Bakıya ayaq basan Polad ilk olaraq şəhid döyüşçü dostlarının məzarlarını ziyarət etmişdi. Bu, əslində bütün Vətən müharibəsi qəhrəmanlarına, şəhidlərimizə və qazilərimizə hörmət və ehtiramın təcəssümü idi.

İndi Polad Rzayev alman səhiyyəsinin möhtəşəmliyi və yüksək texnologiyalı protezlər sayəsində ayaq üstədir. Bu gün  tam sərbəst hərəkət edə bilir. Onun yenidən ayağa qalxması hamı, ən çox da Vətən müharibəsi qaziləri üçün böyük stimul olub.

Qəhrəmanımız deyir ki, "Şuşaya qədər irəliləmək arzum ürəyimdə qalsa da, döyüş yoldaşlarım həmin arzunu həyata keçirdilər. Haqq savaşında qalib gəldiyimizə, torpaqlarımızı erməni separatçı qüvvələrindən təmizlədiyimizə görə çox böyük qürur hissi keçirirəm". Özü isə ancaq 2021-ci ildə - 29 il sonra atasının Şuşadakı "Tar sexi" adlanan ərazidə şəhadətə ucaldığı məkanı ilk dəfə ziyarət edə bildi.

Bu gün mayor P.Rzayev öz dözümü və iradəsi ilə nümunədir. İradənin və qəhrəmanlığın simvoludur. Təsadüfi deyildir ki, Almaniyada onu müalicə edən alman həkimi Gernot Kreçmeri Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində Xocalı soyqırımının 31-ci ildönümü ilə bağlı anım tədbirində P.Rzayevin mətanətli Azərbaycan əsgəri olduğunu, onun polad iradəsinin müalicəsinin uğurla nəticələnməsində və ayağa qalxmasında böyük rol oynadığını qeyd edirdi. İndi Polad protez ayaqlarla xizək sürür, sularda üzür, futbol oynayır, dağlara dırmaşır.

O, həm də alpinistdir. Azərbaycan Alpinistlər Federasiyasının fəxri üzvüdür. İki ayağını itirmiş mayor qazimiz protezlə 2023-cü ildə "H.Əliyev zirvəsi"nə (3751 m.) qalxaraq bunu bütün şəhidlərə həsr etdiyini bildirmiş və özünün istaqram hesabında yazmışdı: "...mən bura təkcə öz adımdan deyil, bütün qazilərimiz adından, onların hamısını ürəyimdə tutaraq gəlmişəm və burdan, dahi "H.Əliyev zirvəsi"ndən bütün qazilər adından üzümü həm azərbaycanlılara, həm də dünyaya tutub deyirəm ki, Ali Baş Komandanın bir əmri ilə mən və mənim kimi minlərlə oğullar nəinki vücudumuzun bir hissəsindən, canımızdan belə keçərək bütün zirvələri qət etməyə hazırıq". 

Həmin ilin avqust ayında isə o, Avropanın ən hündür zirvəsi olan Elbrus zirvəsini (6542 m.) də fəth edib (İ.Aşurlu ilə) və orada Azərbaycan Respublikasının Dövlət Bayrağını dalğalandırıb.

Cavid Səmədovun yönəltmənliyi ilə çəkilən, 26-dan çox ölkədə nümayiş olunan, 34-dən artıq festivalda mükafatlar alan "Half Steel - Yarı Çelik" filmi P.Rzayevin həyat hekayəsini anladır. Mövzusu gerçək hadisələrdən götürülmüş bu filmdə Poladın həm fiziki, həm də psixoloji cəhətdən özünü yenidən bərpa etmək yolundakı uğurları ekrana daşınır. Onun vücudunda daşıdığı çelik (ayaqlarındakı polad) həm adının anlamı, həm də yenilməz iradəsinin simvolu kimi mənalandırılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:167
embedMənbə:https://525.az
archiveBu xəbər 09 Yanvar 2025 16:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see192

“WhatsApp” sizin yer məlumatınız toplayır Qorxunc iddia

01 Dekabr 2025 04:20see192

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see174

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see169

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see161

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see159

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see155

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see145

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see142

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see138

A Seriyası: Napoli yə 1 qol bəs etdi

01 Dekabr 2025 01:58see137

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see137

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see131

Xabi Alonso: “Hələ yolun əvvəlindəyik, hər şey dəyişə bilər”

01 Dekabr 2025 03:31see131

“Flamenqo”nun Libertadores zəfərindən sonra Rio gecəni yuxusuz keçirib VİDEO

01 Dekabr 2025 02:10see130

Müller yenidən Messinin qarşısına çıxır

01 Dekabr 2025 03:46see128

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see127

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see124

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see121

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri