525ci qəzet Ceyhun Bayramov Feridun Sinirlioğlunun ATƏTn baş katibi təyin olunması münasibətilə Türkiyəni təbrik edib
Icma.az, 525.az saytına istinadən bildirir.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Feridun Sinirlioğlunun ATƏT Nazirlər Şurasının 31-ci iclası çərçivəsində təşkilatın baş katibi təyin olunması münasibətilə türkiyəli həmkarı Hakan Fidanı təbrik edib.
525.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Bildirilib ki, Azərbaycan və Türkiyənin xarici işlər nazirlərinin telefon danışığı zamanı ATƏT-in Nazirlər Şurasının Maltada keçirilən 31-ci iclası çərçivəsində aparılan danışıqlar və müzakirələr ətrafında fikir mübadiləsi aparıblar:
"Nazir Ceyhun Bayramov təcrübəli türk diplomatı olan Feridun Sinirlioğlunun ATƏT Nazirlər Şurasının 31-ci iclası çərçivəsində təşkilatın baş katibi kimi yüksək vəzifəyə təyinatı münasibətilə Türkiyə tərəfini təbrik edib, bu böyük nailiyyətin tərəfimizdən böyük sevinclə qarşılandığını diqqətə çatdırıb. ATƏT-in baş katibi F. Sinirlioğluna məsuliyyətli fəaliyyətində uğurlar arzulanıb".
Baxış sayı:80
Bu xəbər 11 Dekabr 2024 16:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















