525ci qəzet Nazir: Azərbaycan yaşıl bacarıqların inkişafına fokuslanıb
525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Azərbaycan "yaşıl bacarıqlar"ın inkişafına fokuslanıb.
525.az "Report"-a istinadən xəbər verir ki, bunu Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev COP29 çərçivəsində keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bununla bağlı müxtəlif layihələrə start verilib.
"Yaşıl iqtisadiyyat"a keçidin uğurla həyata keçirilməsi üçün insan kapitalının inkişafına yönəlmiş kreativ yanaşmaların vacibliyini diqqətə çatdıran nazir bu keçid prosesinin sosial və əmək hüquqlarının qorunması baxımından ədalətli və inklüziv bir mühitdə həyata keçirilməli olduğunu bildirib.
S.Babayev vurğulayıb ki, insan resurslarının əmək bazarında baş verən dəyişikliklərə uyğun inkişaf etdirilməsi əsas hədəflərdən biridir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:50
Bu xəbər 18 Noyabr 2024 13:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















