Icma.az
close
up
RU
Menu

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

İcra başçısının nümayəndəliyi möhürü itirdi

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

“Azərbaycan sülhdə möhkəmdir”

Süni intellektlə səsləndirilən xalq mahnılarında müəllif hüququ məsələsi necə tənzimlənir? ŞƏRH EDİLDİ

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

Naxçıvanın sosial iqtisadi inkişafı haqda hesabat tədbiri keçirildi Fotolar

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

“Real”ın baş məşqçisi Xabi Alonsonun müqaviləsinə xitam verilib

8 avqustda paraflanan sənəd Ermənistan və Azərbaycan arasında münasibətlərin gərginləşməsinə heç bir səbəb qoymur

8 avqustda paraflanan sənəd Ermənistan və Azərbaycan arasında münasibətlərin gərginləşməsinə heç bir səbəb qoymur

Icma.az, Bizimyol portalına istinadən məlumat verir.

Böyük Britaniya Ermənistan və Azərbaycana qarşı 30 ildən artıqdır tətbiq edilən silah embarqosunu tamamilə ləğv edəcək və hər iki ölkə ilə münasibətləri “strateji tərəfdaşlıq” səviyyəsinə yüksəldəcək”. Bu barədə Britaniyanın xarici işlər naziri Stiven Doughty bildirib. "Sülhün bərqərar edilməsində əldə edilmiş əhəmiyyətli irəliləyişləri və Vaşinqtonda keçirilən son sammitin tarixi nəticələrini nəzərə alaraq Böyük Britaniya Ermənistan və Azərbaycana silah embarqosunu tamamilə ləğv edəcək", - diplomat bildirib.

1992-ci ilin fevralında ATƏT bütün iştirakçı ölkələrdən "Dağlıq Qarabağ ərazisində döyüş əməliyyatları aparan qüvvələrə bütün silah və sursatların verilməsinə" embarqo qoymağı tələb etdi. Lakin bu tələb artıq aktual deyil, Britaniya Xarici İşlər Nazirinin bəyanatında vurğulanır. "Bu qərar Böyük Britaniyaya həm Ermənistan, həm də Azərbaycanla əməkdaşlığı daha da inkişaf etdirməyə imkan verəcək və onların suverenliyini və ərazi bütövlüyünü qorumaq, o cümlədən digər dövlətlərin hibrid təhdidlərinə cavab olaraq səylərini dəstəkləyəcək", - Böyük Britaniyanın xarici işlər nazirinin müavini qeyd edib.

Xatırladaq ki, avqustun 8-də Ağ Evdə keçirilən görüşdən sonra Paşinyan və Azərbaycan prezidenti İlham Əliyev ABŞ-ın vasitəçiliyi ilə ikitərəfli sülh sazişi imzalayıblar. Sənəd Ermənistan və Azərbaycanın xarici işlər nazirləri tərəfindən artıq paraflanmış sülh müqaviləsinin gələcəkdə imzalanmasını və ratifikasiyasını nəzərdə tutur. Orada İrəvan və Bakı sərhədlərinin delimitasiyası və demarkasiyası üzrə razılığın əldə edilməsi, habelə diplomatik münasibətlərin qurulması üçün danışıqlar aparmağı öhdəsinə götürüblər.

Milli Məclisin deputatı Hikmət Babaoğlu Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Birləşmiş Krallığın Azərbaycan və Ermənistanla münasibətlərdə silah alış-verişinə embarqonun ləğv edilməsi, əslində regionda sülhün alqışlanması kimi qiymətləndirilməlidir. Deputat qeyd edib ki, həmin sənəddə məxsusi olaraq, 8 avqustda Ağ Evdə oval ofisdə imzalanan sənədə istinad edilməsi də yüksək qiymətləndirilməlidir: “Burada iki xüsusa diqqət yetirilir. Bunlardan biri Naxçıvanla əlaqənin təmin olunması və Ermənistanın suveren hüquqları məsələsidir. Azərbaycan əlbəttə ki, istədiyinə nail oldu. Naxçıvana maneəsiz keçidlə bağlı Ermənistan öhdəçilik götürdü. Azərbaycan isə Ermənistanın suveren hüquqlarına və ərazi bütövlüyünə hörmətlə yanaşdı”.

Hikmət Babaoğlu

Deputat hesab edir ki, Azərbaycana və Ermənistana silah satışında tətbiq olunan embarqonun qaldırılması da məhz bununla bağlıdır, çünki 8 avqustda paraflanan sənəd artıq Ermənistan və Azərbaycan arasında münasibətlərin gərginləşməsinə heç bir səbəb qoymur və bu da uzunmüddətli və etibarlı sülh üçün əsas yaradır.

“Ebmbarqonun qaldırılması qeyd etdiyimiz kimi, Birləşmiş Krallıq tərəfindən alqışlanır. İkinci bir məsələ ATƏT-in Minsk qrupunun ləğv edilməsi və onun qəbul etdiyi bütün qərarlar etibarsız sayılması idi. Bu da onun üçün idi ki, gələcəkdə kimsə bu qərarlara istinad edib nələrəsə iddia edə bilərdi ki, bu da sülhün pozulmasına gətirib çıxara bilərdi.

Göründüyü kimi, Böyük Britaniya diplomatiyası çox həssasdır və çox düzgün qiymətləndirmələr aparmağı bacarır”-deyə Hikmət Babaoğlu bildirib.

İradə Cəlil, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 15 Oktyabr 2025 23:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see239

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see213

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see210

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see198

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see192

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see177

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

13 Yanvar 2026 17:20see173

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see163

Süni intellektlə səsləndirilən xalq mahnılarında müəllif hüququ məsələsi necə tənzimlənir? ŞƏRH EDİLDİ

13 Yanvar 2026 11:49see156

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see154

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see153

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

13 Yanvar 2026 13:48see151

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see151

Naxçıvanın sosial iqtisadi inkişafı haqda hesabat tədbiri keçirildi Fotolar

12 Yanvar 2026 20:51see150

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see149

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

13 Yanvar 2026 16:19see142

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

13 Yanvar 2026 01:56see137

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

13 Yanvar 2026 18:46see136

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

13 Yanvar 2026 17:21see136

“Real”ın baş məşqçisi Xabi Alonsonun müqaviləsinə xitam verilib

12 Yanvar 2026 21:43see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri