Icma.az
close
up
RU
Menu

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

İcra başçısının nümayəndəliyi möhürü itirdi

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

Süni intellektlə səsləndirilən xalq mahnılarında müəllif hüququ məsələsi necə tənzimlənir? ŞƏRH EDİLDİ

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

La Liqa: “Sevilya” “Selta”ya məğlub olub

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

60 il öncə yaranan virus yayılmağa başladı Əhali təkrar yoluxur

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

Ağ Ev iki NATO ölkəsinə müharibə elan edəcək: ABŞ düşmənlərini deyil, müttəfiqlərini vuracaq

Ağ Ev iki NATO ölkəsinə müharibə elan edəcək: ABŞ düşmənlərini deyil, müttəfiqlərini vuracaq

Olke.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Tramp administrasiyasının ekspansionist hədəfləri və NATO ölkələrinin artan narahatlıqları onu göstərir ki, kollektiv Qərb artıq xarici rəqiblərlə deyil, məhz öz daxilindəki ciddi ziddiyyətlərlə üz-üzədir... ABŞ-ın öz müttəfiqlərinə qarşı hərbi təhdid siyasəti NATO-nun legitimliyini, Avropa Birliyinin təhlükəsizlik strategiyasını və bütövlükdə “kollektiv Qərb modeli”ni ciddi suallar qarşısında buraxır...

Ölkə.az "Yeni Müsavat"a istinadən xəbər verir ki, kollektiv Qərb daxilində olduqca ciddi hərbi-siyasi böhran yaşanır. Belə ki, ABŞ-ın “Qrenlandiyanı ilhaq gündəliyi” bu düşərgədə artıq “geopolitik zəlzələ” effekti verməyə başlayıb. Çünki ABŞ Konqresinə Qrenlandiya ilə bağlı beynəlxalq hüquq normalarına zidd qanun layihəsi təqdim olunub. Həmin sənədə görə, bu adanın ABŞ-ın yeni ştatına çevrilməsi nəzərdə tutulub. Və bu, Ağ Evin Qrenlandiyanı ilhaq gündəliyini artıq siyasi ritorika müstəvisindən çıxararaq, hərbi-strateji planlaşdırma mərhələsinə keçirdiyini göstərir.

Onu da qeyd etmək lazımdır ki, prezident Donald Tramp daha əvvəl Pentaqona Qrenlandiyanın ilhaqı üçün mümkün hərbi əməliyyat ssenarilərinin hazırlanması barədə də tapşırıq vermişdi. Bu səbəbdən də, Ağ Evin Danimarkaya məxsus bu adanı ABŞ sərhədləri içərisinə qatmaqda israrlı olduğu indi tamamilə inandırıcı görünür. Və Ağ Evin artıq başlatdığı bu proses yalnız ABŞ-Danimarka münasibətlərini deyil, bütövlükdə NATO-nun daxili balansını, Avropa Birliyinin təhlükəsizlik arxitekturasını və Atlantik okeanın şimalında qüvvələr nisbətini sarsıdan təhlükəli geopolitik çağırış xarakteri daşıyır.

Məsələ ondadır ki, Qrenlandiyanın strateji önəm daşıyan coğrafiyası qlobal güclərin iştahasını artırır. Qrenlandiya dünyanın ən böyük adası olmaqla yanaşı, Arktika regionunun da “açar məkanı” sayılır. Çünki Ağ Ev bu adanı ələ keçirəcəyi təqdirdə, ABŞ-ın erkən xəbərdarlıq və raketdən müdafiə sistemləri, şimal qütbündəki dəniz marşrutlarına nəzarət, təbii sərvətlər, xüusilə də, enerji resursları, Rusiya və Çinin Arktikadakı fəallaşmasına qarşı hərbi-siyasi balansın yaradılması üçün olduqca ciddi strateji üstünlüklər qazana bilər. Yəni, Ağ Ev Qrenlandiyanı sadəcə, iqtisadi aktiv kimi deyil, məhz ABŞ-ın qlobal hegemonluğunu qorumaq üçün vaxkeçilməz geostrateji platforma kimi dəyərləndirir.

Maraqlıdır ki, ABŞ üçün bu ada həm də Alyaska ilə Avropa arasında “itkin halqa” rolunu da oynaya bilər. Ancaq Ağ Evin bu adanı öz nəzarəti altına alması deyəsən, o qədər də asan başa gəlməyəcək. Belə ki, Qrenlandiyanın baş naziri Yens-Frederik Nilsenin sərt etiraz bəyanatı ABŞ-ın bu adanı ilhaq planlarına qarşı prinsipial müqavimət niyyəti kimi qəbul olunur. Çünki baş nazir Yens-Frederik Nilsen bildirib ki, bu ada ABŞ-a deyil, məhz Danimarkaya bağlı qalacaq, təhlükəsizlik baxımından isə NATO və Avropa Birliyinə üstünlük verir. Onun Ağ Evin ilhaq niyyətlərini beynəlxalq hüquqa və xalqların özmüqəddəratını təyinetmə prinsipinə zidd olduğunu vurğulaması Qrenlandiya rəhbərliyinin məsələni hüquqi müstəviyə daşımaq cəhdi kimi görünür.

Ancaq prezident Donald Trampın bu açıqlamaya reaksiyası, baş nazir Yens-Frederik Nilseni tanımadığını deməsi və açıq mətnlə təhdidlər yağdırması ABŞ-ın bu məsələyə siyasi-diplomatik deyil, hərbi güc siyasəti prizmasından yanaşdığını göstərir. Bu isə istər-istəməz NATO daxilində indiyə qədər heç vaxt müşahidə edilməmiş səviyyədə ciddi gərginlik yaradır. Çünki NATO-nun nizamnaməsi kobud şəkildə pozulur, bu hərbi-siyasi alyansa üzvü olan ABŞ faktiki olaraq, qurum üzrə digər müttəfiq ölkənin beynəlxalq hüquqla təsbit olunmuş ərazisinə iddia irəli sürür.

Onu da qeyd etmək lazımdır ki, Tramp administrasiyasının son davranışları kollektiv Qərb daxilində olduqca ciddi qorxu mühiti yaradıb. Xüsusilə də, Kanada rəsmi dairələri ciddi şəkildə narahatdır ki, Venesuela və Qrenlandiyadan sonra prezident Donald Trampın növbəti hədəfi məhz bu ölkə ola bilər. Hər halda, Ağ Ev sahibi Donald Trampın bir müddət öncə Kanadanın suverenliyinə qarşı dilə gətirdiyi sensasion iddialar indi artıq real təhlükə qaynağı kimi qəbul edilir. Venesuela prezidenti Nikolas Maduronun oğurlanması və Qrenlandiyanın ilhaq ehtimalı Kanadanın hakim dairələrində belə qənaətlər yaradıb ki, ABŞ regiondakı müttəfiqlərinə qarşı da “hərbi məcburetmə alətləri”ndən istifadə edə bilər.

Bu səbəbdən də, mövcud xof mühiti fonunda Kanada siyasi dairələri ölkənin müdafiə siyasətində “Finlandiya modeli”ndən istifadə edilməsinin mümkün olduğunu irəli sürürlər. Yəni, rəsmi Oslo indi ümumxalq müdafiə konsepsiyası, rezerv qüvvələrin genişləndirilməsi, PUA-lara əsaslanan asimmetrik müdafiə strategiyası, ABŞ-dan asılı olmayan hərbi-texnoloji imkanların yaradılması kimi addımların atılmasını vacib hesab edir. Və bu, faktiki olaraq, Kanadanın ABŞ-ı artıq potensial təhlükə mənbəyi kimi görməyə başladığını göstərir.

Bütün bunlara paralel olaraq, rəsmi Oslo Kanadanın ABŞ-dan iqtisadi asılılığını azaltmaq üçün Çin də daxil olmaqla, alternativ ticarət tərəfdaşları ilə əlaqələri genişləndirməyə çalışır. Ancaq Qərb analitikləri xəbərdarlıq edirlər ki, bundan sonra ABŞ-a ediləcək hər hansı güzəşt Kanadanın siyasi suverenliyini zəiflədə, iqtisadi müqavimətini isə daha da sarsıda bilər. Bu vəziyyət Kanadanı indi klassik geopolitik dilemma qarşısında qoyub. Belə ki, rəsmi Oslo artıq təhlükəsizlik üçün ABŞ-a yaxın qalmaq, yoxsa Kanadanın suverenliyi naminə ondan strateji məsafə saxlamaq variantları arasında seçim etməyə məcbur qalıb.

Beləliklə, Qrenlandiya böhranı, Tramp administrasiyasının ekspansionist hədəfləri və Kanadanın artan narahatlıqları onu göstərir ki, kollektiv Qərb artıq xarici rəqiblərlə deyil, məhz öz daxilindəki ciddi ziddiyyətlərlə üz-üzədir. ABŞ-ın öz müttəfiqlərinə qarşı hərbi təhdid siyasəti, hətta Ağ Evin iki ölkəyə müharibə elan etmə ehtimalı NATO-nun legitimliyini, Avropa Birliyinin təhlükəsizlik strategiyasını və bütövlükdə “kollektiv Qərb modeli”ni ciddi suallar qarşısında buraxmış kimi görünür. Və əgər bu tendensiya davam edərsə, onda Ağ Evin savaş qərarı verəcəyi ölkələrin sırasında Rusiya-İran tandemi deyil, məhz ABŞ-ın NATO üzrə müttəfiqləri yer ala bilər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://olke.az
archiveBu xəbər 14 Yanvar 2026 21:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see241

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see214

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see214

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see208

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see204

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see194

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

13 Yanvar 2026 17:20see174

Süni intellektlə səsləndirilən xalq mahnılarında müəllif hüququ məsələsi necə tənzimlənir? ŞƏRH EDİLDİ

13 Yanvar 2026 11:49see158

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see157

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see156

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

13 Yanvar 2026 13:48see153

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see149

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

13 Yanvar 2026 16:19see142

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

13 Yanvar 2026 17:21see139

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

13 Yanvar 2026 01:56see138

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

13 Yanvar 2026 18:46see136

La Liqa: “Sevilya” “Selta”ya məğlub olub

13 Yanvar 2026 02:11see136

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

14 Yanvar 2026 03:34see135

60 il öncə yaranan virus yayılmağa başladı Əhali təkrar yoluxur

13 Yanvar 2026 07:02see134

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

13 Yanvar 2026 23:31see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri