Icma.az
close
up
RU
Menu

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

İcra başçısının nümayəndəliyi möhürü itirdi

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

Süni intellektlə səsləndirilən xalq mahnılarında müəllif hüququ məsələsi necə tənzimlənir? ŞƏRH EDİLDİ

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

La Liqa: “Sevilya” “Selta”ya məğlub olub

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

60 il öncə yaranan virus yayılmağa başladı Əhali təkrar yoluxur

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

“Prezident hər məsələdən məlumatlıdır...” “Elm və təhsildən faydalanan xalq firavan yaşayar...”

“Prezident hər məsələdən məlumatlıdır...” “Elm və təhsildən faydalanan xalq firavan yaşayar...”

Moderator.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“İmitasiya yolu ilə davam etmək, yoxsa real  təhsil islahatları ilə  gələcəyi xilas etmək...”

“İctimai nəzarətin inkişafını daim təşviq edən ölkə rəhbərliyi  belə nəzarətin mühüm  vasitələrindən biri kimi sosial şəbəkələrdə və KİV-də vətəndaşların qaldırdığı problemlərdən,  narazılıqlardan, ictimai rəydən  tam məlumatlıdır,  baxmayaraq ki, bəzi məmurlar buna əhəmiyyət vermirlər...”

Moderator.az aktuallığını nəzərə alaraq tanınmış təhsil eksperti, ADPU-nun dosenti İlham Əhmədovun “İndi seçim anıdır...”   başlıqlı növbəti analitik məqaləsini təqdim edir:  

“Təhsilin uğuru  məsuliyyət  və səriştədən asılıdır. Prezident bir məsələyə dair öz iradlarını bildirdikdə, təkliflər verdikdə, aidiyyatı qurumların məmurları tez tələsik qış yuxusundan oyanır, "fəallaşır", iş görüntüsü yaratmağa çalışırlar. Sanki işlərində ciddi dönüş yaradacaqlarmış. 

Bu fəallıq real işdə yox, hay-küydə, KİV-dəki müsahibələrdə hiss edilir. Az sonra yenidən süstlük,  durğunluq  davam edir, yüksək səviyyəli növbəti  mesajlara qədər...  

Əgər hər hansı məmur sidq-ürəklə Prezidentə xidmət edirsə, dövlətin inkişafını və  imicini düşünürsə, onda  işini elə qurmalıdır ki, ictimai rəy (hay-küy yox),  onun xeyrinə işləsin, Prezident bu sahədəki gerilikdən, problemlərdən yox, real inkişafdan, beynəlxalq uğurlardan, xalqın bu sahədəki işlərdən yaranan ictimai məmnunluqdan  danışsın... 

Prezidentin  hər məsələdən məlumatı var. İctimai nəzarətin inkişafını daim təşviq edən ölkə rəhbərliyi  belə nəzarətin mühüm  vasitələrindən biri kimi sosial şəbəkələrdə və KİV-də vətəndaşların qaldırdığı problemlərdən,  narazılıqlardan, ictimai rəydən  tam məlumatlıdır,  baxmayaraq ki, bəzi məmurlar buna əhəmiyyət vermirlər.  

Məmurlar qaldırılan problemləri vaxtında və səmərəli həll etmək, ictimai mənafe naminə  cəmiyyətin yüksək potensiallı təbəqəsi ilə intellektual dialoqa girmək əvəzinə blogerlərin köməyi ilə "informasiya əks-hücumuna" start verir, bu hay-küy və toz-tozanaq fonunda  problemləri cəmiyyətə unutdurmaq istəyirlər. Amma həll edilməyən  problemlər bir an da olsun unudumur, hər an özünü göstərir… 

Belə təəssurat yaranır ki, menecerlər  real təhsil problemlərini həll etmək istəmirlər. Təhsil problemləri isə qarşılıqlı şəkildə sinergetik effekt yaradaraq ilbəil daha da böyüyür, həlli çətinləşir.  

Yerində olmayan məmur yarıtmaz fəaliyyəti ilə xalqı  özündən, o cümlədən hökumətdən   narazı salır. İndiki həssas dövrdə hər bir məmur bu incəlikləri anlamalı, xalqa və dövlətə sadiqliyini real, konkret işlərlə sübut etməlidir. Əgər bacarmırsa, kənara çəkilməli,  daha  səriştəli kadrların  bu problemləri həll etməsinə imkan verməlidir… 

Prezidentin sonuncu müsahibəsi bir daha göstərdi ki, ölkənin postneft dövründə yeganə xilası elm və təhsilin inkişafı, insan kapitalının yüksək keyfiyyəti ola bilər. Artıq 22 ildir ki, prezident bu məsələni məmurların diqqətinə çatdırır. 

Təəssüf ki, təhsil sistemi, TN və ETN menecerləri bu önəmli, dövlət əhəmiyyətli vəzifəni layiqincə yerinə yetirə bilmədilər…  

Prezidentin "Neft kapitalını insan kapitalına çevirək" kimi strateji tapşırığını icra edə bilməyən menecerlərə etimad ola bilərmi?

Prezidentin dediyi "Neft və qaz tükənəndən sonra, ölkədə çətin durum yarana bilər" kimi  çox ciddi  xəbərdarlığı da əgər menecerlərin məsuliyyətini artırmırsa, onda biz  hansı inkişafa  ümid edirik?.. 

Son günlər ölkə prezidenti elm və təhsilin əhəmiyyəti haqqında fikirlərini bildirdikdən sonra sahə məmurları kollektiv şəkildə elmin əhəmiyyətindən danışmağa başlayıblar.  Guya işlərində dönüş edirlər. Danışmaq yox, iş görmək lazımdır. Bu isə hiss edilmir… 

Elmin əhəmiyyətini 2500 il əvvəl Konfutsiy hamıdan gözəl formada deyib: “elm və təhsildən faydalanan xalq firavan yaşayar”. Biz də dəfələrlə məqalələrimizdə bu aforizmi yazmışıq.  Amma məmur  bunu təkrar etməli deyil, reallaşdırmalıdır. Çünki dövlət siyasətini onlar icra edir,  resurslara onlar  sərəncam verirlər.  Qonşu Qazaxıstan təcrübəsi bizə yaxşı nümunə ola bilər.  Qazaxıstan təhsili bu gün dünyanın TOP-14 təhsil sisteminə daxildir. 

Təklif edirik ki, ETN ölkə elm və təhsilinin ağır durumu barədə, real faktlar əsasında hesabat hazırlasın, hökumət üzvlərinin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə geniş müzakirə keçirilsin və bu canlı translyasiya edilsin. Bu suallar  müzakirəyə çıxarılsın: “Niyə ETN  22 ildə  neft kapitalını insan kapitalına çevirə bilmədi?  Ölkənin  postneft dövrü üçün ETN-nin təklifi nədir?” 

Davamı ilə bütün universitetlərdə bu problem müzakirə edilsin, təkliflər verilsin, sonda geniş tədbirlər planı hazırlansın və bu əsasda tədricən konkret addımlar atılsın. 25 il boşuna getdi, vaxt limitimiz azdır… 

Əks halda tezliklə neft və qazımız tükənəcək,  amma elm- təhsil problemlərimiz heç vaxt tükənməyəcək. Onsuz da elm- təhsil  problemlərini  həll etməyə bizə ən azı 10-15  il vaxt lazım olacaqdır,  əgər indi düzgün qərarlar qəbul edə bilsək. 

Yüksək texnologiyalara əsaslanan biliklər cəmiyyətində, süni intellekt  dövründə  elm və təhsilsiz, zəif insan kapitalı ilə ölkənin nə perspektivi ola bilər?.. 

44 günə Qarabağı 30 illik işğaldan azad edən, Şuşanı əlbəyaxa döyüşlə düşmənlərdən təmizləyən, dünya hərb tarixində hərbi innovasiyaların döyüş meydanında tətbiq edərək Zəfər çalan bir xalq niyə bəzi səriştəsiz məmurların məsuliyyətsizliyi  səbəbi ilə  öz övladlarını qeyri-müəyyən gələcəyin ümidinə buraxsın? 

Qanunu bilməmək vətəndaşı məsuliyyətdən azad etmədiyi kimi, bəzi menecerlərin səriştəsiz və məsuliyyətsiz idarəetməsi nəticəsində elm- təhsilin çökməsi  qanun qarşısında  onları gələcək  məsuliyyətdən azad etməyəcək...”

İlham Əhmədov, dosent.”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:52
embedMənbə:https://moderator.az
archiveBu xəbər 14 Yanvar 2026 21:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see241

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see214

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see214

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see208

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see204

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see194

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

13 Yanvar 2026 17:20see174

Süni intellektlə səsləndirilən xalq mahnılarında müəllif hüququ məsələsi necə tənzimlənir? ŞƏRH EDİLDİ

13 Yanvar 2026 11:49see158

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see157

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see156

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

13 Yanvar 2026 13:48see153

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see149

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

13 Yanvar 2026 16:19see142

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

13 Yanvar 2026 17:21see139

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

13 Yanvar 2026 01:56see138

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

13 Yanvar 2026 18:46see136

La Liqa: “Sevilya” “Selta”ya məğlub olub

13 Yanvar 2026 02:11see136

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

14 Yanvar 2026 03:34see135

60 il öncə yaranan virus yayılmağa başladı Əhali təkrar yoluxur

13 Yanvar 2026 07:02see134

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

13 Yanvar 2026 23:31see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri