Icma.az
close
up
RU
80 yaşlı çempion Tərlanə Yaqubqızı yazır

80 yaşlı çempion Tərlanə Yaqubqızı yazır

Icma.az bildirir, Adelet.az saytına əsaslanaraq.

Sizə 80 yaşlı çempiondan danışmaq istəyirəm. Dostlarının, həmkarlarının, tələbələrinin sevimlisi 80 yaşlı İsmixan Yusubovdan. Onunla cəmi üç dəfə söhbətimiz oldu. Yazacağı növbəti kitab üçün material axtarışında idi. Çox böyük köməyim dəyməsə də, mənə canı-dildən təşəkkür etdi. Hər gəlişində onun qıvraq hərəkətlərini, pillələri asanlıqla düşüb-çıxmasını görəndə yaşının 80 olduğuna heç cür inanmağım gəlmirdi. Zarafatla ondan "Deyəsən, cavanlıqda çempion olmusunuz",- deyə soruşmuşdum. Demə, zənnim bu dəfə də məni aldatmayıbmış. 

Bazar günü İsmixan müəllim əlində nəfis tərtibata malik, cildində dəniz mənzərəsi fonunda özünün şəkli olan kitabla yanıma yaxınlaşdı. Mənə 80 illik yubileyinə həsr olunmuş "Yada düşən adam" kitabını hədiyyə edəndə çox sevindim. Kitab onsuz da mənə maraqlı olan bu gözəl insanı daha da yaxından tanımağıma səbəb oldu. Elə buna görə də kitabın ərsəyə gəlməsində böyük zəhməti olan Soltan Həmid Hilal oğlu Melikova və onun Londonda yaşayan qızı Mahirə xanıma təşəkkürümü bildirmək istəyirəm.

Kitabı vərəqlədikcə  ürəyi dünyalar boyda olan bir insanın zəngin dünyasına daxil oldum.

İsmixan müəllimin  elm və poeziya ilə keçən 80 illik mənalı ömrü bir kitaba sığışa bilməsə də, həyatının uşaqlıq və gənclik illərindən  tutmuş bugünkü günədək yaşadıqları müəyyən qədər öz əksini tapa bilmişdir. 

İsmixan Yusubov 1945-ci il sentyabrın 11-də Azərbaycanın Ağstafa rayonunun Poylu kəndində anadan olub. Bunu mənə deyəndə  həmyerlisi rəhmətlik Nəriman Həsənzadənin "Nabat xalanın çörəyi" əsərini xatırladım. O da öz növbəsində gülümsünərək "Mən o Nabat xalanı görmüşdüm'",- dedi. Yeri gəlmişkən, İsmixan Yusubovun "Mənim Poylu kəndim" adlı kitabında bu kənd və onun işgüzar adamları haqqında maraqlı məlumatlar və şirin xatirələr toplanıb.

İsmixan Yusubov kimləri görməyib ki, kimlərlə dostluq etməyib ki?! Sanki bütün Azərbaycan bu adamın dostudur. Təkcə Azərbaycanda yox, qardaş Türkiyədə də, digər xarici ölkələrdə də onu tanıyıb sevənlər çoxdur. Kitabı vərəqlədikcə bunun şahidi oluram. Xəzər Universitetinin rektoru Hamlet İsaxanlıdan tutmuş adi tələbələrədək onun haqqında yazılanları fərəh hissi ilə oxuyuram. Məni ən çox mütəəssir edən əhvalat onun yağışlı havada tələbələrini çətirsiz gördüyü zaman öz çətirini bağlaması oldu. Bir insan nə qədər həssas, nə qədər böyük ürəyə sahib olmalıdır ki, belə bir hərəkət etsin. Bəlkə də elə buna görədir ki, İsmixan müəllimi hamı sevir. Çünki həyatda hər şey qarşılıqlıdır. İsmixan müəllim insanları sevir, riyaziyyatı, poeziyanı, idmanı sevir və bu sevginin qarşılığında Allah da onu mükafatsız qoymayıb. Onun gözəl ailəsi, geniş çevrəsi var. Cəmiyyətə özü kimi elm adamı olan, adına layiq iki oğul bəxş edib. Ən əsası, Allah bu insana renessans dövrünün adamları kimi hərtərəfli istedad bəxş edib. Ötən il nəşr olunmuş və təəssüf ki, kitabxanamızın arxivində cəmi bircə nüsxə olan "Ömrümə nur çiləyənlər" kitabını oxuduqdan sonra İsmixan müəllimi daha yaxından tanıdım. Alimin kitablara olan sevgisi  bu kitaba vərəq-vərəq hopub, desəm, yəqin ki, mübaliğə olmaz. Kitab müəllifin beş yaşı olanda onun əlindən tutub özü ilə Poylu kənd kitabxanasına aparan rəhmətlik atası Məhəmməd Abdulla oğlu Allahverənlinin əziz xatirəsinə həsr olunub.
Ailə sarıdan, necə deyərlər, İsmixan müəllimin bəxti gətirib. Ailənin üçüncü oğlu olaraq onun oxumasına xüsusi diqqət ayrılıb. Bu diqqət onun taleyində böyük rol oynayıb. Özünün yazdığı kimi, ilk oxuduğu kitab M.S.Ordubadinin "Qılınc və qələm" əsəri olub. Elə çox kitab oxuduğu üçün  sinif yoldaşları ona "Lenin" ləqəbi veriblər. Kitabda onun uşaq yaşlarından ahıl vaxtlarınadək oxuduğu kitablar haqqında geniş məlumat verilib. Mənə elə gəlir ki, əgər riyaziyyat elmini seçməsəydi, İsmixan müəllim həm də gözəl ədəbiyyat tənqidçisi kimi tanınardı. Onun oxuduğu kitabları şirin, sadə dildə təhlil etməsi bunu deməyə əsas verir. Ən maraqlısı isə, müəllifin bu kitabları indiyənədək göz bəbəyi kimi qorumasıdır. Onun həm Bakıdakı, həm də doğma Poylu kəndindəki evində zəngin kitabxanası da var. 

Vaxtilə M.F.Axundov adına kitabxananın (indiki Milli Kitabxana) biblioqrafiya şöbəsində işləmiş, sonradan universitetdə kitabxanaçılıq ixtisasından dərs deyən rəhmətlik dosent Elman Bədəlov tələbəlik illərində İsmixan müəllimə çox yaxşılıq edib, onu lazım olan  kitablarla operativ şəkildə təmin edib. Bu sözləri İsmixan müəllimdən eşitmək mənə ikiqat xoş oldu. Həm vaxtilə bizə dərs demiş Elman müəllimə, həm də kitaba və kitabxana işçilərinə verdiyi dəyərə görə ona minnətdarlığımı bildirdim.

Ötən əsrin 90-cı illərində bir çox ziyalımız-orta məktəbdə ədəbiyyat dərnəyimizin rəhbəri olmuş gözəl şairimiz Məmməd İsmayıl, universitetdə müəllimimiz olmuş Kamil Vəli Nərimanoğlu kimi (Allah hər ikisinə rəhmət eləsin!) İsmixan Yusubov da qonşu Türkiyəyə mühacirət edib. Qardaş ölkənin universitetlərində bir əfsanə kimi şöhrət qazanıb, dərslikləri nəşr olunub. Amma həssas ürəyi qürbətə alışa bilməyib, onu yenidən doğma Azərbaycana qaytarıb. Nə yaxşı ki, qayıdıb və azərbaycanlı tələbələri də ondan bəhrələnə biliblər. İsmixan müəllim onlara təkcə riyaziyyatı tədris etməyib, tələbələr ondan həyatı, həyatın sınaqlarından mərdliklə çıxmağı, humanizmi öyrəniblər. Bunları  mənə ərmağan etdiyi "Yada düşən adam" kitabında  tələbələrinin öz müəllimləri haqqında səmimi fikirlərinə əsaslanıb yazıram.

Etiraf edim ki, müəllifin  ad günləri ilə bağlı gündəliyində olan yazıların kitaba daxil olunması da mənə çox maraqlı gəldi. 

Ümumilikdə, "Füyuzat" nəşriyyatında  işıq üzü görən "Yada düşən adam" kitabı mənə çox böyük təsir etdi. Nə yaxşı ki Azərbaycanımızın belə gözəl insanları var. Nə yaxşı ki, mən İsmixan müəllimi tanıdım və nə xoş ki kitabını mənə bağışladı. 

İsmixan Yusubov bizim dəyərimizdir və bu dəyərə dəyər vermək bizim borcumuzdur. Cəmiyyətimizdə onun kimi insanlara ehtiyac çoxdur. Məsələ təkcə alimlikdə deyil, onun şəxsiyyəti və ətrafına öz ziyasını saçması məni bu yazını yazmağa vadar etdi.

Bir də onu demək istərdim ki, İsmixan Yusubov əslində yada düşən adam yox, heç vaxt yaddan çıxmayan adamdır. Var olun, İsmixan müəllim! Həmişə isminizə uyğun xan vüqarlı, xan yerişli olasınız.  Gəncliyində dəfələrlə çempion olmuş bir insan üçün 80 yaş nədir ki?  Ruhunuz da, canınız da həmişə sağlam və gümrah olsun. İnşallah yeni yubiley yaşlarınızı da bu cür sağlam və enerji dolu qeyd edəsiniz.  

80 illik zəngin ömür yolunuz da oxuduğunuz və yazdığınız kitablar kimi çox maraqlı və mənalıdır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://adalet.az
archiveBu xəbər 30 Sentyabr 2026 16:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see286

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see266

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see263

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see259

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see249

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see240

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see240

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see231

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see231

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see228

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see215

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see215

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see209

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see208

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see202

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see200

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see198

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see193

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see192

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri