Icma.az
close
up
RU
87 yaşlı evindən zorla çıxarıldı: Ölkəni etirazlar bürüdü

87 yaşlı evindən zorla çıxarıldı: Ölkəni etirazlar bürüdü

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İspaniyada 87 yaşlı Marikumen Abaskalın 70 ildən çox yaşadığı mənzildən zorla çıxarılmasından sonra on minlərlə insan Madrid küçələrinə axışıb. 

“Cebheinfo.az” “NBC News”-a istinadən xəbər verir ki, yaşlı qadının hekayəsi İspaniyada mənzil qiymətlərinin artmasına qarşı yeni etirazlara səbəb olub. 

Əlil arabasından istifadə edən Abaskal çərşənbə günü Madridin Retiro rayonundakı evindən zorla çıxarılıb. O, binadan xərəkdə çıxarılıb və təcili yardım maşını ilə aparılıb.

Onun yaşadığı bina 2018-ci ildə Urbagestión investisiya fondu tərəfindən satın alınıb. Madrid Kirayəçilər Birliyinin məlumatına görə, Abaskalın kirayəsi o vaxtdan bəri xeyli artıb və o, beş ildən çoxdur ki, evdən çıxarılmaya qarşı mübarizə aparır.

Şənbə günü Madriddə keçirilən yürüşdə onminlərlə insan iştirak edib. Nümayişçilər "Artıq evdən çıxarılma yoxdur!”, “Bir qonşu azalmasın!”, “Hamımız Marikumenik!” “Ədalətli qiymətə mənzil hüququ”! şüarları tutublar. Etirazdan sonra onlar Puerta del Solda toplaşıblar və bəziləri çadırlar qurublar. Bazar günü səhər onlarla fəal oturma aksiyasını davam etdirib.

Etirazlar yalnız paytaxtla məhdudlaşmayıb. Həftə ərzində kirayəçilər həmkarlar ittifaqları və digər mənzil təşkilatları İspaniyanın Qranada, Loqrono və Zaragoza da daxil olmaqla 16 digər şəhərində etiraz aksiyaları keçiriblər. 

Abaskalın vəkili Beatriz Duro köçürülmə zamanı güc tətbiqini "tamamilə qeyri-mütənasib və lazımsız" adlandırıb. 

Vəkilin sözlərinə görə, hətta naməlum bir şəxsin kirayə haqqını ödəmək təklifi belə vəziyyəti həll edə bilməyib, çünki ev sahibi Abaskal ilə yeni müqavilə imzalamaqdan imtina edib.

87 yaşlı qadının hekayəsi İspaniyadakı mənzil böhranına diqqəti çəkib. Ölkənin böyük şəhərlərində kirayə haqları sürətlə artır, əlverişli mənzillər isə azalır. Səbəblər kimi gentrifikasiya, qısamüddətli turist kirayələrinin artması və daşınmaz əmlakın investisiya aktivinə çevrilməsi göstərilir.

İspaniya Baş naziri Pedro Sançes Abaskalın evdən çıxarılmasını "nə ölkə, nə də dövlət qurumları baxımından qəbul edə biləcəyimiz sosial faciə" adlandırıb. BMT-də çıxışı zamanı Madrid hakimiyyətinin sosial mənzil çatışmazlığını həll etmək əvəzinə, lüks mənzillərə diqqət yetirdiyini bildirib.

Beynəlxalq Kirayəçilər Birliyi qeyd edir ki, mənzilin maliyyə aktivinə çevrilməsi bir çox Avropa ölkələri üçün problemə çevrilir.

"Mənzil bir hüquqdur. Hər şeydən əvvəl, bu, fundamental hüquqdur. Bu, bir əmtəə olmamalıdır", təşkilatın baş katibi Den Nikander bildirib.

Xəzər
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:108
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 27 Sentyabr 2026 16:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see345

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see284

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see282

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see282

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see274

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see267

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see260

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see258

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see255

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see244

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see242

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see241

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see240

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see239

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see233

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see227

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see227

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see217

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see214

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri