ABF nin rəsmiləri məşqçi heyəti və hakimlərlə GÖRÜŞDÜ
News24 saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Azərbaycan Boks Federasiyası (ABF) prezidentinin müşaviri Samir Hüseynov və İdarə Heyətinin üzvü Rövşən Hüseynov müxtəlif yaş qrupları üzrə yığmaların məşqçiləri və hakimlərlə görüşüb.
Bu barədə News24.az-a ABF-nin mətbuat xidmətindən məlumat verilib.
Görüşdə milli komandaların ilin əvvəlindən bu günədək iştirak etdiyi yarışlar, göstərdiyi nəticələr, qarşıdakı turnirlər müzakirə olunub.
Məşqçilər heyətlərinin hesabatları dinlənilib, yarışların sayının artırılması qərara alınıb. Avropa birinciliyində məktəbli boksçuların tarixi uğuru və rekordları da xüsusi vurğulanıb. Qeyd olunub ki, uşaq boksunun daha da inkişafı üçün bu ildən kadetlər arasında Azərbaycan Kuboku keçiriləcək.
Bundan əlavə, hakimlərimlərin beynəlxalq dərəcələrinin artırılması, yarışlarda iştirakı da müzakirə mövzusu olub.
Yekunda tapşırıq və tövsiyələr verilib, uğurların artırılması üçün lazımi şəraitin yaradılacağı vurğulanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 01 Avqust 2025 13:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















