“Beşiktaş” səfərdə 6 qolluq matçın qalibi oldu
Apasport portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Türkiyə Super Liqasının XII turunda “Beşiktaş” səfərdə “Konyaspor”u məğlub edib.
Apasport.az xəbər verir ki, Konya Böyükşəhər Bələdiyyəsi Stadionunda keçirilən qarşılaşma İstanbul təmsilçisinin 4:2 hesablı qələbəsi ilə başa çatıb.
Qonaqların heyətində Duşan Vlahoviç 10 və 34-cü dəqiqələrdə fərqlənərək dubl edib. Meydan sahibləri 42-ci dəqiqədə Jan-Lük Dompenin, 63-cü dəqiqədə isə Enis Destanın qolları ilə hesabı bərabərləşdiriblər.
Lakin “Beşiktaş” 79-cu dəqiqədə Leandro Trossardın qolu ilə yenidən önə keçib. Əsas vaxta əlavə olunmuş dəqiqələrdə Vatslav Çernı yekun hesabı müəyyənləşdirib.
Bu qələbə sayəsində “Beşiktaş” xallarının sayını 25-ə çatdıraraq turnir cədvəlində 4-cü pillədəki mövqeyini qoruyub. “Konyaspor” isə 8 xalla 15-ci sırada qalıb.
Qeyd edək ki, “Beşiktaş” növbəti turda “Qalatasaray”la qarşılaşacaq.
Mançesterdə 8 qol vuruldu, qalib müəyyənləşmədi “Fənərbaxça” Belözoğlu ilə darmadağınla başladı “Real Madrid” “Valensiya”nı darmadağın etdi – Arda Gülər də fərqləndi “Mançester Siti”dən gözlənilməz məğlubiyyət, “Arsenal” liderliyini möhkəmləndirdi “Qalatasaray” 7 qolluq matçda qalib gəldi
Baxış sayı:55
Bu xəbər 22 Noyabr 2026 19:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















