“Abırsız aktrisa bakirə qızı oynaya bilməz”
Icma.az bildirir, Olay.az portalına istinadən.
“Abırsız aktrisa bakirə qızı oynaya bilməz”
Əməkdar artist Gülşad Baxşıyeva açıqlaması ilə diqqət çəkib.
OLAY yazır ki, sənətçi bu barədə Baku TV-nin “Amin” verilişində danışıb. Sənətçi bəzi aktrisalarım təmiz qız rolunu oynaya bilməyəcəyini iddia edib:
“Bunu eşidəndə çox cavan idim, deyirdim, bu nə danışır? Aktrisada abır-həya? Nə əlaqəsi var? Təbii ki, illər keçdi, bu işin içində oldum, gördüm ki, o qadın o qədər müdrik söz deyib ki... Abırsız, pozğun aktrisa bakirə qız rolunu versələr, onu oynaya bilməyəcək. Çünki içi artıq çirkabdır, onun bütün hərəkətləri istər-istəməz səhnəyə çıxacaq. Bunun şahidi olmuşam, demirəm, hansı teatrdır, amma bir tamaşa izləyirdim. Bir aktrisa çıxdı səhnəyə, bilirəm ki, bu, düz adam deyil. Arxada tələbələr əyləşmişdi. Bunlar da əsəri bilirlər, baxdılar, dedilər ki, bu aktrisa elə bil səhnənin arasından bu cür gəldi, halbuki, obraz təmiz , bakirə qız idi. Amma onun pozğun həyatı necə canına hopubsa, yaşadığı həyatı səhnəyə gətirib”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 18 İyul 2025 12:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















