Icma.az
close
up
RU
Abituriyentlər niyə 6 ay stressə məhkum edilir?

Abituriyentlər niyə 6 ay stressə məhkum edilir?

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ali təhsil müəssisələrinə, həmçinin tam (11 illik) və ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizələrin qəbulu sabah başa çatır. 

Qeyd edək ki, martın 9–da və 15-ində Dövlət İmtahan Mərkəzi tərəfindən tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçiriləcək. Bu il ali təhsil müəssisələrinə 115 732 nəfər, 11 illik baza üzrə kolleclərə isə 107 125 nəfər sənəd verib. (04.03.2026-ci ilə olan məlumat) Ali məktəblərə müraciət edənlərin 106 718-i Azərbaycan, 11 707-si rus bölməsi üzrə qeydiyyatdan keçib. 

Kolleclərdə isə 97 882 nəfər Azərbaycan, 9 243 nəfər rus bölməsini seçib.  Qeyd edək ki, abituriyentlər qarşıdakı dövrdə bir neçə mərhələni aşmalı olacaqlar. Ekspertlər də təsdiq edirlər ki, qarşıda buraxılış imtahanları, blok imtahanları, nəticələrin elan olunması, ixtisas seçimi və nəhayət, qəbul nəticələrinin elan olunması var ki, bütün bu mərhələlər avqustun sonlarına qədər davam edəcək.  Yəni həm abituriyentlər, həm də valideynlər təxminən 6 ay davam edən ciddi psixoloji gərginlik içində qalacaqlar. Bu mərhələləri bir qədər yığcam etmək, insanları bu gərginlikdən xilas etmək olmazmı? 

Məsələ ilə bağlı təhsil üzrə ekspert Məzahir Məmmədli “Cebheinfo.az”-a bildirib ki, Azərbaycanda Dövlət İmtahan Mərkəzinin modeli tətbiq olunanda qonşu ölkə olan Türkiyə modeli əsas götürülüb:

“Burada maraqlı məqam odur ki, Türkiyə Azərbaycandan sonra  bu sistemdə çoxlu dəyişikliklər etdi.  Məsələn, əlavə qəbul proqramları keçirdi, dünya standartlarına uyğunlaşdırdı  və s. 

Yəni çoxtərəfli qəbul qaydaları var. Əgər kimsə sınaq testindən keçmək istəmirsə, birbaşa attestatla qəbul olur. Ancaq bizdə vahid bir sistem formalaşdığı üçün ikinci alternativ yoxdur. Yaxud müddət qoyulub ki, fevralın 15-dən martın-6-dək kimsə qeydiyyatdan keçə bilmirsə, kənarda qalacaq. 

Şəxsən mənə gün ərzində onlarla zənglər olur ki, mən uşağım üçün imtahana buraxılış vərəqəsi çap etdirmişəm, başqa nəyəsə ehtiyac varmı? İnsanlara bu prosedurla, vaxtla, zamanla bağlı vaxtaşırı məlumatlar verilməlidir, insanlar maariflənməlidir. İndi deyirlər ki, mərkəzlər açmışıq, vətəndaşlar ora müraciət etsinlər. 

Bu 2-3 mərkəz 100-200 min insanın problemini həll edə bilməz. Ona görə də yaxşı olardı ki, Azərbaycanda da çoxtərəfli, çoxnövlü qəbul qaydalarına keçsinlər. Mən demirəm ki, DİM-i ləğv etsinlər. Sadəcə olaraq alternativ, başqa üsullar da seçilsin ki, kim gərginlik yaşamasını, stress keçirməsini istəmirsə, gedib ödənişlə, attestatla ali təhsil müəssisəsində oxusun. 

Bəlkə o, 650-700 bal toplayandan daha yaxşı mütəxəssis olacaq?" Onun sözlərinə görə,  əmək bazarının “qırmızı diplom”luları yox,  yaxşı mütəxəssisləri qəbul etməsi faktdır:

"Ona görə də bu məsələdə abituryentlərə, valideynlərə qarşı insaflı davranmalıyıq”.Ekspertin sözlərinə görə, qəbul bu qədər mürəkkəb olmamalıdır: 

“Təhsil sahəsi üzrə mütəxəssislər də bu sahə ilə bağlı bildirirlər ki, bütün proseslərin yolu imtahanların sadələşdirilməsindən keçir. Mən demirəm ki,   biz Sovet rejimində olan bir qaydanı yenidən tətbiq edək. Sadəcə  yeni üsullar, modellər var ki, qabaqcıl ölkələrin təcrübəsindən istifadə edə bilərik. 

Xaricdə universitetlər təqaüd proqramı elan edir və Azərbaycanda savadlı uşaqları götürüb aparırlar. Azərbaycan universitetləri də dövlət hesabına maliyyələşirlər, həmin ali təhsil ocaqları da təqaüd proqramı elan etsinlər ki, mən sizə bu filan qədər təqaüd verəcəyəm, yaxşı yataqxana şəraiti yaradacağam, gəlin məhz bizim universitetdə təhsil alın. 

Yəni bu qədər rəqabət olsa, onda təhsilin səviyyəsi yüksələcək, müəllim nüfuzu artacaq. Bu gün Azərbaycanda çox sayda xaricdə təhsil üzrə şirkətlər var. Hamısı da gəncləri xarici universitetlərə yönəldirlər. 

Bu gün bizim vəsaitimiz xaricdə xərclənir, valideynlər əlavə stress, gərginlik yaşayır. Ölkəmizdə qəbulun yumşaldılmasına ciddi ehtiyac var. Bu gün tədris, elm elektronlaşıb.  İmtahan verdikdən sonra da uzun müddət onun nəticələrini gözləmək lazımdır. Bu, XXI əsrin standartları ilə uyğunlaşmır”.

Nigar Abdullayeva       
“Cebheinfo.az”

Açar sözlər: Abituriyentlər Məzahir Məmmədli

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:178
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 05 Mart 2026 18:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see314

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see308

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see306

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see291

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see290

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see282

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see272

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see272

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see270

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see256

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see241

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see231

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see230

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see225

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see225

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see223

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see216

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see215

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see189

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri