Icma.az
close
up
RU
ABŞ 8 min tələbənin vizasını ləğv edib Amerika səfirliyi İtaliya səfirliyi kimi azərbaycanlılara problem yaradacaq, yoxsa...

ABŞ 8 min tələbənin vizasını ləğv edib Amerika səfirliyi İtaliya səfirliyi kimi azərbaycanlılara problem yaradacaq, yoxsa...

Icma.az, Mia.az portalına istinadən məlumat yayır.

Bu ilin yanvar ayından bəri, yəni, son 11 ayda ABŞ-da ümumilikdə 85 mindən çox viza ləğv edilib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti rəsmi hesabat yayıb.

Hesabata əsasən, ləğv olunan vizalar içində tələbə vizaları da var: "8000-dən çox tələbənin də vizası müxtəlif səbəblərlə ləğv olunub".

Hesabatda qeyd olunub ki, bu, həm də prezident Donald Trampın ölkəyə "yararsız adamlar"ın girişini məhdudlaşdırmaq siyasətindən qaynaqlanır: "Son bir ildə viza ləğvlərinin təxminən yarısı sərxoş vəziyyətdə avtomobil idarə etmək, dava-dalaş və oğurluq kimi cinayətlərə görə olub. Hətta terrorizmə dəstək kimi səbəbdən viza ləğvi halları da az deyil"

Viza ləğvlərində ifadə azadlığı ilə bağlı narazılıqlara gəldikdə isə, departament buna şərh verməyib.

Ancaq xəbərdə deyilir ki, əksər tələbələrin vizaları sosial mediada özgür fikirli statuslar paylaşmaları, bəzilərinin isə Qəzza məsələsində İsraili ittiham etməsi səbəbindən ləğv olunub.

Yeri gəlmişkən, vizaları ləğv olunan tələbələr arasında azərbaycanlıların olub-olmaması bəlli deyil. Lakin görünən budur ki, bundan sonra ABŞ ünuniversitetlərinə qəbul olunan tələbələrin viza alması çox çətin olacaq. Hansı ki, belə əcaib halı İtaliya səfirliyi illərdir azərbaycanlı tələbələrə yaradıb. Təsəvvür edin ki,  İtaliyanın ən köklü universitetinə qəbul olunan, bəzi hallarda təqaüd belə qazanan tələbələr mövcud viza tələblərinə artıqlaması ilə əməl etsələr də, İtaliyanın Bakıdakı səfirliyi (konsulluq) əksəriyyətinə rədd cavabı verir. Azərbaycanla üstün ticarət və dost əlaqəsi olmasına baxmayaraq, italyanların bu ögey münasibəti isə əlbəttə, araşdırılmalı mövzudur...

Onu da qeyd edək ki, ötən il Polşa XİN bir çox ölkələrdəki səfirliklərinin rüşvət müqabilində viza verməsi faktına görə xeyli diplomatı vəzifədən azad edib, üstəlik, onlara cinayət işi də açıb.     

Lamiyə

MİA.AZ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://mia.az
archiveBu xəbər 09 Dekabr 2025 13:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see274

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see256

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see229

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see202

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see196

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see172

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see171

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see161

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see161

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see155

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see154

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see147

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see146

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see141

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see141

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see140

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see139

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see137

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri