ABŞ biznesmenləri xarici ölkələrin məmurlarına rüşvət verə biləcəklər Trampdan əmr
Icma.az, Oxu.az saytına istinadən bildirir.
ABŞ Prezidenti Donald Tramp Ədliyyə Departamentinə amerikalıların biznesdə faydalanmaq üçün xarici ölkələrin dövlət məmurlarına rüşvət verməsini qadağan edən antikorrupsiya qanununun icrasını dayandırmağı əmr edib.
Oxu.Az xəbər verir ki, bu barədə NTV məlumat yayıb.
Ölkənin yeni administrasiyası hesab edir ki, antikorrupsiya qanunu ABŞ şirkətlərini xaricdə rəqabət üstünlüyündən məhrum edib.
Prezident Oval Ofisdə ABŞ-nin baş prokuroru Pem Bondiyə 1977-ci il Xarici Korrupsiya Təcrübələri Aktının icrasını dayandırmağı əmr edən sərəncam imzalayıb.
"ABŞ-nin milli təhlükəsizliyi ölkədəki şirkətlərin bütün dünyada strateji kommersiya üstünlükləri əldə etməsindən asılıdır. Prezident Tramp isə ABŞ şirkətlərini daha az rəqabətədavamlı edən həddən artıq güc tətbiqinə son qoyur", - Ağ Evin bəyanatında bildirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:149
Bu xəbər 11 Fevral 2025 19:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















