Icma.az
close
up
RU
ABŞ hədəfində Xameneinidi

ABŞ hədəfində Xameneinidi

Newscenter.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.


Omanda ABŞ–İran danışıqları müsbət nəticə verməzsə, hərbi eskalasiya ehtimalı ciddi şəkildə artacaq. Vaşinqtonda artıq əsas problem kimi İranın ali dini rəhbəri Əli Xamenei ön plana çıxarılır. ABŞ-ın vitse-prezidenti C. D. Vens son açıqlamasında İranla danışıqlarda struktur problemin mövcud olduğunu vurğuladı: prezidentin real səlahiyyətlərə malik olmadığını və aparılan danışıqların yekun qərarının Ə. Xamenei tərəfindən qəbul edilmədiyini açıq şəkildə ifadə etdi. Bu yanaşma ABŞ-ın əsas ünvan kimi birbaşa ali dini rəhbərliyi hədəfə aldığını göstərir.
ABŞ İranla real qərarverici mərkəzlə, yəni əsas səlahiyyət sahibi olan şəxslərlə birbaşa danışmaq niyyətindədir və bunu gizlətmir. İndiyə qədər ABŞ-la aparılan danışıqların pozulmasında Ə. Xamenei, Əli Laricani və Əli Şamxaninin həlledici rolu olub. Xüsusilə Ə. Şamxaninin yenidən təhlükəsizlik sisteminə cavabdeh vəzifəyə gətirilməsi sərt xətt tərəfdarlarının mövqelərinin möhkəmləndiyini göstərir. Bu isə prezident və onun komandasının manevr imkanlarını ciddi şəkildə məhdudlaşdırır.
Əgər ABŞ-la danışıqlara Əli Laricani və Əli Şamxani cəlb olunarsa, müəyyən nəticələrin əldə edilməsi mümkündür. Lakin hazırkı mərhələdə islahatçıların razılaşdığı bəndlər mühafizəkar düşərgə tərəfindən faktiki olaraq bloklanır.
Qeyd edim ki, İranın Türkiyənin vasitəçiliyindən imtina etməsi də birbaşa Ə. Xameneinin göstərişi ilə həyata keçirilib. Halbuki Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və İran prezidenti Məsud Pezeşkian arasında telefon danışığı zamanı ümumi razılıq əldə olunmuşdu. Bu fakt Tehranda real qərarvermə mexanizminin prezident institutundan kənarda formalaşdığını bir daha təsdiqləyir. İrana qarşı hərbi əməliyyatlar olarsa, Türkiyə kənarda qalacaq. Həmçinin ABŞ birbaşa Ə. Xameneini aradan götürəcək.
Məhəmməd Əsədullazadə
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:146
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 06 Fevral 2026 12:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see256

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see248

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see240

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see236

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see234

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see230

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see224

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see218

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see217

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see216

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see205

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see203

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see200

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see200

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see200

Zelenski Trampdan mühüm addım gözləyir

03 Oktyabr 2026 20:16see199

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see198

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see197

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see194

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

04 Oktyabr 2026 04:04see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri