ABŞ ın İranla müharibədə itkiləri açıqlanıb
525.az saytından alınan məlumata görə, Icma.az bildirir.
İranla münaqişə başlayandan bəri ABŞ Silahlı Qüvvələri 25 hərbi təyyarə, 49 pilotsuz uçuş aparatı və 7 helikopter itirib.
525.az xəbər verir ki, bu barədə ABŞ Konqresinin Tədqiqat Xidmətinin yeni hesabatında deyilir.
Bildirilib ki, xüsusilə, döyüş əməliyyatları və “dost atəşi” (səhvən öz ordusunun, müttəfiqlərinin və ya tərəfdaş qüvvələrinin açdığı atəş) nəticəsində 15 ədəd F-15E “Strike Eagle” qırıcısı, bir ədəd beşinci nəsil F-35C “Lightning II” qırıcısı və iki ədəd A-10 “Thunderbolt II” hücum təyyarəsi məhv edilib.
Bundan əlavə, aviasiya qəzaları və İranın aviabazalara zərbələri nəticəsində 7 ədəd “KC-135 Stratotanker” yanacaqdolduran təyyarəsi, “EC-3 Sentry AWACS” uzaqmənzilli radiolokasiya aşkarlama və idarəetmə təyyarəsi, həmçinin ABŞ hərbçilərinin İranda axtarış-xilasetmə əməliyyatı zamanı partlatdığı “MC-130J” atəş- dəstəyi təyyarəsi itirilib.
ABŞ Silahlı Qüvvələri İrana qarşı əməliyyatlar zamanı azı 45 ədəd “MQ-9 Reaper” kəşfiyyat-zərbə pilotsuz uçuş aparatı, üç ədəd “MQ-1” çoxməqsədli PUA və bir ədəd “MQ-4C Triton” dəniz kəşfiyyat PUA-sı itirib.
Helikopter parkı üzrə itkilər isə yeddi zərbə və çoxməqsədli helikopterdən ibarət olub.
Hesabatda qeyd olunur ki, bundan əvvəl bir sıra analitiklər və ABŞ Müdafiə Nazirliyinin nümayəndələri aviasiya texnikası da daxil olmaqla itirilmiş texnikanın bərpası üçün tələb olunan xərclərlə bağlı müxtəlif qiymətləndirmələr açıqlayıblar. Sentyabr ayında Konqresin Büdcə İdarəsi itirilmiş texnikanın (avqustun 1-nə olan məlumata görə) Pentaqonun onu hansı formada əvəz etməyi planlaşdırmasından asılı olaraq, dəyərinin 1,9 milyard dollardan 3,3 milyard dollaradək olduğunu qiymətləndirib.
Pərvanə Sultanova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:43
Bu xəbər 07 Oktyabr 2026 13:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















