Icma.az
close
up
RU
ABŞ İran görüşü baş tutacaq? ŞƏRH

ABŞ İran görüşü baş tutacaq? ŞƏRH

Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Son məlumata görə, ABŞ və İran arasında danışıqların ikinci raundunun aprelin 22-də səhər saatlarında keçiriləcəyi gözlənilir.

Siyasi şərhçi Çingiz Şahbazi Redaktor.az-a açıqlamasında bildirdi ki, aprelin 22-də nəzərdə tutulan görüşün baş tutması qeyri-müəyyən olaraq qalır, hətta baş tutmamaq ehtimalı daha yüksəkdir:

"Amma ABŞ tərəfi artıq nümayəndələrini bu görüşə hazırlayıb. Bəzi qeyri-rəsmi mənbələrə görə, İran danışıqları dayandırdığını açıqlayıb. Bu baxımdan görüş tam ləğv oluna bilər və yaxud da başqa formata keçə bilər. Dolayısı ilə danışıqlar prosesinə vasitəçilər də qatıla bilər. Əlbəttə ki, vəziyyətin bu həddə çatması və münasibətlərin gərginləşməsinə səbəb son bir həftədə Hörmüz boğazında baş verənlərdir. ABŞ-nin İran gəmisini ələ keçirməsi, qarşılıqlı təzyiq mexanizmləri, atəşkəs pozuntuları ilə bağlı ittihamlar və ABŞ-nin qeyri-real, sərt tələbləri qarşısında İranın narazılığı buna səbəb kimi göstərilə bilər. Bu baxımdan İran Prezidenti Məsud Pezeşkianın ABŞ-ni və danışıqlar prosesini nəzərdə tutaraq verdiyi açıqlama ilk növbədə daxili auditoriyaya mesajdır, sonra isə danışıqlarda mövqenin sərtləşdirilməsi taktikasıdır".

Politoloqun fikrincə, görüş baş tutsa belə, tam razılaşma ehtimalı çox aşağıdır:

"Ən real variant çərçivə sazişinin imzalanmasıdır və burada atəşkəsin uzadılması, eləcə də danışıqlar prosesinin davam etdirilməsi öz əksini tapa bilər. Yəni diplomatiya pəncərəsi açıq saxlanılır və etimadsızlıq mühitinin aradan qaldırılması istiqamətində danışıqlar prosesi, formatı dəyişsə də, rədd edilmir.

Əlbəttə ki, ortada böyük risklər var və bu vəziyyət dünya bazarında qeyri-sabitlik yaradır. Dünya iqtisadiyyatı ümidlə qorxu arasında qalıb və danışıqlarla bağlı müsbət xəbərlər müəyyən sabitliyi təmin edir.

Hər iki ölkə ictimaiyyət qarşısında sərt danışır, amma bağlı qapılar arxasında tam fərqli mövqe nümayiş etdirə bilərlər. Bu baxımdan aprelin 22-də nəzərdə tutulan görüşün baş tutması ehtimalı çox azdır və bu, prosesin uzanacağını göstərir. Baş tutsa belə, atəşkəsin uzadılması və danışıqlar prosesinin davam etdirilməsi istiqamətində razılıq əldə edilə bilər".

Aytəkin TOFİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:467
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 21 Aprel 2026 15:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see944

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see569

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see314

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see299

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see297

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see294

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see290

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see248

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see222

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see198

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see191

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see190

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

05 Oktyabr 2026 15:58see188

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see188

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see188

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see185

Ceyranbatanda toyda dava Biri komadadır

05 Oktyabr 2026 15:49see183

PULU YĞIB YIĞIŞDIRMAQ OLMUR, AMMA... İqtisadçı yaranmış riskləri açıqladı düz baçlıqdır?

05 Oktyabr 2026 10:56see179

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see171

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan ABŞ strateji tərəfdaşlığını müzakirə ediblər

05 Oktyabr 2026 20:39see159
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri