ABŞ konqresmeni: Ukrayna münaqişəsinin həlli üçün şans var
Moderator.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Ukrayna münaqişəsinin nizamlanması üçün hazırda real imkan yaranıb".
Moderator.az xəbər verir ki, bunu ABŞ Konqresinin Nümayəndələr Palatasının Florida ştatından respublikaçı üzvü Anna Paulina Luna “X” hesabında bildirib.
“Ukraynadakı münaqişə başa çatmalıdır. Bu administrasiyaya qədər münaqişənin həlli istiqamətində heç bir səy göstərilməyib. İndi bizim şansımız var və sülhün əldə olunmasına kömək etmək üçün əlimdən gələni edəcəyəm”, - Luna qeyd edib.
Xatırladaq ki, ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Donald Trampın kürəkəni Cared Kuşner sentyabrın 5-də Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşüblər. Ertəsi gün onlar Kiyevdə Vladimir Zelenski ilə danışıqlar aparıblar.
Sentyabrın 8-də isə Putinlə Tramp arasında telefon danışığı olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 14 Sentyabr 2026 08:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















