Icma.az
close
up
RU
ABŞ öz yaratdığı və maliyyə ayırdığı USAID in qanunsuz fəaliyyətlə məşğul olduğunu yaxşı bilir

ABŞ öz yaratdığı və maliyyə ayırdığı USAID in qanunsuz fəaliyyətlə məşğul olduğunu yaxşı bilir

Bizimyol saytından alınan məlumata görə, Icma.az bildirir.

Sərhədsiz Reportyorlar (RSF) 2023-cü ildə USAID-in 30-dan çox ölkədə 6200 jurnalisti, 707 qeyri-dövlət media orqanı və 279 media yönümlü QHT-ni maliyyələşdirdiyini açıqlayıb. ABŞ-ın 2025-ci il xarici yardım büdcəsi dəstək olmaq üçün 268,4 milyon dollar ayırıb, təşkilat indi silinmiş faktlara istinadən xəbər verir. USAID-in ifşası zamanı üzə çıxan faktlar, USAID-in dünya üzrə maliyyələşdirdiyi nüfuzlu medialar – "The New York Times" (2024-cü ildə 3,1 mln.dollar ayrılıb), “Politico” (8 mln. dollar), “Associated Press” (19 mln.dollar), BBC (2,6 mln.funt), Reuters (9 mln.dollar), Frans-Press (447 min dollar). Ümumilikdə 700-dən artıq media orqanı, 300-ə yaxın media sahəsində çalışan QHT və 6 mindən çox jurnalist maliyyələşdirilib. Fevralın 6-dan ABŞ hökuməti bu təşkilat vasitəsilə “The New York Times”, “Politico” və “Associated Press”in maliyyələşdirilməsini dayandırıb. Yalnız Ukraynada medianın 90 faizi USAID tərəfindən maliyyələşdirilirmiş. 2024-cü ildə USAID Ukraynadakı proqramlarına 6 milyard dollardan artıq vəsait xərcləyib. Üzə çıxan faktlar bir daha göstərir ki, “azad mətbuat”, “söz azadlığı” adı altında əslində korrupsiya mexanizmi ilə ayrılan maliyyə əsasında milli hökumətlərə təzyiq və şantaj rıçaqları, informasiya diversantları hazırlanırdı.

Milli Məclisin deputatı Hikmət Babaoğlu Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, USAID-in fəaliyyəti ilə bağlı faktlar açıqlandıqca bir daha bəlli olur ki, bu təşkilat əslində heç bir beynəlxalq inkişafla məşğul olmayıb.

“USAID adının məzmununda ifadə olunan fəaliyyətlə məşğul olmayıb. Tam əksinə, müxtəlif ölkələrdə subyektlər yaratmaqla milli iradə üzərində "hakimiyyət" qurub və terrorizmdən tutmuş narkobiznesə qədər hər bir işlə məşğul olub. Beynəlxalq və milli hüquqa zidd olan fəaliyyətlərə yol verib. Əsas məqsədi müxtəlif ölkələrdə, yəni hədəf götürdüyü ölkələrdə kütləvi itaətsizlik yaratmaqla yerli hakimiyyət üzərində təzyiq qurmaq olub. Milli şüuru manipulyasiya edərək, onu imperializmin köləsinə çevirmək məqsədilə fəaliyyət göstərib. İnsan hüquqları, söz azadlığı, mətbuat azadlığı kimi dəyərləri istismar edərək hədəf götürdükləri ölkənin içərisində vətəndaş həmrəyliyini pozmağa cəhd göstərib. Hətta rəngli inqilabları törədəcək qədər çox ciddi ölçüdə qeyri-qanuni hərəkətlərlə məşğul olub. Əslində USAID kimi təşkilat tək deyil”-deyən deputat bildirib ki, oxşar məqsəd daşıyan Avropa təşkilatları da var

“Bu gün Amerika Birləşmiş Ştatları hiss edir ki, milli dövlətləri istismar etmək üçün yaratdığı bu alət artıq işə yaranmır. Səmərəli fəaliyyət göstərə bilmir. Çünki cəmiyyət inkişaf etdikcə, onun intellektual səviyyəsi də artır və başa düşürlər ki, USAID nə fəaliyyətlə məşğuldur, nə işlə məşğuldur və bunlar həmin cəmiyyətin milli maraqlarına uyğun deyil. Bu səbəbdən də, belə təşkilatların fəaliyyətini rədd edirlər. Nəticədə Amerika Birləşmiş Ştatları məcbur olur ki, özü bu təşkilatı ifşa etsin ki, guya Amerika dövlətinin bundan xəbəri olmayıb. Bu da yanlış məsələdir. Çünki 1961-ci ildən bəri bu təşkilatı yaradan və onun fəaliyyətinə milyardlarla vəsait ayıran ABŞ bilirdi ki, bu təşkilat illərdir nə işlə məşğuldur”-deyə deputat qeyd edib.

Hikmət Babaoğlu hesab edir ki, USAID-in timsalında bütün beynəlxalq hüquq təşkilatlarını və söz azadlığını müdafiə edən media ruporlarını “Amerikanın səsi”, “Azadlıq radiosu” və s. bunların fəaliyyətini həmişə təftiş etməliyik və şübhə ilə yanaşmalıyıq.

“Doğrudanmı, bunlar bəhs etdikləri dəyərlərə sahib çıxırlar? Yoxsa, milli dövlətə qarşı müxalifət formalaşdırıb onu zəiflətməyə çalışırlar? Cavab, əlbəttə ki, ikinci sualda aydın görünür. Ona görə də mən düşünürəm ki, bu istiqamətdə intellektual immunitet daha da gücləndirilməlidir”-deyə deputat vurğulayıb.

P.S. Xatırladaq ki, USAID Azərbaycanda fəaliyyətə 1992-ci ildə başlayıb. Lakin Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun bəyanatına görə, USAID-in Azərbaycandakı fəaliyyəti ilə bağlı müqavilənin müddəti 2024-cü il iyunun 1-də başa çatıb və həmin tarixdən etibarən agentliyin ölkədə fəaliyyət göstərməsi üçün artıq hüquqi əsası yoxdur. Ceyhun Bayramov USAID-in son illər ayırdığı yardımların Azərbaycanın deyil, ABŞ-ın maraqlarına xidmət etdiyini, qurumun Azərbaycanda olmasına ehtiyac olmadığını bildirib.

Qeyd edək ki, Amerika Xalqları Uğrunda Bolivar Alyansının (ALBA) ölkələri- Venesuela, Kuba, Ekvador, Boliviya, Nikaraqua, Sent Vinsent və Qrenadin, Dominika, Antiqua və Barbuda) öz üzvlərini USAID-i ölkələrindən çıxarmağa çağırıblar. Rusiyada, Azərbaycanda, Boliviyada və bir sıra digər ölkələrdə USAID-in fəaliyyəti qadağan olunub.

2025-ci ilin yanvarında Prezident Donald Tramp USAID-in fəaliyyətini dayandırdı və 90 gün ərzində onun proqramlarının “Amerika dəyərlərinə” və xarici siyasət məqsədlərinə uyğunluğunun araşdırılacağını bəyan etdi.

Fevralın 3-də Dövlət Departamenti öz saytında USAID-də talançılıq və sui-istifadələlə bağlı məlumat yaydı. Bundan sonra Dövlət Katibi Mark Rubio USAID-in rəhbərinin səlahiyyətlərini icra edən şəxs kimi müəyyən olunub.

İradə Cəlil, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 14 Fevral 2025 22:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see268

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see229

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see206

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see200

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see179

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see168

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see157

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see152

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see149

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see149

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see146

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see145

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see142

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see139

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see137

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see133

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see130

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see130

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see130

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri