ABŞ Rusiyanın dondurulmuş aktivlərinə toxunmur Ağ Ev Ukrayna ilə bağlı Aİ nin təşəbbüsünə qoşulmayacaq
Azpolitika.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
ABŞ administrasiyası Avropa İttifaqının Rusiyanın dondurulmuş aktivləri hesabına Ukraynaya “reparasiya krediti” ayrılması planına hələlik qoşulmaq niyyətində deyil.
“AzPolitika” xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi diplomatik mənbələrə istinadən məlumat yayıb.
Agentliyin bildirdiyinə görə, Amerika nümayəndə heyəti bu qərar barədə Avropa tərəfdaşlarını Beynəlxalq Valyuta Fondunun Vaşinqtonda keçirilən toplantısı çərçivəsində məlumatlandırıb. ABŞ tərəfi hesab edir ki, belə bir addım qlobal maliyyə bazarlarının sabitliyinə mənfi təsir göstərə bilər.
Aİ-nin planına əsasən, Kiyev dondurulmuş Rusiya aktivlərindən təxminən 140 milyard avro məbləğində vəsait əldə edə bilər. Ümumilikdə, müxtəlif yurisdiksiyalarda dondurulmuş Rusiya aktivlərinin həcmi 280 milyard avro səviyyəsində qiymətləndirilir.
Brüsselin təklifinə görə, söhbət aktivlərin birbaşa müsadirəsindən deyil, onların hesabına veriləcək kreditdən gedir. Ukrayna yalnız Moskva rəsmi şəkildə reparasiyaları ödədiyi halda bu vəsaiti geri qaytarmaq öhdəliyi daşıyacaq.
“Reparasiya krediti” məsələsinin oktyabrın 23-də keçiriləcək Avropa İttifaqı sammitində müzakirə olunacağı gözlənilir. Lakin Avropa daxilində bu planla bağlı vahid mövqe yoxdur. Bəzi ölkələr, xüsusilə Belçika, öz ərazilərində yerləşən Euroclear depozitarında saxlanılan Rusiya vəsaitlərinin istifadəsinin maliyyə riskləri yarada biləcəyindən narahatdır.
Moskva isə dəfələrlə bəyan edib ki, onun aktivlərinə qarşı istənilən addımlar qanunsuzdur və “oğurluq” kimi qiymətləndirilir.
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 21 Oktyabr 2025 11:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















