ABŞ strateji bombardmançı təyyarələrin modernləşdirilməsinə yüz milyonlarla dollar xərcləyəcək
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Bakı, 26 avqust, AZƏRTAC
ABŞ ordusu B-52 strateji bombardmançı təyyarələrinin radar sistemlərinin modernləşdirilməsinə 600 milyon dollardan çox vəsait ayırmaq qərarına gəlib.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, RTX Korporasiyasının bir bölməsi olan “Raytheon” B-52 bombardmançı təyyarələr üçün radarların istehsalı və dəstəklənməsinə maksimum maliyyələşdirmə limiti 603 milyon dollar olan müqavilə imzalayıb.
Yeni radarlar 1960-cı illərdən qalma köhnəlmiş mexaniki radar avadanlıqlarını əvəz etmək üçün nəzərdə tutulub və hədəf aşkarlama, naviqasiya və ərazi xəritələşdirmə imkanlarını əhəmiyyətli dərəcədə yaxşılaşdırır.
Bu istiqamətdə işlərin 2031-ci ilə qədər tamamlanması planlaşdırılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:166
Bu xəbər 26 Avqust 2026 07:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















