ABŞ Suriya həbsxanalarından minlərlə terrorçunun qaçmasından narahatdır Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı
Azxeber.com saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
ABŞ rəsmiləri Suriya həbsxanalarında saxlanılan İŞİD döyüşçülərinin kütləvi qaçış təşkil edəcəyindən narahatdırlar.
Bu barədə "Politico” nəşri yazıb.
Məlumata görə, yaraqlılar və onların ailələri müvəqqəti həbsxanalarda saxlanılır. Onlar ABŞ-nin dəstəklədiyi və kifayət qədər silah ehtiyatına malik olmayan kürd qüvvələri tərəfindən mühafizə olunur. Söhbət 9 min döyüşçüdən, eləcə də onların həyat yoldaşları və uşaqları da daxil olmaqla daha 50 min nəfərdən gedir.
Saxlanılan döyüşçülərin əksəriyyəti İraq və Suriyadan olan şəxslərdir, onların bir çoxu Avropa, Mərkəzi Asiya və Şimali Amerikadan, o cümlədən ABŞ-dən gəlib. Lakin nəşr iddia edir ki, ölkələr repatriasiya məsələsində tələsmir.
///report
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 18 Dekabr 2024 19:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















