Icma.az
close
up
RU
“ABŞ və Aİ dən silah tədarükü ilə bağlı yaxşı siqnallar var” Zelenski açıqladı

“ABŞ və Aİ dən silah tədarükü ilə bağlı yaxşı siqnallar var” Zelenski açıqladı

Azpolitika.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ukrayna Prezidenti Volodimir Zelenski iyulun 11-dəki axşam müraciətində ABŞ və Avropa İttifaqı ölkələrindən yeni silah tədarükləri ilə bağlı “yaxşı siqnallar” aldığını bəyan edib. O, hazırda tərəfdaşlarla Ukrayna ordusunun və hava hücumundan müdafiə sistemlərinin gücləndirilməsi istiqamətində fəal iş aparıldığını bildirib.

“Hazırda yeni tədarüklər, ölkə daxilində silah istehsalının artırılması və ordumuzun daha yaxşı təminatı üzərində çalışırıq. Artıq əldə olunmuş razılaşmalar var və yenilərini gözləyirik. Əsas məsələ bu razılaşmaların tez bir zamanda reallaşdırılmasıdır. Daha çox güc, daha çox resurs, daha çox hava hücumundan müdafiə sistemi – bu bizim prioritetimizdir”, – deyə Zelenski vurğulayıb.

Prezident həmçinin bildirib ki, ABŞ və Avropa ölkələrindən siyasi səviyyədə müsbət siqnallar alınıb və silah tədarükləri artıq bərpa olunub. Gələn həftə ABŞ-ın xüsusi nümayəndəsi Kit Kelloqun Kiyevə səfəri gözlənilir.

Zelenski əlavə edib ki, Ukrayna Avropa ölkələri ilə birlikdə yeni müdafiə paketləri üzərində çalışır. Eyni zamanda, Rusiya əleyhinə yeni sanksiyaların da yaxın günlərdə elan ediləcəyi gözlənilir.

“Bu müharibəyə görə Rusiyaya qarşı daha ciddi sanksiyalar gözləyirik, təzyiq effekt verməlidir”, – deyə o bildirib.

Ukrayna Xarici İşlər Nazirliyinin nümayəndəsi Georgi Tixiy də ABŞ-dan hərbi yardımın bərpa olunduğunu təsdiqləyib. O qeyd edib ki, amerikalı tərəfdaşlarla texniki detallarla bağlı işlər davam etdirilir.

Bu arada, ABŞ Prezidenti Donald Trampın səlahiyyəti çərçivəsində, Konqresin təsdiqinə ehtiyac olmadan Ukraynaya yeni silahların göndərilməsi planı mətbuatda yer alıb. Tramp, həmçinin iyulun 14-də Rusiya ilə bağlı “önəmli bəyanat” verəcəyini açıqlayıb. Onun sözlərinə görə, NATO ölkələri artıq ABŞ-dan silah alaraq bu silahları Ukraynaya ötürmək imkanına malikdir.

“Biz silahı NATO-ya göndəririk, NATO isə onu Ukraynaya ötürür və xərcləri qarşılayır”, – deyə Tramp NBC-yə müsahibəsində bildirib.

ABŞ lideri, eyni zamanda, Vladimir Putinin hərbi əmrləri davam etdirməsinə və atəşkəsə meyil göstərməməsinə görə məyus olduğunu da bildirib.

Rasim Əliyev
“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:155
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 12 İyul 2025 11:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri