Icma.az
close
up
RU
“ABŞ Venesuelada Çin şirkətlərinin fəaliyyətinə məhdudiyyətlər qoya bilər”

“ABŞ Venesuelada Çin şirkətlərinin fəaliyyətinə məhdudiyyətlər qoya bilər”

Adelet.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Veneseuala Prezidenti Nikolas Maduronun oğurlanaraq ABŞ-yə aparılması Çinin kəskin reaksiyasına səbəb olub. Pekini həm də o narahat edir ki, Maduro oğurlanmadan bir gün əvvəl paytaxt Karakasda Çindən gələn nümayəndə heyətini qəbul etmişdi. Deməli, Vaşinqton Maduronun oğurlanmasını planlayarkən, Çinlə Venesuela arasındakı sıx əlaqələri nəzərə almayıb. Çin üçün Venesuela Latın Amerika qitəsində möhkəmlənmək üçün vasitə idi. Ona görə də Maduronun oğurlanaraq ABŞ-yə aparılması Çinin maraqlarına da ciddi zərbədir. Nikolas Maduro 2023-cü ildə Pekində Çin lideri Si Cinpinlə görüşündə ikitərəfli münasibətləri “strateji tərəfdaşlıq” səviyyəsinə yüksəldiyini bəyan etmişdi. İki liderin 2025-ci ilin may ayında Moskvada keçirilən son görüşü zamanı Si Cinpin Maduroya bildirmişdi ki, Çin Venesuela ilə münasibətlərə strateji və uzunmüddətli perspektivdən baxır. O, bunu da söyləmişdi ki, Pekin Venesuelanın dövlət suverenliyini və sosial sabitliyinin qorunmasını qətiyyətlə dəstəkləyəcək”.

Adalet.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. 

Politoloq deyib ki, ABŞ Venesuela üzərində nəzarəti əldə etdikdən sonra bu ölkənin Kuba, Rusiya, İran və Çinlə münasibətlərini zəiflətməyə çalışacaq: 

“Bunu həmin ölkələr də anlayırlar. Çinin Venesueladakı milyardlarla dollar yatırımlarının gələcəyi sual altındadır. ABŞ Venesuelada müxtəlif layihələr həyata keçirən Çin şirkətlərinin fəaliyyətinə məhdudiyyətlər qoya bilər. Misal üçün Çinin neft şirkətlərindən biri 2024-cü ildə 1 milyard dollar yatırımla Venesuela hökuməti ilə 20 illik müqavilə imzalamışdı. Pekinin ABŞ vasitəsilə Venesuela neftini alıb-almayacağı və ya Venesuela arasındakı mövcud razılaşmaların davam edib-etməyəcəyi hələlik məlum deyil. Çin Venesuelanın ən böyük kreditoru və ən böyük neft alıcısıdır, bu xam neft ixracının 80 faizindən çoxunu təşkil edir. Çin bundan başqa Si Cinpinin həyata keçirdiyi "Bir Kəmər, Bir Yol" Təşəbbüsü çərçivəsində Venesuelada mədənçilik və infrastruktur sahələrində əsas investorudur. İki ölkə arasında 2024-cü ildə ikitərəfli ticarətin həcmi 6,4 milyard ABŞ dollarına çatmışdı ki, bu ondan əvvəlki illər müqayisədə 52,5 faiz artım demək idi. Venesuelanın Çinə təxminən 12 milyard dollar borcu olduğu təxmin edilir. Əlbəttə, bu Çin üçün böyük vəsait deyil, ancaq bu Pekinin iqtisadi fəaliyyətinin daralması deməkdir. Pekin ABŞ-dən Maduro və onun həyat yoldaşının sərbəst buraxılmasını tələb edib. Aydındır ki, bunun reallaşması mümkün deyil. Bunu Pekin də anlayır. Buna baxmayaraq, Pekin çalışacaq ki, Venesuelada formalaşacaq yeni hakimiyyət Vaşinqtonun təzyiqləri qarşısında Çinlə iqtisadi əlaqələrdən imtina etməsin. Bunun alınıb-alınmayacağını gələcək aylar göstərəcək”.

Vasif ƏLİHÜSEYN

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:85
embedMənbə:https://adalet.az
archiveBu xəbər 07 Yanvar 2026 12:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see222

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see207

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see193

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see180

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see180

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see168

KİV: İsveçrədə yanğın baş verən barın sahibi Fransada insan alverində təqsirli bilinib

06 Yanvar 2026 20:17see168

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see163

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see160

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see155

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see154

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see149

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see148

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see146

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see145

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see143

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see142

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see136

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see134

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri