Icma.az
close
up
RU
Aclığın insan boyuna təsiri araşdırılıb

Aclığın insan boyuna təsiri araşdırılıb

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 16 avqust, AZƏRTAC

Heriot-Vatt Universitetinin Edinburq Biznes Məktəbi və Belfastdakı Kraliça Biznes Məktəbinin alimləri Böyük İrlandiya aclığının insan boyuna uzunmüddətli təsirini öyrəniblər.

AZƏRTAC “MedicalXpress” portalına istinadla xəbər verir ki, araşdırma Dublin və Tipperari həbsxanalarından 14 min 500 nəfərin tarixi məlumatlarına əsaslanıb. Nəticələr göstərib ki, aclığın ən çox təsir etdiyi bölgələrdə sağ qalanların boyu gözlənildiyi kimi qısa deyil. Əksinə, bəzi hallarda onların boyu aclıqdan əvvəl və sonra doğulanlardan da uzun olub. Tədqiqat iki əsas təsiri müəyyənləşdirib:

• Çapıq təsiri – Aclıq zamanı doğulanlarda sağlamlıq nəticələrinin zəifləməsi. Bu, xüsusilə ölüm hallarının az olduğu Dublin kimi bölgələrdə müşahidə olunub.

• Seçim təsiri – Ağır aclıq şəraitində yalnız ən sağlam fərdlərin sağ qalması. Tipperari kimi yüksək ölüm göstəricili bölgələrdə bu təsir nəticəsində sağ qalanların boyu orta göstəricidən yüksək olub.

Professor Eoin McLaughlin vurğulayıb ki, bu nəticələr humanitar fəlakətlərin uzunmüddətli təsirlərinə dair mövcud yanaşmaları dəyişdirir. Dr. Chris Colvin isə bildirib ki, ağır zərbə alan bölgələrdə boy qısalığına dair sübutların olmaması, ən həssas insanların həyatda qalmadığını göstərir.

Tədqiqatçılar qeyd edirlər ki, bu iş həm tarixi antropometriya sahəsinə yeni metodoloji çərçivə təqdim edir, həm də seçimin, sağlamlıq üzərindəki uzunmüddətli mənfi təsirləri necə gizlədə biləcəyini nümayiş etdirir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://azertag.az
archiveBu xəbər 16 Avqust 2025 04:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see318

Azərbaycana qarşı kiberhücumların arxasında kim dayanır, məqsəd nədir? İKT ÜZRƏ MÜTƏXƏSSİS

23 Noyabr 2026 11:10see313

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see302

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see277

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see274

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see268

Pasterin yeni albomu zirvəyə yüksəldi “012”

23 Noyabr 2026 13:50see258

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see245

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see237

Azərbaycan fındığı Çin bazarına çıxarılır

23 Noyabr 2026 12:00see231

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see231

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see231

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see226

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see221

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see221

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see209

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see208

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see207

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see206

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri