Acun Ilıcalının komandası “Brayton”u məğlub etdi
Apasport saytından verilən məlumata görə, Icma.az xəbər verir.
İngiltərə Premyer Liqasında növbəti turun oyunları keçirilir.
Apasport.az xəbər verir ki, türkiyəli iş adamı Acun Ilıcalının sahibi olduğu “Hall Siti” doğma meydanda “Brayton”u qəbul edib.
MKM stadionunda baş tutan qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Görüşün böyük hissəsində “Brayton” daha fəal oyun nümayiş etdirib. Qonaqlar bir neçə qol imkanı yaratsalar da, “Hall Siti”nin qapıçısı Konstantinos Tsolakis etibarlı çıxışı ilə fərqlənib.
Matçın son dəqiqələri isə xüsusilə dramatik alınıb. “Brayton”un futbolçusu Kostinya 90-cı dəqiqədə ikinci sarı vərəqə alaraq meydandan qovulub.
Say üstünlüyü qazanan meydan sahibləri bundan dərhal yararlanıblar. Oliver Makberni 90+2-ci dəqiqədə hesabı açıb. Hücumçu 90+5-ci dəqiqədə yenidən fərqlənərək dublunu rəsmiləşdirib və komandasının qələbəsini təmin edib.
Bu nəticə ilə “Hall Siti” xallarının sayını 14-ə yüksəldib. “Brayton” isə 22 xalda qalıb.
“Barselona” Madriddə qələbə qazandı Mançesterdə 8 qol vuruldu, qalib müəyyənləşmədi “Fənərbaxça” Belözoğlu ilə darmadağınla başladı “Real Madrid” “Valensiya”nı darmadağın etdi – Arda Gülər də fərqləndi “Mançester Siti”dən gözlənilməz məğlubiyyət, “Arsenal” liderliyini möhkəmləndirdi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 22 Noyabr 2026 20:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















