İranda elektrik enerjisi ilə bağlı ciddi problem: Ölkə üzrə fasilələr başlayacaq
Baku.ws saytına istinadən Icma.az xəbər verir.
İranda elektrik stansiyalarının yanacaq təminatında yaranan çətinliklər və enerji istehlakının artması səbəbindən noyabrın sonlarından etibarən planlı elektrik kəsintiləri tətbiq olunacaq.
BAKU.WS Türkiyənin TRT Haber telekanalına istinadən xəbər verir ki, bu barədə İranın "Təvanir" Elektrik Paylayıcı Şirkətinin baş direktoru Məhəmməd Allahdad məlumat verib.
Onun sözlərinə görə, qərar elektrik şəbəkəsinin yüklənməsinin qarşısını almaq və enerji istehlakını tənzimləmək məqsədilə qəbul edilib.
Bildirilib ki, elektrik enerjisinin verilişində fasilələr bölgələrdən asılı olaraq gündə iki saat və ya iki gündən bir iki saat davam edəcək. Kəsintilərin dəqiq vaxtı isə daha sonra ictimaiyyətə açıqlanacaq.
Qeyd edək ki, zəngin neft və təbii qaz ehtiyatlarına malik olmasına baxmayaraq, İran enerji təminatında müəyyən çətinliklərlə üzləşir. Buna iqtisadi sanksiyalar, infrastruktur sahəsinə investisiyaların kifayət qədər olmaması və elektrik enerjisinə tələbatın artması təsir göstərir.
Ölkə rəsmiləri enerji ehtiyatlarından səmərəli istifadə edilməsi üçün əhalini qənaətə çağırırlar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 22 Noyabr 2026 19:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















