Icma.az
close
up
RU
ADA Universiteti Qazax Mərkəzində Ümummilli Liderin xatirəsi yad edilib

ADA Universiteti Qazax Mərkəzində Ümummilli Liderin xatirəsi yad edilib

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

ADA Universiteti Qazax Mərkəzində/Qazax Müəllimlər Seminariyasında Ümummilli Lider Heydər Əliyevin Anım Gününə həsr olunmuş tədbir təşkil edilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə seminariyada təhsil alan tələbələr, “Bir Müəllimin Manifesti” təhsil proqramının iştirakçıları, eləcə də Qazax və ətraf rayonlardan olan məktəblilər iştirak ediblər.

Açılış nitqi ilə çıxış edən ADA Universitetinin prorektoru, Qazax Müəllimlər Seminariyasının İdarə Heyətinin üzvü Vəfa Kazdal burada təqdim edilən azərbaycandilli ixtisaslar barədə məlumat verib. Seminariyanın müasir çoxşaxəli fəaliyyət istiqamətlərinə toxunarkən Vəfa Kazdal vurğulayıb ki, burada təhsil alan tələbələr, Mərkəzdə təqdim edilən proqramlarda iştirak etməklə peşəkar bacarığını artıran müəllimlər ənənə və dəyərlərimizin keşiyində duranlardırlar.

Ölkəmizin Gürcüstandakı səfirliyinin II katibi Ramiz Hacızadə soydaşlarımız üçün Azərbaycanın Dövlət Neft Şirkəti tərəfindən maliyyələşdirilən təhsil-təqaüd proqramından, ADA Universitetində təklif olunan proqramların Gürcüstanda təbliğindən bəhs edib.

ADA Universitetinin rektoru Hafiz Paşayev və tarix elmləri doktoru, I dərəcəli dövlət müşaviri Dilarə Seyidzadə Ümummilli Lider Heydər Əliyevlə bağlı “Xatirələrim” mövzusunda çıxış ediblər, iştirakçıların suallarını cavablandırıblar.

Tədbir çərçivəsində səyyah Azər Qəribin “Bir Səfərin İzi ilə - İtaliya” filminin nümayişi baş tutub. Film Ümummilli Liderin İtaliyaya rəsmi səfərinin qeyri-rəsmi tərəflərini əks etdirir.

Bununla yanaşı, Azərbaycanın Gürcüstandakı səfirliyinin dəstəyi ilə soydaşımız həvəskar rəssam, Qazax Müəllimlər Seminariyasının Təlim və Tədrisin təşkili üzrə magistratura proqramının tələbəsi Xəyalə Mustafayevanın Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş “Tarix Yazan İmza” mövzusunda rəsm sərgisi keçirilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:259
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 12 Dekabr 2024 22:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see357

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see259

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see245

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see233

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see225

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see223

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see220

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see217

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see211

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see208

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see196

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see188

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see187

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see186

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see182

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see179

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see178

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see168

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see168

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri