ADAU yeməli göbələklərin birgə tədqiqi istiqamətində Çinin ali təhsil müəssisələri ilə əməkdaşlıq edəcək AZƏRTAC
Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Gəncə, 22 yanvar, Elcan Məmmədov, AZƏRTAC
Çin Xalq Respublikasının (ÇXR) Qansu regionunun UNESCO Assosiasiyasının prezidenti Du Yongjun Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, səfər çərçivəsində qonaqla görüşən universitetin rektoru Zəfər Qurbanov ali təhsil müəssisəsinin hədəfləri və beynəlxalq əlaqələri barədə ətraflı məlumat verib. Rektor deyib ki, ADAU beynəlxalq ali təhsil müəssisələri və şirkətlərlə kadr və mütəxəssis hazırlığı sahəsində əməkdaşlıq etməkdə maraqlıdır.
Görüşdə Çində yerləşən ali təhsil müəssisələri ilə əməkdaşlığın genişləndirilməsi, universitetin dayanıqlılıq siyasətinə uyğun olaraq, karbon emissiyasının azaldılması istiqamətində birgə fəaliyyət və yeməli göbələklərin birgə tədqiq olunması məsələləri müzakirə edilib.
Du Yongjun Aqrar Universitetdə olmaqdan məmnunluğunu bildirərək, birgə fəaliyyətin müəyyənləşdirilməsi istiqamətində fikirlərini səsləndirib.
Görüşdən sonra qonaq ADAU-nun Tədris-təcrübə təsərrüfatına baş çəkib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:148
Bu xəbər 22 Yanvar 2025 15:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















