AFFA dan Əliyar Ağayevlə bağlı şok məqama dair açıqlama reallıq nədi?
Footbal-plus portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ölkə kubokunun yarımfinal mərhələsinin “Neftçi” – “Sabah” matçında kobud səhvə yol verən FİFA referisi Əliyar Ağayev ardıcıl iki turda heç bir oyuna təyinat almayıb. Hətta VAR hakimi kimi belə etimad görməyib.
Görünən odu ki, AFFA Hakimlər Komitəsi referiyə həmin səhvi bağışlamayıb.
Son iki turda təyinat almadığını nəzərə alsaq, Əliyar Ağayev cəzalanıbmı? Bu sualı AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr departamentinin rəhbəri Elnur Məmmədliyə ünvanladıq. O, "Football-plus.az"a açıqlamasında hakimlərin cəzası olanda belə, bunun ictimaiyyətə və mətbuata açıqlanmadığını söylədi.
Xatırladaq ki, FİFA referisi Misli premyer-liqasının 31-ci turunda "Araz-Naxçıvan" - "Turan Tovuz" matçını idarə edəcək.
ƏSƏD SEYİDOV
Baxış sayı:120
Bu xəbər 16 Aprel 2025 09:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















