Icma.az
close
up
RU
Ağ qızdırma nədir və necə müalicə olunur...

Ağ qızdırma nədir və necə müalicə olunur...

Sonxeber.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ağ qızdırma nədir və necə müalicə olunur...

"Ağ qızdırma zamanı uşağın rəngi solğun olur. Qulaqları, əlləri, ayaqları soyuq olur. Hətta dodaqları soyuq və göyərmiş kimi olur, amma termometr 39 dərəcə göstərə bilir. Uşaq halsız, qeyri-adekvat olur, titrədir".

Ölkə.Az xəbər verir ki, bunu pediatr Aytən İsmayılzadə deyib. O bildirib ki, bunun səbəbi damarlardakı spazmdır:

"Damarlar sıxılırkən hərarətin ətrafa verilməsi çətinləşir. Uşaq üşüdüyü üçün onun üstünü qalın örtmək istəyi normaldır, amma lazım deyil. Çünki hərarət bir az da yüksələ bilər. Uşaqda ağ qızdırma olduqda damar spazmını götürmək üçün "no-şpa" veririk. 3 yaşa kimi "no-şpa" əvəzinə "spaskupreel" şam istifadə etmək olar. Əvvəl hərarətsalıcı, 5-10 dəq sonra isə "spaskupreel" şamı qoymaq olar.

Dərmandan öncə isə uşağın bədənini ilıq su ilə dəri qızarana qədər sürtərək silmək lazımdır. Dəri qızarmağı damarların genişlənməsindən xəbər verir və bundan sonra hərarət daha sürətlə düşməyə başlayacaq. Bir az böyük yaşlı uşağın ayaqlarını ilıq vannada saxlamaq olar".

Mütəxəssis dərmanların dozasını da qeyd edib:

"No-şpa" isə iki dozada olur 40 və 80 mg.
2-5 yaş üçün 20 mg gündə 3 dəfə ( yəni 40 mq olanın yarısı, 80 mq olanın isə dörddə biri), 6 yaşdan yuxarı 40 mg 3 dəfə (yəni bütöv 40 mq bə ya yarı 80 mq olandan).
Həb şəklində qəbul etməyən uşaqlara "no-şpa" inyeksiya (iynə) şəklində əzələ daxilinə tətbiq oluna bilər. Bunu artıq həkim təyinatı ilə edəcəksiniz. "Spaskuprelin" tabletini də "no-şpa" ilə yanaşı və ya tək halda istifadə etmək olar.
2 saat ərzində hər 15 dəqiqədən bir olmaqla 1 həb sormaq lazımdır. Ağ qızdırma zamanı uşağın titrəməsi, göyərməsi qıcolma demək deyil. Huşu yerində olur ancaq reaksiyası ləng ola bilər. Qırmızı qızdırmada isə uşaq "yanır", pörtür, kefi də çox vaxt yaxşı olur, yenə də su ilə silirik, amma əlavə olaraq sürtmürük, bir az da qızartmırıq. Vanna suyunun hərarətini ağ qızdırmada olandan bir az da aşağı edirik. Ağ qızdırma adətən virus infeksiyasının ilk günlərində olur. Virus toksinin yüksək miqdarı və bu toksinlərin damardaraldıcı mərkəzə təsiri ilə əlaqəli olur. Ağ qızdırma zamanı febril qıcolma riski də yüksək olur. Qıcolmaya meyilli və epilepsiyası olan uşaqları diqqətdə saxlamaq lazımdır".


Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:246
embedMənbə:https://sonxeber.az
archiveBu xəbər 06 Yanvar 2025 23:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see944

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see569

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see314

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see299

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see297

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see294

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see290

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see248

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see222

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see198

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see191

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see190

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

05 Oktyabr 2026 15:58see188

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see188

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see188

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see185

Ceyranbatanda toyda dava Biri komadadır

05 Oktyabr 2026 15:49see183

PULU YĞIB YIĞIŞDIRMAQ OLMUR, AMMA... İqtisadçı yaranmış riskləri açıqladı düz baçlıqdır?

05 Oktyabr 2026 10:56see179

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see171

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan ABŞ strateji tərəfdaşlığını müzakirə ediblər

05 Oktyabr 2026 20:39see159
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri