Vladiqafqazda güclü partlayış: Ölənlər və yaralananlar var
Icma.az xəbər verir, Azxeber.com saytına əsaslanaraq.
Rusiyanın Şimali Osetiya Respublikasının paytaxtı Vladiqafqaz şəhərində yaşayış binasında məişət qazının partlaması nəticəsində iki nəfər ölüb, daha iki nəfər xəsarət alıb.
Hadisə Kursantı-Kirovtsev küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasının altıncı mərtəbəsində baş verib.
Partlayış nəticəsində binanın pəncərələri sınıb, lakin yanğın qeydə alınmayıb.
Şimali Osetiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, xilasedicilər hadisə yerində iki nəfərin meyitini aşkarlayıblar. Xəsarət alanlardan biri xəstəxanaya yerləşdirilib, digər şəxsə isə tibbi yardım göstərildikdən sonra hospitalizasiya təklifindən imtina edib.
Faktla bağlı Rusiya İstintaq Komitəsi cinayət işi açıb. İlkin məlumatlara görə, yaşayış binasının altıncı mərtəbəsində qaz sızması və sonradan alışma baş verib.
Şimali Osetiyanın rəhbəri Sergey Menyaylo Vladiqafqazda yerli səviyyəli fövqəladə vəziyyət rejiminin tətbiq olunduğunu açıqlayıb. Hazırda hadisə yerində xilasetmə və qəza-bərpa işləri davam edir.
Vladiqafqaz şəhərinin rəhbəri vəzifəsini icra edən Timur Karayev isə partlayışın qaz xəttinə icazəsiz qoşulma nəticəsində baş vermiş ola biləcəyini deyib. Onun sözlərinə görə, partlayışın baş verdiyi mənzilin qaz şəbəkəsinə qoşulması üçün rəsmi icazəsi olmayıb.
Hadisənin dəqiq səbəbləri araşdırılır.
///globalinfo
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 22 Noyabr 2026 00:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















