Icma.az
close
up
RU
Ağac halqalarında günəş kataklizminin izləri tapıldı: Bu hadisə yenidən təkrarlana bilər

Ağac halqalarında günəş kataklizminin izləri tapıldı: Bu hadisə yenidən təkrarlana bilər

Qaynarinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Günəş fırtınaları müasir həyatımıza az təsir göstərsə də, onların potensial dağıdıcı gücü hələ tam öyrənilməyib. Belə hadisələr adətən meteohəssas insanlara və bəzi rabitə sistemlərinə təsir edir. Lakin keçmişdə baş vermiş güclü günəş fırtınalarının indiki dövrdə baş verməsi, texnologiyalara ciddi təhlükə yarada bilər.

Qaynarinfo "Live Science" jurnalına istinadən xəbər verir ki, ABŞ-ın Arizona Universitetindən bir qrup tədqiqatçı ağac halqalarını araşdıraraq nadir, lakin çox güclü günəş fırtınalarının sübutlarını aşkar edib. Bu hadisələr "Miyake hadisələri" kimi tanınır və son 14 500 il ərzində yalnız 6 belə hadisə qeydə alınıb. Ən son hadisə eramızın 775-776-cı illərində baş verib.

2012-ci ildə yaponiyalı fizik Fusa Miyake tərəfindən aşkar edilən bu fenomen ekstremal günəş aktivliyinin bir nümunəsidir.

"Əgər bu cür hadisələr günümüzdə baş versəydi, rabitə texnologiyaları üçün fəlakətli nəticələr verə bilərdi", deyə tədqiqatın aparıcı müəllifi İrina Panyuşkina bildirib.

Fusa Miyake və Panyuşkinanın komandası bu hadisələrin başvermə mexanizmini araşdırıb. Günəş aktivliyi zamanı kosmik şüalar Yer atmosferindəki azotla qarşılıqlı təsirə girərək karbon-14 izotopunun yaranmasına səbəb olur. Bu izotop daha sonra atmosferdəki oksigenlə reaksiyaya girərək karbon qazı əmələ gətirir. Ağaclar fotosintez prosesi zamanı bu karbon qazını udur və karbon-14 izotopu onların oduncaq toxumalarında qalır.

Panyuşkina və onun həmkarları çay kənarındakı çöküntülərdə qorunub saxlanılan və ya arxeoloji qazıntılar zamanı aşkar edilən ağac gövdələrinin halqalarını analiz ediblər. Yüksək karbon-14 konsentrasiyası həmin dövrdə "Miyake hadisəsinin" baş verdiyini göstərir.

Tədqiqatın nəticələri "Communications Earth & Environment" jurnalında dərc edilib.

Aydın

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 08 Dekabr 2024 19:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see278

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see258

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see232

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see207

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see199

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see177

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see174

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see169

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see162

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see156

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see148

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see148

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see145

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see145

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see144

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see143

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see142

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see141

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri