Icma.az
close
up
RU
Ağac halqalarında günəş kataklizminin izləri tapıldı: Bu hadisə yenidən təkrarlana bilər

Ağac halqalarında günəş kataklizminin izləri tapıldı: Bu hadisə yenidən təkrarlana bilər

Icma.az bildirir, Olke.az portalına istinadən.

Günəş fırtınaları müasir həyatımıza az təsir göstərsə də, onların potensial dağıdıcı gücü hələ tam öyrənilməyib. Belə hadisələr adətən meteohəssas insanlara və bəzi rabitə sistemlərinə təsir edir. Lakin keçmişdə baş vermiş güclü günəş fırtınalarının indiki dövrdə baş verməsi, texnologiyalara ciddi təhlükə yarada bilər.

Ölkə.az Qaynarinfo-ya istinadən xəbər verir ki, ABŞ-ın Arizona Universitetindən bir qrup tədqiqatçı ağac halqalarını araşdıraraq nadir, lakin çox güclü günəş fırtınalarının sübutlarını aşkar edib. Bu hadisələr "Miyake hadisələri" kimi tanınır və son 14 500 il ərzində yalnız 6 belə hadisə qeydə alınıb. Ən son hadisə eramızın 775-776-cı illərində baş verib.

2012-ci ildə yaponiyalı fizik Fusa Miyake tərəfindən aşkar edilən bu fenomen ekstremal günəş aktivliyinin bir nümunəsidir.

"Əgər bu cür hadisələr günümüzdə baş versəydi, rabitə texnologiyaları üçün fəlakətli nəticələr verə bilərdi", deyə tədqiqatın aparıcı müəllifi İrina Panyuşkina bildirib.

Fusa Miyake və Panyuşkinanın komandası bu hadisələrin başvermə mexanizmini araşdırıb. Günəş aktivliyi zamanı kosmik şüalar Yer atmosferindəki azotla qarşılıqlı təsirə girərək karbon-14 izotopunun yaranmasına səbəb olur. Bu izotop daha sonra atmosferdəki oksigenlə reaksiyaya girərək karbon qazı əmələ gətirir. Ağaclar fotosintez prosesi zamanı bu karbon qazını udur və karbon-14 izotopu onların oduncaq toxumalarında qalır.

Panyuşkina və onun həmkarları çay kənarındakı çöküntülərdə qorunub saxlanılan və ya arxeoloji qazıntılar zamanı aşkar edilən ağac gövdələrinin halqalarını analiz ediblər. Yüksək karbon-14 konsentrasiyası həmin dövrdə "Miyake hadisəsinin" baş verdiyini göstərir.

Tədqiqatın nəticələri "Communications Earth & Environment" jurnalında dərc edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:65
embedMənbə:https://olke.az
archiveBu xəbər 08 Dekabr 2024 23:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see488

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see191

Tramp “Netflix” “Warner Bros.” anlaşmasına mane ola bilər

07 Dekabr 2025 16:43see172

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see145

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see142

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see137

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see137

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see137

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see134

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see134

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see134

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see132

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see131

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see131

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see129

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see128

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see126

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see125

Orban Türkiyəyə gedir

08 Dekabr 2025 00:58see124

Əsl insan beynindən hazırlanan kompüterlər gəlir

08 Dekabr 2025 03:04see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri