Icma.az
close
up
RU
Ağdam İcra Hakimiyyətinin tenderlərini yalnız bu şirkət udur: “FEB 222 TİXS”

Ağdam İcra Hakimiyyətinin tenderlərini yalnız bu şirkət udur: “FEB 222 TİXS”

Tribuna saytına istinadən Icma.az xəbər verir.

Ağdam rayon İcra Hakimiyyəti növbəti tenderinə yekun vurub.

Tribunainfo.az xəbər verir ki, sözügedən qurum Quzanlı qəsəbəsindəki “Daş evlər” adlanan ərazidəki fərdi yaşayı evlərini əsaslı təmir edəcək.

Rəsmi məlumatda qeyd edilir ki, tenderin qalibi “FEB-222 TİXS” MMC olub. Divarların boyanması, evlərin döəmələrinin, tavanlarının və digər bu kimi 37 adda işlərin görülməsinə görə, İcra Hakimiyyəti şirkətə 170 min 3 manat pul ödəyəcək.

Tribunainfo.az məsələ ilə bağlı açıq mənbələr üzərindən bəzi araşdırma aparıb. Məlum olub ki, “FEB-222 TİXS” MMC son bir ildə cəmi 4 tenderin qalibi olub. Maraqlı məqam odur ki, bu tenderlərin hamısı Ağdam İcra Hakimiyyətinin keçirdikləri olub.

Belə ki, ötən ilin oktyabrında Quzanlı qəsəbəsi “Daş evlər” adlanan ərazidə fərdi yaşayış evlərinin əsaslı təmiri işləri reallaşdırılıb. “FEB-222 TİXS” MMC buna görə, 164 min 436 manatlıq satınalma müqaviləsi bağlayıb.

Elə həmin ilin noyabrında MMC Icra Hakimiyyətinə istehsalat nəqliyyat vasitələri alıb. Bu müqavilənin dəyəri isə 51 min 896 manat təşkil edib.

Ağdam rayon Quzanlı qəsəbəsi ərazisində abadlıq və yaşıllaşdırma işlərinin görülməsi isə ötən ilin dekabrında baş tutub. Bu tenderin qalibi olan “FEB-222 TİXS” MMC Ağdam İcra Hakimiyyətindən 191 min 984 manatlıq sifariş alıb.

Qeyd edək ki, “FEB-222 TİXS” MMC Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi ev.69, m.22-də qeydiyyatdadır. Şirkətin nizamnamə kapitalı 10 manat təşkil edir. MMC-nin qanuni təmsilçi Bağırov Fərhad Elmdar oğludur. Şirkət dövlət qeydiyyatına 20 aprel 2017-ci ildə alınıb.

“Vergilər” qəzetində dərc olunan məlumata görə, “FEB-222 TİXS” MMC-nin əvvəlki adı “FEB-222” olub. 7 iyun 2018-ci ildə şirkət ləğv edilib. Onun bazasında isə yenisi yaradılıb.

Bu şirkətin yalnız Ağdam İcra Hakimiyyətinin tenderlərini udması maraqlı olduğu qədər, həm də müəmmalıdır.

Xatırladaq ki, Ağdamın icra başçısı Vaqif Həsənovdur. O, 28 avqust 2018-ci ildən rayonu idarə edir.

Yazıda adı keçən tərəflərin də mövqeyini dərc etməyə hazırıq.

Fərda Uğur

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:129
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 27 Avqust 2025 14:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see236

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see219

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see150

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see143

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see137

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri