Icma.az
close
up
RU
“Aİ missiyası”nın geosiyasi alət olduğu təsdiqlənir

“Aİ missiyası”nın geosiyasi alət olduğu təsdiqlənir

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Səfir Maraqosun etirafları “binokl diplomatiyası”nın mahiyyətini açır

“Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş”in avqustun 8-də Vaşinqtonda para anmış mətnində, bir qədər də dəqiqləşdirsək, VII maddəsində bildirilir ki, tərə ər qarşılıqlı sərhədə hər hansı üçüncü tərəfin qüvvələrini yerləşdirməyəcəklər. Həmçinin qeyd edilir ki, tərə ər qarşılıqlı sərhədin delimitasiyası və sonrakı demarkasiyasının başa çatmasına qədər, sərhəd bölgələrində təhlükəsizlik və sabitliyin təmin olunması məqsədilə, hərbi sahə də daxil olmaqla, qarşılıqlı razılaşdırılmış təhlükəsizlik və etimad-quruculuğu tədbirləri həyata keçirəcəklər.

Əlbəttə, tərəflərin qarşılıqlı sərhədə hər hansı üçüncü tərəfin qüvvələrini yerləşdirməyəcəklərinə dair bənd yalnız nəzəri cəhətdən Azərbaycana aid ola bilər. Reallıqda isə bu bənd bilavasitə Ermənistanla bağlıdır. Çünki məhz rəsmi İrəvan Azərbaycanla şərti sərhəd boyunca Avropa İttifaqının Ermənistandakı Missiyası (EUMA – European Union Mission in Armenia) adlanan yarıhərbi, yarımülki missiya yerləşdirib. Missiya ilk baxışdan bölgədə gərginliyi azaltmağı, sabitliyi möhkəmləndirməyi və sülh prosesinə dəstək verməyi hədəfləsə də, onun fəaliyyəti hər zaman ciddi suallar doğurub. Xüsusilə, EUMA ölkəmizin sərhədləri yaxınlığında müşahidə apardığı üçün Azərbaycanda daim ciddi tənqid obyektinə çevrilib. Missiyanın bölgədə təhlükəsizliyin təmin olunması adı altında kəşfiyyat məlumatları toplamağa və görüntü yaratmağa xidmət etdiyi bildirilir. Əsas narazılıqlardan biri də odur ki, Aİ nümayəndələri regionun həssas balansını nəzərə almadan birtərəfli yanaşmalar sərgiləyirlər. Bakı, həmçinin, bu missiyanın Ermənistanın mövqelərini gücləndirməyə yönəldiyini və sülh prosesinə zərbə vura biləcəyini vurğulayır. Digər tərəfdən, missiyanın fəaliyyətində şə aflığın olmaması və mandatının qeyri-müəyyənliyi Azərbaycan cəmiyyətində inamsızlıq yaradır. Nəticə etibarilə Aİ-nin bu addımı regionda sabitlik vasitəsi kimi deyil, geosiyasi təsir aləti kimi qiymətləndirilir. 

Sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında sazişin paraflanmasından sonra güman etmək olardı ki, EUMA tezliklə ömrünü başa vuracaq. Ancaq deyəsən, yanılmışıq. Hər halda Aİnin Ermənistandakı səfiri Vasilis Maraqosun dediklərindən gəlinən qənaət budur. Səfir “Azadlıq” radiosu müxbirinin sazişin paraflanmasından sonra müşahidəçilərin sərhəddən çıxarılması  ilə bağlı sualını cavablandırarkən deyib: “Avropa İttifaqı öz mandatına uyğun olaraq Ermənistanda monitorinq missiyasını davam etdirəcək və indiki məqamda hər hansı dəyişikliyə ehtiyac yoxdur. Mənə məlumdur ki, Ermənistan xalqı və hakimiyyəti Aİ-nin Ermənistandakı missiyasını alqışlayır. O, öz fəaliyyətini davam etdirir. Əgər hər hansı dəyişikliyə ehtiyac olarsa, biz bunu üzv dövlətlərimizlə və təbii ki, Ermənistan hakimiyyəti ilə müzakirə edəcəyik. Amma indiki mərhələdə mən Ermənistan ictimaiyyətini əmin etmək istəyirəm ki, Aİ missiyası öz mandatına uyğun olaraq fəaliyyətini davam etdirəcək”. 

Vaşinqtondakı paraflanmadan sonra hər hansı müzakirələrin olub-olmaması ilə bağlı suala Maraqos belə cavab verib: Səfirin fikirlərində başqa bir problem də onun Aİ missiyasını “erməni xalqı və hakimiyyətinin alqışladığı” qurum kimi təqdim etməsidir. Missiya doğrudan da neytral təhlükəsizlik alətidirsə, onda o, yalnız bir tərəfin siyasi və ictimai rəğbəti ilə ölçülməməlidir. Müşahidəçilərin fəaliyyətinə digər tərəfin – Azərbaycanın da münasibəti nəzərə alınmalıdir. Səfirin üslubu açıq şəkildə göstərir ki, EUMA İrəvanın xahişi ilə bölgədə mövcuddur və faktiki olaraq, Ermənistanın mövqeyinə uyğun fəaliyyət göstərir. Bu isə missiyanın balanslı vasitəçi deyil, bir tərəfə üstünlük verən mexanizm olduğunu ortaya qoyur. Aİ-nin xarici siyasət üzrə nümayəndəsi Anita Hipperin açıqlamasına gəldikdə isə qeyd etmək lazımdır ki, Azərbaycan faktiki olaraq prosesdən kənarda saxlanılır və onun mövqeyi nəzərə alınmır. Halbuki missiyanın birbaşa fəaliyyət zonası Azərbaycanın təhlükəsizliyinə də təsir edir. Bu fakt Aİ-nin missiyanı regional sabitlik vasitəsi kimi deyil, daha çox Ermənistanın siyasi dəstək aləti kimi saxladığını təsdiqləyir. 

Mövzu ilə bağlı XQ-yə açıqlama verən Dövlət İdarəçilik Akademiyasının rektorunun müşaviri, politoloq Zaur Məm“Vurğulamalıyam ki, Aİ-nin Ermənistandakı missiyası erməni hakimiyyətinin xahişi ilə buradadır və nə qədər lazımdırsa, burada qalacaq. Bu, sülh və nizamlanma alətidir. Və biz bunu tam dəstəkləyirik”. 

Qeyd edək ki, bir EUMA-nın fəaliyyətini davam etdirəcəyinin anonsunu ilk olaraq avqustun 15-də Aİ-nin xarici siyasət üzrə rəsmi nümayəndəsi Anita Hipper vermişdi. O, missiyanın fəaliyyətini davam etdirəcəyini bildirməklə yanaşı, əlavə etmişdi ki, onun mandatına mümkün dəyişikliklər İrəvan və Brüssel arasında müzakirə olunacaq. Xanım Hipper hazırda missiyanın əsas vəzifəsinin Ermənistan–Azərbaycan şərti sərhədindəki vəziyyəti monitorinq edərək məlumat toplamaq olduğunu bildirmişdi. Onun sözlərinə görə, Aİ Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanmasını alqışlayıb və tərəfləri bu sazişi mümkün qədər tez imzalamağa və ratifikasiya etməyə çağırıb. Qeyd etdiyimiz kimi, sülh sazişinin paraflanmasından sonra bölgədə yeni reallıqların formalaşması fonunda EUMA-nın fəaliyyətini başa vuracağı güman edilirdi. Çünki bu missiyanın əsas təqdim edilən funksiyası sərhəddə gərginliyi izləmək, insidentlərin qarşısını almaq və tərəflər arasında etimad mühitinə dəstək vermək idi. Lakin görünən odur ki, missiyanın mandatı əvvəlki kimi qüvvədə saxlanılır və Aİ onu davam etdirmək niyyətindədir. Bu isə təbii olaraq Azərbaycanda və regiondakı bir sıra müşahidəçilərdə suallar doğurur: əgər sülh sazişi artıq paraflanıbsa və gərginlik azalıbsa, onda EUMA-nın bölgədə qalmasının məqsədi nədir Səfir V.Maraqosun açıqlamaları bu sualları daha da gücləndirir. Onun sözlərinə görə, missiyanın fəaliyyəti hazırkı mərhələdə heç bir dəyişiklik olmadan davam edəcək və yalnız Ermənistan hakimiyyətinin, həmçinin Aİ üzv dövlətlərinin mövqeyi nəzərə alınacaq. Əslində, Maraqosun mövqeyində diqqətçəkən əsas məqam ondan ibarətdir ki, missiyanın fəaliyyətinin davam etdirilməsi ilə bağlı qərar verərkən Azərbaycanın maraqları və təhlükəsizlik narahatlıqları, ümumiyyətlə, nəzərə alınmır. Halbuki, bu missiya Ermənistan–Azərbaycan sərhədində yerləşdirilib və dolayısı ilə Azərbaycanın milli maraqlarına da təsir göstərir. Bu isə missiyanın birtərəfli xarakter daşıdığı fikrini gücləndirir. mədov bildirdi ki, indiyədək EUMA-nın fəaliyyəti bölgədə insidentlərin, gərginliyin azalmasına və ya tərəflər arasında inamın artmasına konkret təsir göstərməyib. Onun sözlərinə görə, əksinə, Ermənistan tərəfi çox zaman bu missiyadan öz mövqeyini legitimləşdirmək üçün istifadə edir: “Müşahidəçilərin hesabatları və fəaliyyət dairəsi isə Azərbaycana təqdim olunmur, bu da şə aflıq baxımından böyük boşluq yaradır. Yəni missiyanın fəaliyyətində həm balans, həm də hesabatlılıq prinsipləri ciddi şəkildə pozulub. Ən mühüm məqamlardan biri də odur ki, EUMA bölgədə real təhlükəsizlik mexanizmi deyil. Ermənistan və Azərbaycan arasında, bütövlükdə bölgədə sülhün bərqərar olmasında onun heç bir rolu yoxdur. EUMA vaxtilə sərhəddə baş verən silahlı insidentlərin qarşısını almaq və ya hər hansı təhlükəni aradan qaldırmaq imkanına da malik deyildi. Onların mandatı yalnız müşahidə və məlumat toplamaqla məhdudlaşır. Ermənistan rəhbərliyi əvvəlki dövrdə missiyanın fəaliyyətini daxili siyasətdə təbliğat vasitəsinə çevirdiyini də unutmaq olmaz”. 

Politoloqun fikrincə, bütövlükdə, həm səfir Maraqosun, həm də xanım Hipperin açıqlamaları göstərir ki, Aİ missiyası sülh sazişindən sonra da bölgədə qalmaqda israrlıdır və bu, yeni siyasi məqsədlərlə əlaqəlidir: “Missiya artıq əvvəlki kimi “təhlükəsizlik aləti” deyil, daha çox “geosiyasi mövcudluq” simvoluna çevrilib. Azərbaycan üçün isə bu vəziyyət haqlı narahatlıq doğurur, çünki tərəfsizlik və balans prinsipləri pozulduqca, missiyanın regionda sabitliyə deyil, yeni gərginlik ocaqlarına xidmət etməsi ehtimalı artır”. 

Onu da bildirək ki, avropalı müşahidəçilər Ermənistana 2023-cü il fevralın 20-də gəliblər. Bu ilin yanvarında onların Ermənistanın sərhədyanı ərazilərində mövcudluq müddətinin daha iki il – 2027-ci il fevralın 19-dək uzadılması qərara alınıb. Rəsmi Bakı dəfələrlə EUMA-nı casusluqda, kəşfiyyat məlumatları toplamaqda ittiham edib. Aİ missiyası bu ittihamları təkzib etsə də, missiyanın mandatı qeyri-müəyyən şəkildə müəyyənləşdirildiyi bir faktdır. Bu da onun real təsir imkanlarını şübhə altına alır. Aİ müşahidəçilərinin fəaliyyətində tərəfsizlik prinsipinin pozulduğu barədə tənqidlər də az deyil. Ermənistan hakimiyyəti isə həmin vaxt missiyadan daha çox siyasi legitimlik qazanmaq üçün istifadə etməyə çalışırdı. Regionun Rusiya və İran kimi dövlətləri də bu missiyanı rəqabət aləti kimi görür və onun səmərəliliyini açıq şəkildə şübhə altına alırlar. Nəticədə Aİ missiyası nəzərdə tutulan məqsədlərə deyil, daha çox geosiyasi maraqlara xidmət edən bir mexanizmə çevrilib.

Səxavət HƏMİD
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:41
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 04 Sentyabr 2025 14:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Landmark” bu dəfə Sahil Bababyevin idarəçiliyinə keçdi

21 Oktyabr 2025 11:26see246

Yarım əsrimə qədəm qoydum

21 Oktyabr 2025 20:33see241

La Liqa ABŞ da keçiriləcək “Barselona” “Vilyarreal” matçının ləğv edildiyini açıqlayıb

22 Oktyabr 2025 00:15see232

AZAL da yarıtmaz idarəçilik, yoxsa... Təyyarələrdə yaranan problemlər nəylə bağlıdır? (VİDEO)

21 Oktyabr 2025 09:20see206

Türkiyədə FETÖ əməliyyatı : 286 nəfər saxlanıldı

22 Oktyabr 2025 06:53see188

Təl Əvivdən Bakıya reyslər bərpa edilir

21 Oktyabr 2025 19:39see181

Toyuq əti və yumurta bahalaşacaq SƏBƏB BUDUR KONKRET

22 Oktyabr 2025 12:02see173

3 boksçumuz da qalib oldu

22 Oktyabr 2025 10:54see171

Xaricdə saxta təhsil: Valideynlər xəbərsiz, tələbələr savadsız EKSPERT RƏYİ

21 Oktyabr 2025 05:43see171

Dabaq xəstəliyi xaricdən gətirilən ət məhsullarına tələbatı artırdı (VİDEO)

21 Oktyabr 2025 23:40see163

Azərbaycan ötən ay genişzolaqlı internetin orta sürətinə görə Cənubi Qafqazda liderliyini saxlayıb

21 Oktyabr 2025 13:54see163

Bakı Tehran: yeni etimad mərhələsi

22 Oktyabr 2025 09:59see154

Səhər yeməyində turşu yeməyin 5 faydası

21 Oktyabr 2025 02:51see153

“Həyatın mənası yaşla necə dəyişir? Yeni tədqiqat

21 Oktyabr 2025 15:52see152

Naxçıvan məktəblisi “Statistik olimpiada”nın qalibi olub

21 Oktyabr 2025 03:36see151

Bunları yesəniz gec YAŞLANACAQSINIZ

21 Oktyabr 2025 02:37see142

Oyundan sonra duş qəbul edə bilmədilər Atletiko dan UEFA ya şikayət

21 Oktyabr 2025 00:12see141

Türkiyəni sarsıdan cinayətlə bağlı daha bir nəfər saxlanıldı

21 Oktyabr 2025 01:51see136

Fransada tornado nəticəsində 1 nəfər ölüb, xəsarət alanlar var

21 Oktyabr 2025 03:34see134

Atletiko ya can verməyən Qarabağ Atletik in də öhdəsindən gələ bilər

21 Oktyabr 2025 17:36see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri