Icma.az
close
up
RU
Ailə həyatı yalnız sevgi deyil, məsuliyyətdir EKSPERT DANIŞDI

Ailə həyatı yalnız sevgi deyil, məsuliyyətdir EKSPERT DANIŞDI

Icma.az, Sia Az portalına istinadən məlumat yayır.

"Ailə qurmaq hər bir insanın həyatında ən önəmli və məsuliyyətli qərarlardan biridir. Bu qərarı vermək üçün yalnız yaşın çatması kifayət etmir, eyni zamanda insanın həyat təcrübəsi, psixoloji hazırlığı və sosial yetkinliyi də vacib rol oynayır". Bunu SİA-ya açıqlamasında araşdırmaçı sosioloq Məhbubə Mehdiyeva deyib.

Onun sözlərinə görə, evlilik üçün ən uyğun yaş tək bir rəqəmlə müəyyən edilə bilməz: "Çünki bu, fərdin həyat təcrübəsinə, şəxsiyyətinə və prioritetlərinə görə dəyişə bilər. Ancaq psixoloqların ümumi rəyinə əsasən, qadınlarda 22–28, kişilərdə isə 25–32 yaş aralığı daha münasib hesab olunur. Bu yaşlarda insan artıq özünü tanımağa başlayır, həyat qarşısında daha aydın məqsədlərə sahib olur və münasibətlərin daşıdığı məsuliyyəti dərk edir. Azərbaycanda da gənclər əvvəlki nəsillərlə müqayisədə daha gec ailə qurmağa üstünlük verirlər. Bunun səbəbləri sırasında ali təhsilin davam etdirilməsi, iş tapmaq arzusu, iqtisadi çətinliklər və şəxsi inkişaf istəyi dayanır.

Dünyanın müxtəlif ölkələrində evlilik yaşına yanaşmalar fərqlidir. İsveçdə insanlar əvvəlcə öz karyera və fərdi inkişaflarına fokuslanaraq daha sonra evliliyə qərar verirlər. Beləliklə, evlilik yaşı qadınlarda təxminən 33, kişilərdə isə 35-dir. Türkiyədə isə bu yaş göstəricisi bir qədər aşağıdır – qadınlarda 25, kişilərdə 28. Ərəb ölkələrində isə, bəzi regionlarda adət-ənənələrin təsiri nəticəsində erkən evlilik hələ də geniş yayılıb. Azərbaycanda isə bu məsələdə urban və rural bölgələr arasında ciddi fərqlər mövcuddur. Kənd yerlərində erkən evlilik halları hələ də mövcuddursa, şəhərlərdə ailə qurmaq yaşı xeyli yüksəlib.

Gənclər ailə həyatı qurmazdan əvvəl bir sıra vacib məqamları nəzərə almalıdırlar. Əvvəlcə, məsuliyyət hissi formalaşmalıdır. Ailə həyatı yalnız sevgi üzərində deyil, həm də birgə həyatın çətinliklərini paylaşmaq bacarığı üzərində qurulur. Maddi sabitlik də bu prosesdə əhəmiyyətlidir. Çünki evlilikdə mübahisələrin əsas səbəblərindən biri maliyyə problemləridir. Buna görə də hər iki tərəf heç olmasa öz gündəlik ehtiyaclarını qarşılaya biləcək qədər sabitliyə sahib olmalıdır. Eyni zamanda, psixoloji hazırlıq önəmlidir. İnsan qarşı tərəfin fikirlərinə hörmət etməyi, anlayış göstərməyi və kompromisə getməyi bacarmalıdır. Təhsil və iş sahəsində müəyyən bir baza yaradan gənclər ailə həyatında daha müstəqil və dayanıqlı olur. Həmçinin, ailə anlayışı, dəyərləri və bu dəyərlərə münasibət də öncədən formalaşmalıdır. Ailə bir məqsəd deyil, bir ömürlük yoldaşlıqdır və bu yolu kimlə getmək istədiyini dərk etmədən atılan addımlar sonradan çətinliklərə səbəb ola bilər. Bütün bu amillər onu göstərir ki, ailə həyatı qurmaq yalnız bir mərhələ deyil – bu, həyatda yeni bir mərhələyə keçid deməkdir. Bu keçidə hazır olmaq isə zaman, düşüncə və səmimi yanaşma tələb edir".

Günel Fərzəliyeva

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:228
embedMənbə:https://sia.az
archiveBu xəbər 15 May 2025 16:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see401

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see394

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see271

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see252

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see237

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see234

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see229

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see226

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see225

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see208

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see199

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see198

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see196

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see193

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see189

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see189

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see186

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see185

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see184

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri