Icma.az
close
up
RU
Aktotı Raimkulova: Ədəbiyyat xalqların mənəvi birliyinin mühüm alətidir

Aktotı Raimkulova: Ədəbiyyat xalqların mənəvi birliyinin mühüm alətidir

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 7 oktyabr, AZƏRTAC

Artıq ikinci ildir ki, Bakı Beynəlxalq Kitab Sərgisində fəal iştirak edirik. Bu, təkcə Azərbaycan deyil, bütün beynəlxalq ictimaiyyət üçün əlamətdar platformadır. Buradakı geniş sərgi mərkəzində hər bir ölkə ən yaxşı nəşriyyat layihələrini və ədəbi yenilikləri təqdim etməkdən böyük şərəf duyur.

Bu sözləri XI Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində AZƏRTAC-ın müxbirinə müsahibəsində Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova deyib.

Fondun prezidentinin sözlərinə görə, Bakı Beynəlxalq Kitab Sərgisi ilham, ünsiyyət, kitaba həqiqi maraq mühiti ilə seçilir. O vurğulayıb: “Azərbaycanın möhtərəm Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılmış bu beynəlxalq təşkilatda öz pavilyonumuzu təqdim etmək imkanına nail olmağımız qürurvericidir. Bu təşəbbüs bütün türk dövlətlərinin başçıları tərəfindən dəstəklənib”.

A.Raimkulova qeyd edib ki, təşkilata Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkiyə daxildir. Macarıstan isə müşahidəçi statusuna malikdir.

O əlavə edib: “Bir neçə il ərzində çap olunan nəşrlərimizi təqdim etməkdən qürur duyuruq. Onların arasında “Türk dünyasının ədəbi inciləri”, “Türk dünyasının elmi inciləri”, “Türk dünyasının tarixi inciləri” və “Türk dünyasının görkəmli şəxsiyyətləri” populyar kitabları var.

Fondun prezidentinin sözlərinə görə, bu silsilələr Azərbaycan, qazax, qırğız, türk, özbək, türkmən və digər dillərə tərcümə edilmiş türk xalqlarının ədəbiyyatının, elminin, tarixinin ən yaxşı nümunələrini ehtiva edir. Bəzi nəşrlər türk mədəniyyətini dünya oxucularına daha yaxından tanıtdırmaq üçün ingilis də daxil olmaqla yeddi dildə nəşr olunur.

A.Raimkulova vurğulayıb ki, Bakı Kitab Sərgisində iştirak Fond üçün beynəlxalq arenaya açılan pəncərə rolunu oynayır. O əlavə edib: “Bu sərgi sayəsində biz tanınır və digər böyük beynəlxalq tədbirlərə dəvət olunuruq. Məsələn, keçən il Ankarada keçirilən genişmiqyaslı kitab sərgisində iştirak etdik. Bu kimi layihələr təkcə türk mədəniyyətini təbliğ etmir, həm də xalqlar arasında qarşılıqlı anlaşmaya təkan verir”.

Aktotı Raimkulova qeyd edib ki, ədəbiyyat xalqların mənəvi birliyi üçün güclü alət olaraq qalır. O bildirib: “Kitablar insanların bir-birini başa düşməsinə, mədəni və intellektual nüansların üzə çıxmasına, hörmət və dostluğun inkişafına kömək edir. Biz tarixi, maarifləndirici və uşaq kitablarına böyük əhəmiyyət veririk və onların hər kəs üçün əlçatan olmasına çalışırıq. Fond hazırda “Türk irsi” rəqəmsal platformasının yaradılması üzərində işləyir. Bu platformada bütün nəşrlərimiz və türk ədəbiyyatının ən yaxşı əsərləri elektron formatda oxunacaq. Eyni zamanda, oxucular türk sivilizasiyasının çox zəngin irsi ilə tanış ola biləcəklər”.

Fondun prezidenti müsahibənin sonunda Bakı Beynəlxalq Kitab Sərginə yeni-yeni uğurlar və xalqlarımıza firavanlıq arzulayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:90
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 Oktyabr 2025 15:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see729

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see217

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see207

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see193

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see190

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see169

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see167

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see164

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see151

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see149

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see146

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see143

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see142

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see138

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see128

XIX turun oyun proqramı məlum olub

07 Yanvar 2026 14:28see128

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see128

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see126

Davamlı inkişaf, milli güc və strateji baxışın təntənəsi

07 Yanvar 2026 14:27see125

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri