Ali Rəhbərin fətvasına arxalanaraq heç vaxt nüvə silahına sahib olmaq istəməmişik Pezeşkian
Unikal.az saytından alınan məlumata görə, Icma.az bildirir.
İran prezidenti Məsud Pezeşkian Fransa prezidenti Emmanuel Makronla telefon danışığı aparıb.
"Unikal" xəbər verir ki, Pezeşkian Tehranın nüvə silahı əldə etmək niyyətində olmadığını bildirib.
Pezeşkian vurğulayıb ki, İran Ali Rəhbərin fətvasına arxalanaraq heç vaxt nüvə silahına sahib olmaq niyyətində olmayıb və buna cəhd də göstərməyib və dialoq yolu ilə hər zaman qarşılıqlı anlaşma və razılığa gəlməyə hazır olub. Onun sözlərinə görə, dünya gücləri İslam Respublikasının arqumentlərini qəbul etmək əvəzinə, “Yaxın Şərqdə xaos səpmək istəyən” dövlət olan İsrailin mövqeyini qəbul ediblər.
Prezident əlavə edib ki, ölkə İsrailin hücumuna məruz qaldığı bir vaxtda İran danışıqlar masasına oturmayacaq və heç bir təzyiq altında qərar qəbul etməyəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:59
Bu xəbər 16 İyun 2025 10:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















