Icma.az
close
up
RU
Alimlərin “planetar pəhriz”i Daha az ət yeyəcəyik?

Alimlərin “planetar pəhriz”i Daha az ət yeyəcəyik?

Icma.az, Olke.az portalına istinadən məlumat verir.

Beynəlxalq tədqiqatçılar qrupunun hazırladığı yeni hesabat göstərir ki, daha çox bitki mənşəli qidalanmaya keçid həm insanların sağlamlığını yaxşılaşdıra, həm də iqtisadiyyatı gücləndirə və ətraf mühitə düşən yükü azalda bilər.

"Ölkə.az" xəbər verir ki, hesabatın əsas müəlliflərindən biri, “Stockholm Resilience Centre”in professoru Layn Qordonun sözlərinə görə, dünyada ərzaq istehsalı artıq doqquz “planetar sərhəd”dən beşini aşmağın əsas səbəbinə çevrilib. Çıxış yolu isə qırmızı ətin istehlakını azaltmaq, tərəvəzlərin, meyvələrin, paxlalıların və qoz-fındığın payını artırmaqdır.

Alimlərin “planetar pəhriz” adlandırdığı yanaşmaya görə, həftədə maksimum 105 qram qırmızı ət, gündə isə azı 500 qram meyvə və tərəvəz qəbul edilməlidir. Hesablamalara əsasən, bu prinsiplərə əməl olunması hər il 15 milyon insanın həyatını xilas edə bilər.

Son illərdə İsveçdə ət istehlakı ilə bağlı müzakirələr çox vaxt ərzaq təhlükəsizliyi məsələləri ilə əlaqələndirilir. Qordon isə bunu paradoksal hesab edir: Ölkədə yetişdirilən və insan qidasına yararlı məhsulların böyük hissəsi heyvan yeminə çevrilir.

“Davamlı inkişafa keçid zamanı ərzaq sistemi həlledici rol oynayır”, – deyə o, bildirib.

Mütəxəssislərin hesablamalarına görə, ərzaq sisteminin yenidən qurulması ildə təxminən 500 milyard ABŞ dollarına başa gələ bilər, lakin əldə ediləcək fayda bu məbləği on dəfə üstələyər.

Hesabatın müəllifləri bildirirlər ki, əsas maneələr zəif siyasi iradə və ərzaq sənayesinin müqavimətidir. Sənaye nümayəndələri lobbiçilik, reklam və hətta dezinformasiya yolu ilə islahatların qarşısını alırlar. Bununla belə, alimlər əmindirlər ki, qidalanma sisteminin dəyişməsi planetin xilası üçün əsas amildir.(publika.az)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:161
embedMənbə:https://olke.az
archiveBu xəbər 08 Oktyabr 2025 09:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see275

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see260

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see254

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see252

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see248

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see228

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see225

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see221

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see219

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see214

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see203

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see201

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see196

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see192

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see189

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see185

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri